Maraqlı 29.01.2020 08:45

BÜRCLƏR – 29 yanvar

Qoç – Bu gün bəzi çətinlikləriniz olacaq. Onların hamısının öhdəsindən gəlməyiniz vacibdir. Çünki gələcək uğurlarınız onlardan asılıdır. Mübarizəyə köklənin və mövqeyinizi əldən verməyin. Yaxınlarınızın köməyinə ümid edə bilərsiniz. Yeni tərəfdaş və həmfikir axtarmağa isə dəyməz.

Buğa – Emosional fon gərgindir. Bu səbəbdən yaxınlarla münasibət də gərilməkdədir. Bunlar bir çoxlarına xırda problem kimi görünsə də, bəziləri artıq köhnə əlaqələri yeniləmək, gələcək addımlar barədə düşünməyə başlayıblar. Amma hələlik qəti hərəkət etməyə heç kim tələsmir.

Əkizlər – Hər şeyin yaxşılığa doğru dəyişəcəyi ümidinin sizi tərk etməsinə izn verməyin. Optimizm və sakit inam istənilən şəraitdə uğuru sizə doğru maqnit kimi çəkəcək.

Xərçəng – Bu gün eyni zamanda həm hiyləgər, həm də dözümlü olmalısınız. Gün sadə deyil, qarşınıza qoyduğunuz məqsədlər isə çox ciddidir və geri çəkilmək olmaz. Xoşbəxtlikdən, çox güclü bir şəxs köməyinizə gələcək. Yeni tərəfdaşınızın xətrinə dəyməyin, o, sizə hələ lazım olacaq.

Şir – Gün ərzində yaxınlarınızla razılığa gəlməyə çalışacaqsınız, amma yalnız axşama doğru ortaq məxrəcə gələ biləcəksiniz. Fikirləşməyin ki, sizi elə bir sözünüzdən anlayırlar, fikrinizi anlatmaqda tənbəllik etməyin.

Qız – Təhsil almaq, yeni biliklər öyrənmək üçün əla gündür. Bu gün informasiyanı əldə etmək və yadda saxlamaq sizə çox asandır. Alış-veriş edə bilərsiniz, amma ev təmirinə çəkdiyiniz xərc hədər gedəcək. Yaşlı insanlarla ünsiyyət xoş təsir bağışlayacaq. Həmçinin onların təcrübəsi karınıza gələcək.

Tərəzi – Sevdiyiniz şəxslə münasibətləriniz ahəngdardır, savaşdan qorxmadan istənilən məsələni onunla müzakirə edə bilərsiniz. Köhnə tanışlarınızla görüşləriniz sizi sevindirəcək. Enerjiniz çoxdur. Səhhətinizdən şikayətiniz olmayacaq.

Əqrəb – Sizi maraqlı və xoş bir gün gözləyir. Öz istedadınızı tətbiq etmək üçün gözlənilməz bir sahə tapacaqsınız. Nüfuzlu adamların xoşuna gələcək, onların inamını qazanacaqsınız. Peşəkar və şəxsi işlərinizi yoluna qoymaq üçün əla gündür. Dostlarınızla ümumi biznesin yaradılmasını, yaxud ürəyinizi tez-tez döyünməyə vadar edən birisiylə eşq məsələlərini müzakirə edə bilərsiniz.

Oxatan – Gücünüz aşıb-daşır, o qədər enerji hiss edirsiniz ki, onu sərf etməyə doğru bir yer tapsanız, əla olar. Əgər kontakt idman növlərilə məşğul olursunuzsa, yaxud fiziki işlə məşğul olacaqsınızsa, bir qədər diqqətli olun.

Oğlaq – Gün asan və xoşdur. Maraqlı insanları öz ətrafınıza toplaya biləcəksiniz. Bir çox başlanğıclar uğurla bitəcək. Və onlar nə qədər cəsarətli olsalar, bir o qədər yaxşıdır. Enerjiniz və inadınız başladığınız işi sona çatdırmağa sizə imkan verəcək.

Dolça – Ənənələrdən kənara çıxsanız, özünüzün çox cəsarətli bir planınızı həyata keçirə bilərsiniz. Əsas məsələ odur ki, həddinizi aşmayasınız. Bir qədər çox canfəşanlıq etsəniz, o zaman sizi dağıdıcı və günahkar elan edəcəklər. Çox yaxşı olardı ki, sizə dost münasibəti bəsləyən və diplomatik istedadı olan birisiylə müvəqqəti alyans yaradasınız.

Balıqlar – Bu gün hər hansı bir sürpriz vəd etmir. Sakit və rəvan, maraqlı və ümumilikdə xoş keçəcək.  Özünüzdən qəhrəmanlıq və qeyri-adi hərəkətlər tələb etməyin, rahat olun, ümumi axına qoşulun. Çalışın, vacib məsələləri günün birinci yarısında həll edəsiniz. (Milli.Az)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO