Maraqlı 29.10.2019 08:45

BÜRCLƏR – 29 oktyabr

Qoç – bu gün sizə maraqlı olan insanların yanında olmağa çalışın. Gələcəklə bağlı ümumi planları müzakirə edin.
Günü cari öhdəliklərin yerinə yetirilməsinə və planlaşdırılan işin görülməsinə sərf edin.
Yaxın adamların istəklərini nəzərə alın, yardım istəyənə rədd cavabı verməyin.
Ev üçün alış-veriş edə bilərsiniz.
Axşam saatları həyat ritmini dəyişəcək, yaxın gələcəklə bağlı situasiyanın özülü funksiyasını yerinə yetirəcək.
Əyləncə, görüş və təmaslar yeni emosiyalar bəxş edəcək.
Ətrafdakı dəyişikliklər barədə düşünün.

Buğa – şərtlər və yaxın ətrafınızdakı insanlara təsir imkanlarını əldə saxlayın. Maraq və imkanlar dairəsi genişlənir. Amma təşəbbüs yetərli olmaya bilər. Ümumi işdə, birgə əməkdə maraqlı olan insanları prosesə cəlb edin.
Toplantı, müzakirə, görüşlərə qatılmalısınız. Bütün bunlar gərginliyin artmasına, özünə nəzarətin zəifləməsinə səbəb ola bilər.
Axşam saatlarında dincəlin, ruhunuz sərbəst olsun.

Əkizlər – bu gün bir çox situasiyalar nigaranlıq, təlaş və təşvişlə müşayiət olunacaq. Əhvalınızı pozacaq, xəyallarınızı dağıdacaq, planlarınızı dəyişəcək xəbər alacasqınız. Məqsədə aparan yol çətinləşir.
Çalışdığınız insanlardan birinə münasibətiniz dəyişə bilər.
Hadisələrin sürətli inkişafı, emosiyaların gərilməsi nəticəsində ciddi söhbət və hətta münasibətlərin kəsilməsi mümkündür.
Rəqabət güclənəcək, maraqlar toqquşacaq, açıq bəhs başlanacaq. İmkan varsa, tək qalın, iş və planlarınıza qarışmağa, müdaxilə etməyə imkan verməyin.

Xərçəng – mümkün olmayan heç bir iş və ya çatılması irreal hədəf yoxdur. İstədiyinizi əldə etmək üçün səylə çalışın. Ailə üzvləri və qohumlarla münasibətlərdə irəliləyiş, yaxşılığa doğru dəyişikliklər istisna deyil.
Ailədə çoxdan bəri qaysaqlanmaq bilməyən münaqişəni çözmək ehtimalı var. Lakin unutmayın ki, ailədə problemlərin həlli sizdən qurbanlar tələb edir. Təlaşa düşməyin, emosiyalara məğlub olmayın, lazım bildiyinizi edin.
Nüfuzlu insanlarla qeyri-rəsmi söhbət və ya görüş üçün əlverişli gündür.
İşgüzar məcrada başlayan tanışlıq sonradan romantik məcraya yönələ bilər.

Şir – günün ilk yarısı ən müxtəlif işlər üçün münasibdir. Bu zaman planlarınızı reallaşdırmaqla yanaşı, parlaq ideyanızı da həyata keçirə bilərsiniz.
Səhvlərə yol verməmək və yanlış addımlar atmamaqda sizə yardımçı ola biləcək mühüm informasiya olacaq.
Günün ikinci yarısı gərgindir. Ailə üzvləri və yaxınlarınızla fikir ayrılıqları istisna deyil. Özünüzü narahat, gərgin hiss edirsiniz.
Yaxın adamların və iş yoldaşlarının ünvanına sərt tənqidlərdən çəkinin.
Sərt və aqressiv, davakar olmayın.

Qız – səhər saatlarında qərarlar və emosiyalarınıza hakim olun. İstənilən mühüm addımı atmazdan əvvəl bir qədər gözləyin. Çox yəqin ki, ilkin impulsdan sonra fikrinizi dəyişəcəksiniz.
Axşam saatlarında uğur əldə edə bilərsiniz. Qonaq gedin, gəzintiyə çıxın, kino və ya teatra yollanın. Görüşlər xoş, həm də faydalı olacaq.

Tərəzi – bu gün gərgin keçəcək. Səhər saatlarında söhbətlər və təmaslarda gərginlik müşahidə olunacaq. Dözülməzlik, tələbkarlıq – bütün bunlar yaxşıdır, amma ifrata varmayın.
Axşam saatlarına yaxın əhvalınız qəflətən dəyişə bilər. Şəxsi həyatınız, romantik maraqlarınız diqqət mərkəzində olacaq.
Sevdiyiniz adamla münasibətləriniz daha da intensivləşə bilər.

Əqrəb – peşəkar baxımdan çox uğurlu gündür. Ezamiyyətə yollanan və ya sifarişi yerinə yetirmək üçün ofisdən çıxanları daha önəmli irəliləyişlər gözləyir.
İşdə vəzifənin və ya maaşın artmasını gözləyənlər bununla bağlı rəhbərliklə danışmalıdır. Bu gün çox nəsnələrə nail ola bilərsiniz.
Aktiv istirahət üçün o qədər də yaxşı gün deyil. Köhnə dostlar üçün darıxıbsınızsa, onlarla görüşün. Amma görüşün gecədən xeyli keçmişədək davam etməsinə imkan verməyin.

Oxatan –  pis gün deyil. Ən yaxşı nəticələrə nail olmaq üçün diqqəti aktual problemlərə yönəldin. Gələcəklə bağlı fikirlərə bir qədər sonra dalarsınız.
İşdə karyera pilləkəni ilə irəliləmək imkanları var. Həmkarlarla və rəhbərliklə yaxşı münasibətləri qorumaq çox mühümdür.
Yaşam potensialı yüksək olmasa da, yeni təəssüratlar almağa, səyahətlərə və macəralara can atırsınız. Yaxınlarınız sizi dəstəkləyirlər.

Oğlaq – yaradıcı yanaşma və fantaziya tələb edən istənilən iş üçün əlverişli gündür. Orijinal həllər, tipik problemlərə standart olmayan yanaşma tərzi sizə uğur gətirə bilər. İşdə yoldaşlarınızın rəğbətini qazana bilərsiniz.
Günün ikinci yarısında işin intensivliyini bir qədər azaldın.
Ailə üzvləri ilə təmaslarda sərt və aqressiv olmayın. Yaxınlarınızla çətin məsələlərdə dil tapmağa çalışın.

Dolça – diqqəti ən mühüm işlərə yönəldin. Bu gün onları başa vurmaq gərəkdir.
Konstruktiv əməkdaşlıq, məntiqi güzəştlərə olan dözümlülük səviyyəniz günün axarını müəyyənləşdirəcək. Mövqelərinizi sərt və aqressiv müdafiə etsəniz, qarşınıza qoyduğunuz məqsədə çatmayacaqsınız. Riskli işlərdən, eksperimentlərdən uzaq durun. Yalnız yeri gələndə, ehtiyac duyulanda təşəbbüskarlıq edin. Əks təqdirdə ciddi çətinliklər və problemlərlə qarşılaşa bilərsiniz.

Balıqlar – bu gün çətinliklər istisna deyil. Amma o problemlərin öhdəsindən asanlıqla və çox tez gələ bilərsiniz. Gün ərzində sizə yardım edə biləcək, işlərinizdə dəstək duracaq insanlarla xoş münasibətlər qurun, onları öz tərəfinizə çəkin. Təşkilati işləri vaxtında və tam başa vurun, liderlik keyfiyyətlərinizi nümayiş etdirin.
Ailədə mübahisə yarana bilər. Fikir ayrılığını aradan qaldırmaq üçün güzəştə gedin, ehtiyac yaranarsa, vasitəçilik də edin. Axşam saatlarına yaxın problemlərin əksəriyyətinin çözülməsinin yaratdığı yorğunluğu çıxarmaq üçün istirahət edin. Eyni zamanda, ehtiyacı olan yaxınlarınız və əzizlərinizə həyan olun. (Milli.Az)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO