Maraqlı 29.02.2020 08:45

BÜRCLƏR – 29 fevral

Qoç – mövqeyinizi aydınlatmaq, planlarınızdan bəhs etmək, nəyə can atdığınızı demək üçün əlverişli zamandır. Fəqət durumun mənzərəsini tam göstərmək üçün hansısa detal çatışmayacaq. Gələcəklə bağlı planlarda yeni impuls olsa da, yeni işə başlamağa tələsməyin. Götür-qoy edin, təhlilə varın.

Buğa – işlərə münasibətlərdə retro-mərhələ başlanır. Planlar dəyişəcək. Vədlər və öhdəlikləri xatırladacaqlar: onlardan yayınmaq çox çətindir. Dostlar qəfil təkliflə sizə üz tutacaqlar. Kimisə və ya nəyisə arayaraq internetdə, sosial şəbəkələrdə gərəkdiyindən artıq vaxt keçirməyin. İndiyədək aradığınızı bu gün tapacaqsınız.

Əkizlər – nevrozlu gün osla da, hadisələrə intellektual yanaşma yaxşı nəticə verə bilər. Münasibətlər möhkəm deyilsə, görüşü təxirə salmaq və ya ümumiyyətlə, ləğv etmək gərəkdir. Alış-verişdə spontan xərclər etməyin. Soyuqqanlı davranın.

Xərçəng – dəyişikliklərə hazırsınızsa, uğurlu gündür. Uzaqdan alınan informasiyaya diqqət yetirin. İşlərin istiqamətini optimallaşdırmaq, əməkdaşlığı genişləndirmək üçün gərəkli ola biləcək nişanələrlə işarələrə fikir verin. Əlavə, qəfil yük, iş istisna deyil. Yeni sifariş və ya gəlir mənbəyi formalaşır.

Şir – yaxın ətrafınızdakı insanlarla təmaslarda kiçik məsələyə görə emosional davranmayın. Belə davranışın nəticələri pis ola bilər. Emosiyalarınızı nəzarətdə saxlayın, düşünülməmiş addım atmayın. İşdə hansısa dəyişiklik edəcəyiniz istisna deyil. Ailə üzvlərindən birinin problemini həll edin.

Qız – ümumi fəaliyyət, maraq və ya problem çərçivəsində sıx əməkdaşlığa üstünlük verin. Günün ikinci yarısında mühüm iş görmək istəyirsinizsə, eyni vaxtda bir neçə istiqamətdə irəliləməyə başlamayın. Gərəksiz nevroz vəziyyət sizi kobud səhvlərə sürükləyə bilər. Axşam saatlarında istirahət edin. Təmasları bərpa edin, qarşılıqlı yardımlaşmanı unutmayın.

Tərəzi – şərtlər və ya ətrafınızdakı insanlar sizi seçimə vadar edə bilərlər. Həmin seçim, bəlkə də, indi yersizdir, sizə gərək deyil. Düşünün, perspektivlərinizi təhlil edin. Zərərli və təhlükəli oyundan çıxmağa çalışın. Sizi intriqaya salmağa, istəmədiyiniz işdə iştiraka cəlb etməyə çalışırlar.

Əqrəb – səhər saatlarından başlayaraq cəld və sayıq hərəkətlər tələb edən gündür. Yeni məqsədə, plana və layihəyə meyllənmək ağır deyil. Unutmağa çalışdığınız dəyər və ya münasibət gündəmə gələcək. Qohumlar, dostlar və yaxınlarla münasibətlərin dərinləşdirilməsi üçün əlverişli gündür.

Oxatan – Günün ikinci yarısında genişmiqyaslı işə başlamayın. Cari işləri tamamlayın, yeni layihəyə hazırlıq tədbirləri görün. Elektron yazışmalarda nizam yaradın.

Oğlaq – Çətin gündür. Səhər saatlarından etibarən gərginlik artır, işlər çətinləşir. Problemlərin partlayış yaratmasına imkan verməyin. Emosiyalar məntiqin səsini üstələməsin, sizi gərəksiz və zərərli işlərə vadar etməsin. Ən çətin situasiyalarda 10-a qədər sayın. Hansısa işdə ləngimə var. Bir qədər qətiyyət, inad həmin problemin həllinə yetər.

Dolça – Diqqətli olun, risk etməyin. Eqoist və təşəxxüslü olmayın. Təhlükəsizliyin təminatı ilə bağlı bütün məsələlərdə ehtiyatlı davranın. Arzu edin, ideyalar düşünün, faydalı əlaqələrin çevrəsini genişləndirin. Bütün bunlar karınıza gələ bilər. İfrat etiraflara varmayın, ətrafınızdakı insanlara təzyiq etməyin. Şərtlər sizi münasib olmayan rolu oynamağa vadar edə bilər.

Balıqlar – planlarda yenilənmələrə, tərəfdaşla mübahisəyə və yaxınlarınızın nazını çəkməyə hazırlaşın. Hər şeyi bildiyiniz kimi etsəniz, çətin gündür. Müzakirə, məsləhətləşmə, problemin müxtəlif mövqelərdən təhlili və alternativ həllərə ehtiyac var. İşdəki avadanlıq və ya evdəki məişət texnikasında nasazlıq yarana bilər. (Milli.Az)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO