Maraqlı 28.02.2020 08:45

BÜRCLƏR – 28 fevral

Qoç – səfərdə, yolda, ezamiyyətdə, səyahətdə ehtiyatlı olun. Problemlər yarana bilər. İstənilən işə başlamazdan öncə əvvəlki işi tam başa vurduğunuza əmin olun. Əks təqdirdə fikriniz dağılacaq, mühüm işi diqqət mərkəzində saxlaya bilməyəcəksiniz.

Buğa – taleyə və ya bəxtə güvənməyin, öz qüvvələrinizdən yararlanın və bu minvalla da uğur qazanın. Hadisələrin ənənəvi axarı dəyişir. Sadəlövh olmayın və başqa zamanlar sizi ehtiyatlı davranmağa vadar edəcək faktlarla hadisələri öz xeyrinizə yozmayın. Qərar qəbul etməyə tələsməyin. Az sonra baş verənləri yenidən dəyərləndirəcəyiniz vaxt başlayacaq.

Əkizlər – peşəkar fəaliyyət sahəsində rəhbərliyin sizə münasibətinin dəyişməməsi üçün normal çalışın. Qəfil kadr dəyişiklikləri varsa, səbirli və soyuqqanlı olun. Gün ərzində yaşanacaq bəzi hadisələr sizi iş yerini dəyişməklə bağlı fikirlərə sövq edə bilər. Lakin qərar verməyə tələsməyin. Yüz ölçün, bir biçin.

Xərçəng – Gün yeni perspektivlər vəd edir. Aktiv, enerjili olun, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün bütün sədləri dəf edin. İş və ya uzunmüddətli əməkdaşlıqla bağlı təklif ala bilərsiniz. Köhnə dostlarla görüş və ya yeni, maraqlı tanışlıq istisna deyil. Güc və potensialınız çox olsa da, dostlarla hamilərin yardım təkliflərindən imtina etməyin.

Şir – onların yardımı günün ikinci yarısında, sizi sinirləndirəcək xəbər alanda karınıza gələ bilər. Unutmayın ki, emosiyalarınıza hakim olaraq hisslərinizi ətrafınızdakı insanlardan gizlətmək gərəkdir. Belədə yaranmış situasiyada necə davranmaq lazım olduğunu biləcəksiniz.

Qız – ailə üzvləri və ya sizə yaxın insanlarla birlikdə dincəlmək istəyi baş tutmayacaq. Münasibətlərdə diqqətli və həssas olun. Ənənələri və mövcud davranış modellərini pozmayın. Bəlli normalara riayət etsəniz, münasibətlərdə problemlərin yaranmasının qarşısını ala bilərsiniz.

Tərəzi – yeni təcrübə əldə etməyə çalışın, nailiyyətlər və qazanılan təcrübə ilə kifayətlənməyin. Sağlam şübhə və məntiq sizin hesabınıza irəliləməyə çalışan insanların qurduqları tələlərə düşməməyə imkan verəcək. Emosional davranmaqla, çılğınlıq etməklə bədxahlarınızı sevindirməyin.

Əqrəb – səhər saatlarından etibarən problemlərin məngənəsinə düşərək vurnuxmayın. Günün axarı sizdən asılıdır. Dəqiq planın olmasına çalışın. Enerji potensialı səviyyəsinin yüksək olmadığını unutmayın. Günün ikinci yarısında elə işləyin ki, istirahət etməyə də vaxt qalsın.

Oxatan – mühüm qərarların qəbulunu təxirə salın. Uzaq qohumlar və ya yaxşı tanımadığınız insanlarla uzun-uzadı danışmağa, sirr etibar etməyə dəyməz. Hər təsadüfi tanışlıq və ya görüşü taleyüklü məqam saymayın. Şərtlər nə qədər romantik olsa da, belə münasibətlərin sonucu pis olacaq.

Oğlaq – xoş olmayan xəbərlər sizi təbdən çıxaracaq, əhvalın dəyişməsinə səbəb olacaq. Bu xəbərlərin səhhətinizə təsir etməsinə imkan verməyin. Nə baş verməsindən asılı olmayaraq ruhdan düşməyin. Ən mühüm işlərdə problemlər yaranmayacaq. Kiçik işlərdəki səhvlər isə sizi sinirləndirə bilər.

Dolça – Bu gün sizdən tələb olunan əsas məsələ əvvəllər başladığınız işləri başa vurmaq və münaqişəli situasiyalara son qoymaqdır. Çoxdan unutduğunuz hesabları ödəyin, vaxtilə sizə xidmət göstərmiş və ya kömək etmiş insanın layiq olduğu mükafatını verin. Tək işləmək, işi tənha başa vurmaq asan deyil.

Balıqlar – tərəfdaş və ya şərik olduğunuz insanla münasibətlərdə pərişan olmaq istəmirsinizsə, etiraflara qapılmayın. İfrat tələbkarlığa ehtiyac yoxdur. Alış-verişə can atmayın, çünki bədxərclik istisna deyil. Yaradıcıdıq şövqü, təşəbbüskarlıq, romantik gözləntilər sizi macəra və ya sərgüzəşt axtarışlarına sövq edə bilər. (Milli.Az)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO