Maraqlı 29.04.2019 09:03

BÜRCLƏR – 29 aprel

Qoç – mövqelərinizi möhkəmləndirin, stabilliyə can atın. Danışıqlar aparın, informasiya arayın, mütəxəssislərlə məsləhətləşin. İntellektual və fiziki yük az olmayacaq. Zəruri təhlildən sonra ideyalar, hesablamalar, təkliflər və vədlər başqa forma ala bilər.

Günün ikinci yarısında tələsməyin, sənəd imzalamayın. Planlarınızı kimsə ilə bölüşməyin. Səhhətinizdə problem yarana bilər. Mədə ağrıları istisna deyil. Baş ağrısı, ürəkbulanması riski var.

Hadisələrə süni təkan verməyin. Müdaxilələr yolverilməzdir.

Buğa – mübahisəli məsələləri günün ilk yarısında həll etmək olar. Ümumi razılığı əldə etməmiş yeni layihəyə başlamayın. İfrat dərəcədə informasiya əldə etməyə çalışmayın. Eyni zamanda bir neçə genişmiqyaslı layihəyə qatılmağın pis fəsadları olacaq.

Günün ikinci yarısında ifrat yorğunluq yarada biləcək nüanslara qapılmayın. Emosional təmaslar usandırıcı ola bilər.

Ailə üzvlərinin qayğısına qalın.

Əkizlər – günün ilk yarısında aktiv olmağa çalışın. Bilik və bacarıqlarınızdan yararlanın. Geniş proqram çərçivəsində fəaliyyət göstərin. Erudisiyanızı işə salın.

Günün ikinci yarısında yazışmalarda önəmli məqamları diqqətdən qaçırmayın. Başa çatdırılımamış işləri tamamlamaq asan deyil. Axşam saatlarına yaxın işgüzar görüşdə mövqelərinizdən geri çəkilməyin. Soyuqqanlı davranın, amma laqeyd olmayın.

Adi müşahidəçi mövqeyi tutmayın, olayları dəqiq qiymətləndirin.

Xərçəng – ətrafınızdakı insanların energetik təsirinə həddən artıq aludə olmayın. Hisslərinizə hakim olun. İstənilən hadisənin inkişaf məcrasında emosiyalar böyük rol oynamamalıdır. Vədlərə inanmayın, başqasının qurduğu situasiyaya düşməyin.

Günün ikinci yarısında kimisə dilə tutmağa çalışmayın. Faydalı məlumat ənənəvi mənbədən gəlməyə də bilər. Müşahidə qabiliyyətiniz yüksək olmalıdır. Yaxınlarınızı dinləyin, onları maraqlandıran məsələlər, qayğılandıran nüanslardan xəbər tutun. Ailə ən böyük dayağınızdır.

Yaxınlarınızdan gərəkli dəstəyi alacaqsınız.

Şir – yaxın ətrafınızdakı insanlarla münasibətləri gərginləşdirməyin. Günün ilk yarısında hisslərin əsirinə çevrilməyin. Əldən verilmiş imkanlar barəsində düşünmək yerinə irəliləyişə üstünlük verin. Mənasız söhbətlərə qatılmayın.

Günün ikinci yarısında mühüm sənədlərin hazırlanmasını, gərəkli informasiyanın axtarışlarını təxirə salmayın. Dəyər verdiyiniz insanlara ünvanlanmış iradların sayını azaldın. Ultimatum və hədələr yolverilməzdir. İstənilən dialoqda diqqətli tərəfdaş olun.

Axşam saatlarında evdən uzağa yollanmayın.

Qız – sizə səbr lazımdır. Bu gün ümid və planlarla doludur. Amma onların həyata keçməsi üçün bir qədər vaxt lazımdır. Özünüzü işə girişməyə məcbur etmək çətindir. Bu, təcili həllini tələb edən peşə problemləri ortaya çıxdıqda xoşagəlməz nəticələr verə bilər.

Yaxınlarınızla yaxşı yola gedəcəksiniz. Amma bütün sirlərinizi onlarla bölüşməyə hələ tam hazır deyilsiniz. Unutmayın ki, uzaq səfərlərə səhər saatlarında yollanmaq məsləhət deyil. Bunun üçün ən yaxşı vaxt günortadan sonradır.

Başladığınız işi yarımçıq qoymayın.

Tərəzi – günün ilk yarısında ehtiyatlı olun. Mənfi təmayüllərin təsiri güclənir. Soyuqqanlı davranaraq təxribatlar tələsinə düşməyin. Ailədə mübahisə və fikir ayrılığı istisna deyil. Problemin həllində davranışınız xüsusi rol oynayır.

Günün ikinci yarısı daha uğurludur. Çoxdan bəri həyata keçirmək istədiyiniz planlardan birini reallaşdıra biləcəksiniz. Maraqlı görüşlər, xoş sürprizlər və diqqət izharları istisna deyil. Axşam saatları ailə üzvləri ilə daha səmimi və sıx ünsiyyət, ailəvi tədbirlərin təşkili üçün yaxşıdır.

Əqrəb – fikir mübadiləsi aparın, əlavə məlumatlar əldə edin. Unutmayın ki, bu gün ünsiyyət çox zaman və qüvvə tələb edəcək. İşlədiyiniz yerdə rəhbərliklə açıq danışıq üçün münasib zaman deyil. Sərmayə və maliyyə məsələlərində impulsiv qərarlar verməyin.

Günün ikinci yarısında etiraflar ola bilər. İşgüzar mübahisələrdə emosiyalarınıza hakim olun. Eqoist və xudpəsənd insan təsiri bağışlamayın. Nəzarət zəif olarsa, yanlış qərarın fəsadı böyüyə bilər.

Axşam saatlarında gəzintiyə çıxın.

Oxatan – günün ilk yarısı uğurlu zamandır. Yaranan şanslardan tam istifadə edin. İnformasiya və ya kommunikasiyalar sahəsində çalışırsınızsa, rəqiblərin aktivləşəcəklərini bilin. Evdən uzaqda olarkən diqqətli davranın.

Günün ikinci yarısında yarımçıq işləri tamamlayın. Özünüzü sərt çərçivələrlə məhdudlaşdırmayın. Çətinliklərin öhdəsindən gəlmək üçün sınanmış metodlar və vasitələrdən istifadə edin.

Axşam saatlarında normal istirahəti seçin.

Oğlaq – günün ilk yarısında təşəbbüsləri minimuma endirin. Sizə xas olmayan rolda çıxış etməyin. Bundan sonra ağır problemlər yarada biləcək addımlar atmayın. Aktiv olun. Amma qarşı tərəfin xoşuna gəlməyəcək sözləri söyləməzdən əvvəl düşünün. Götür-qoy edin.

Günün ikinci yarısında mövqelərinizi və baxışlarınızı müdafiə edin. Ehtiyatlı olun. İşgüzar təmaslarda emosional qərarlar verməyin. Yerinə yetirə bilməyəcəyiniz işlə bağlı öhdəliklərə boyun olmayın.

Dolça – günün ilk yarısında diskussiyalar olacaq. Müzakirələrin intensivliyini azaldın. Mövqelərinizi qorumaq üçün ekstremal variantlardan istifadə etməyin. Rəqiblərinizin sayı artacaq. Onları üstələmək çətinləşəcək.

Günün ikinci yarısında formal irəliləyişə aludə olmayın. Prinsipial məsələlərdə mövqeyinizdə qalın. Yaranan problemlərin həll yolları var. Real arqumentləri olmadığından ucuz effektlərə üstünlük verən insanlara aldanmayın.

Sayıq olun.

Balıqlar – günün ilk yarısını optimal, əlahiddə zaman adlandırmaq çətindir. Həyat tonusu yüksək deyil. İşləriniz bir qədər az olsaydı, sevinərdiniz. Amma işlər çoxdur və onların hamısı diqqət tələb edir. Çətin ki, axşama qədər istirahətə, gücünü bərpa etməyə vaxtınız ola.

Həmkarlarınız və dostlarınızla ünsiyyətdə problemlər mümkündür. Ətrafdakıların sizdən nə istədiyini heç cür anlaya bilmirsiniz. Günün ikinci yarısında nəsə aydınlaşacaq. Amma bu, sizin üçün kifayət deyil. Hədiyyə və sürprizlər mümkündür. (Milli.Az)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO