Maraqlı 28.07.2019 08:45

BÜRCLƏR – 28 iyul

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç –  uğurlu, sakit, əlverişli gündür. Mühüm məsələlərin həllini təxirə salmayın. Astagəl və süst olmayın. İkinci dərəcəli işlərə həddən ziyadə önəm verməyin. Belədə əlverişli anı və şansı əldən verə bilərsiniz.
Günün ikinci yarısı yarımçıq işlərin tamamlanması, şəxsi münasibətlərdə və karyerada yeni imkanların aranması üçün münasib zamandır. Dəyər verdiyiniz insanla təmaslarda səmimi olun. Onu anlamağa çalışın.
Kobudluq münasibətləri korlaya bilər.

Buğa – yarımçıq işləri bitirməyincə yeni işlərə başlamayın. Əvvəlki günlərdə fərqli olaraq qarışıq, laübəli zamandır. İşdə problemlər yarana bilər. Yaxın ətrafınızdakı insanlar təşəbbüskar olmağınıza adət ediblər.
Çətin situasiyada lider olun.
Günün ikinci yarısında işlərinizi başqalarına həvalə etməyin. Evdə işlər artıb. Nə etməyin gərəkdiyini bilin, çaşıb qalmayın. Gəlirlər istisna deyil.

Əkizlər – kollektiv fəaliyyətin daha çox nəticə verəcəyi zamandır. Təkbaşına işləmək və ətrafdan könüllü təcrid olmaq fəaliyyətin intensivliyini aşağı salacaq. Təcrübəli insanın məsləhətlərindən yararlanın.
Günün ikinci yarısında mövqeyinizdə əhəmiyyətli dəyişikliklər etməyin. İşdə tapşırıqları və sifarişləri vaxtında yerinə yetirin. Sevdiyiniz insanla qaba davranmayın. Kiçik anlaşılmazlıqlar müvəqqətidir.
Axşam saatlarında gəzintiyə çıxın.

Xərçəng – gərgin, mürəkkəb gündür. Səbr kasanız asanlıqla daşmasın. Ən xırda məsələlərə qıcıqlansanız, bədxahlarınız bundan istifadə edəcəklər. Şübhəli insanlara inanmayın, onların sizinlə manipulyasiya etməsinə imkan verməyin.
Günün ikinci yarısında düşünülməmiş, tələsik qəbul ediləcək qərarlar işgüzar əlaqələrə və şəxsi münasibətlərə pis təsir edə bilər.
Əşyalarınız, pullarınız və sənədlərinizi diqqət mərkəzində saxlayın. Mühüm nəyisə itirmək və ya oğurluq qurbanına dönmək riski var. Adi günlərdən fərqli olaraq işlər çoxdur. Daha gərgin çalışmaq məcburiyyətindəsiniz.

Şir – səhər saatlarından etibarən əhvalınız pis olmayacaq. Potensialınıza və qüvvənizə güvənin. Görəcəyiniz işin incəliklərini anlayın, detallarını ayırd edin.
Günün ikinci yarısında potensialınızın anlaşılması problemləri sürətlə həll etməyə imkan verəcək. Fərdi potensialınızı göstərin. Məişət qayğıları artacaq. Problemlərin sayı artır.
Axşam saatlarında stressdən qurtulun. Ağır fiziki işi təxirə salın.

Qız – problemlərin sayı artır. Təcili görülməsi gərəkən işlər də az deyil. Yaxınlarınızın verəcəyi dəstək fəaliyyətinizdə yaxşı motivasiya rolunu oynayacaq. Ambisiya və istəklərinizdə reallıq hissini itirməyin.
Günün ikinci yarısında rəqiblərinizi diqqətlə, amma ustalıqla, onları duyuq salmadan müşahidə edin. Tərəfdaşı həddən artıq ideallaşdırmayın. Onun nöqsanlarını və çatışmayan cəhətlərini görməyi bacarın.
Axşam saatlarında gəzintiyə çıxın.

Tərəzi – daha enerjili, aktiv olun. Süstlüyə qapılmayın, rəqiblərin sizi üstələməsinə imkan verməyin. Özünüzə qapansanız, gərəkli nəticələr əldə edə bilməyəcəksiniz. Tənhalıqda özünüzü çox yaxşı hiss edəcəyinizi düşünməyin.
Günün ikinci yarısında maraqlı ideya və fikirləri unutmayın. Belə ideyalardan biri yaxın gələcəkdə əhəmiyyətli gəlir verə bilər.
Axşam saatlarını sevdiyiniz insanlara, dəyər verdiyiniz şəxslərə həsr edin.

Əqrəb – çoxdan bəri başa vurmaq istədiyiniz işi bitirmək, istəyinizi reallaşdırmaq üçün əlverişli zamandır. Şərtlər lehinizədir. Perspektiv layihəyə başlamaq olar. Özünüzdən bədgüman olmayın ki, qarşınızda duran öhdəlik və tapşırıqları gerçəkləşdirə biləsiniz.
Günün ikinci yarısında yaranan qarışıq situasiyada çaş-baş qalmayın. Təcrübəli insandan məsləhət almaq olar. Eksperimentlərə aludə olmayın. Sınanmış metodlar və işlək vasitələr daha effektivdir.
Axşam saatlarında normal istirahət edin.

Oxatan – pis gün deyil, amma ehtiyatı əldən verməyin. Dünən başlamış hadisələr davam edəcək. Fəsadları aradan qaldırın, yanlışlıqları çözün. Neqativ fikirlərə qapılmayın.
Günün ikinci yarısında fəaliyyətinizin maliyyə məqamlarına xüsusi fikir verin. Hesablamalarda yanılmayın. Xərcləriniz gəlirlərinizdən artıq olmamalıdır.
Axşam saatlarında səhhətinizə fikir verin.

Oğlaq – maraqlı, hadisələrlə zəngin gündür. Risklərə, avantüralara meylli olmayın. Səbrli və təmkinli davransanız, məqsədə doğru əhəmiyyətli irəliləyişə nail olacaqsınız.
Günün ikinci yarısında vəzifənin artması, maaşınızın məbləğinin yüksəldilməsi ilə bağlı danışıqlar aparmaq olar. Sərfəli təkliflər istisna deyil. Həmkarlarınızı sonadək dinləyin. Gəlir mənbələrini daha çeşidli edin.
Axşam saatlarına yaxın yalnız bəxtə belə bağlayıb qərar verməyin. Ailənizə daha çox vaxt ayırın.

Dolça – günün ilk yarısı pozitiv emosiyalar vəd edir. Rutin işləri maraqlı məşğuliyyət əvəzləyəcək. Situasiyanın əlverişli olması gərəkli insanlarla əlaqələri asanlıqla yaratmağa imkan verəcək. Cari problemlərin həllində hövsələli olun.
Günün ikinci yarısında sayıq olun. Yeni tanışlara inanmayın, şirin vədlərə aldanmayın. Mübhəmləri bölüşməyə tələsməyin. Qarşı tərəfin fikir və istəklərini qulaqardına vurmayın.

Balıqlar – günün ilk yarısından etibarən kreativ ideyaları reallaşdırmağa başlayın. Diqqətli olsanız, işlərinizdə ciddi uğur qazanacaqsınız. Qüvvənizə və potensialınıza şübhə etməyin.
Günün ikinci yarısında cari işlərin öhdəsindən sürətlə gələ bilərsiniz. Yeni layihəyə başlasanız, rəhbərlik bunu müsbət qiymətləndirəcək. Yaxınlarınızın tənqidinə sərt reaksiya verməyin. Yaşananlara obyektiv baxın. Uğurlarınızı və imkanlarınızı real dəyərləndirin. (Milli.Az)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO