Maraqlı 26.12.2019 08:45

BÜRCLƏR – 26 dekabr

Qoç – gün ərzində ünsiyyət, xoş söhbətlər, əyləncəyə can atsanız da, hisslərinizi cilovlayın. Düzünü deyin: ciddi iş rejimi ilə son dəfə nə zaman çalışıbsınız? Yox, fikirləşməyin ki, siz işdə hamıdan çox zəhmət çəkirsiniz, rəhbərlik isə bunu görmür. Sadəcə, siz lazımi işləri görmür, lazımi adamlarla danışmır, lazımlı zaman irəliyə çıxmağa çalışmırsınız.
Bu gün sizə məsul iş tapşırıla bilər.

Buğa – Bu gün ərzində evinizi bəzəmək, habelə əylənmək fikrinə düşə bilərsiniz. İşdən çıxandan sonra imkan varsa, nəqliyyatdan az istifadə edin, piyada gəzişin. Ailə üzvləri və qohumlarla münasibətlərdə problemlər yaranmayacaq. Sevdiyiniz insan bu gün sizə can atacaq.

Əkizlər – bu gün mühüm işlərlə təkbaşına məşğul olmayın. Tək çalışsanız, tezliklə yorulacaq, işdən bezəcək və əlinizdəki işi atacaqsınız. Dostlar və yaxınlarla birlikdə çalışsanız, iş şövqünüz itməyəcək, ətrafınızdakı insanlara da ruh verəcəksiniz. İşdə və ya çalışdığınız sahədə yeni əlaqələrin yaranma ehtimalı çoxdur.

Xərçəng – bu gün çox çətin situasiya ilə qarşılaşacaqsınız. Yaranmış vəziyyətdən çıxış yollarını tapmaq üçün yaxşıca düşünün.
Sizi ciddi düşüncələrdən və fikirlərdən ayırmağa çalışacaqlar. Qıcıqlanmayın, sakit olun.
İşdə dostlar və həmkarlarla fikir müxtəlifliyi, anlaşılmazlıq, hətta münaqişələr istisna deyil.

Şir – məntiqli, səbrli olun. Belə davranış sizi və dostlarınızı səhvlərdən qoruyar. Bu gün sizdən məsləhət, dəstək, mənəvi yardım istəyəcəklər. Lakin sevdiyiniz insan inadkarlığı ilə sizi narahat və nigaran qalmağa vadar edəcək.

Qız – həmişə başqalarının qayğısına qalaraq yaxınlarınızın problemlərini həll etməyə çalışırsınızsa, bu gün özünüzü düşünün. Əvvəl başladığınız işləri qaydaya salmaq, gələcəklə bağlı prioritet və planlar barədə düşünmək vaxtıdır. Məqsədinizə çatmaq üçün hiyləgərlik də edə bilərsiniz.

Tərəzi – bu gün sizə kimsə mane ola bilməyəcək, qarşınıza qoyduğunuz məqsədlərə çatacaqsınız. Elə bir məsələ yoxdur ki, onu çözməyə səy göstərəndə çətinliklərlə qarşılaşasınız.
Məqsədə çatmaq üçün zəhmət və səylərinizə qənaət etməyin.

Əqrəb – məqsədinizə çatmaq üçün bu gün hər şeyə hazırsınız. Lakin unutmayın ki, avantüralar və məcaraların hamısı yaxşı bitmir. Məcara maraqlı olsa da, risk və təhlükələr az deyil. Aramla davranın, yüz ölçüb bir biçin.

Oxatan – səhər saatlarında günə aktiv başlayın, vaxtınızı boş keçirməyin. İşə və ya təhsil müəssisəsinə gecikməyin. İctimai nəqliyyatda gecikmələr yarana bilər. Buna görə də evdən bir qədər tez çıxın. Yolda ehtiyatlı olun.
Saatlar keçdikcə işlərin çoxaldığını və qarşınıza qoyulan tələblərin ciddiləşdiyini anlayacaqsınız. Özünüzü zəif göstərməyin. İşi, həvalə edilən tapşırığı başa vurmamış dincəlməyin.

Oğlaq – köhnə işlərin baş çatdırılması və nəticələrin gözdən keçirilməsi üçün əlverişli gündür. Yeni layihələrlə bağlı işlərə başlamayın. Təkliflər alacaqsınız. Amma ehtiyatlı olun, imkanlarınızla potensial tərəfdaşlarınızın gücünü olduğundan artıq dəyərləndirməyin.

Dolça – bu gün sizdən ünsiyyətlərdə diqqət, iş yerində və təhsil müəssisəsində təmkin, söhbətlərdə konkretlik tələb olunur. Yaxınlarınız və sizə əziz olan insanlara əsla yalan danışmayın. Maliyyə çətinlikləri hiss edəcəksiniz. Amma almaq istədiyiniz bahalı əşya üçün “ilkin ödənişsiz, sərfəli şərtlərlə” adlı tələli kreditə aldanmayın.
Unutmayın: istənilən kredit sizə qısamüddətli sevinc və uzunmüddətli başağrısı bəxş edir.

Balıqlar – bu gün sizi aldatmaq və ya yalanlar toruna salmaq çətin olacaq. Müstəqil olun, enerjili davranın, potensialınızı reallaşdırın. Belə üstünlüklərlə məqsədə çata bilərsiniz. Hədəfi konkret müəyyənləşdirin və ona doğru irəliləyin. Lakin ehtiyatlı olmağı da unutmayın. Yalnız anadangəlmə bacarıq və sonradan əldə etdiyiniz biliklərə güvənməyin. İmkan yaranan kimi təcrübənizi və biliklərinizi artırmağa çalışın. (Milli.Az)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO