Maraqlı 03.08.2019 08:45

BÜRCLƏR – 3 август

Qoç – İntellektual və enerji səviyyənizin yüksəlməsindən ailənizin maraqlarının təminatı üçün bəhrələnin. Hisslərinizi paylaşmağa tələsməyin. Əzmli, qətiyyətli olun. Yaşananlar sizi çaşdırmasın.

Hadisələrin ən uğursuz məcrasına hazır olun.

Günün ikinci yarısında danışıqlarda sayıq olun. Əks təqdirdə qarşı tərəflə kəskin mübahisə edə bilərsiniz. Diqqətinizi işə yönəldin. Romantik görüşü ertələyin.

Sabaha indidən hazırlaşın.

Buğa – Situasiyanı sizə gərəkli istiqamətdə inkişaf etdirmək üçün stereotiplərdən qurtulun. Qarşı tərəfin əhvalını anlayın, emosiyaları hiss edin. Durum qəflətən dəyişə bilər.

Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün lazımi vasitələrdən istifadə edin.

Günün ikinci yarısında işlərin emosiyalarla həllinə imkan verməyin. Yaxşı intuisiya diqqətə layiq məsələlərin həllində yardımçınız olacaq. Gələn informasiyalara fikir verin. Maraqlı ideyalar istisna deyil.

Rasional olun. Mövqelərinizi möhkəmləndirin.

Axşam saatlarında əylənin, gəzintiyə çıxın.

Əkizlər – Dediklərinizi yanlış anlamamalıdırlar. Vəziyyət yönünü qəflətən dəyişir. Bir istiqamətdə hərəkəti çoxdan planlaşdırsanız da, yeni xəbərlər və gözlənilməz məlumatlar gündəmə başqa işləri gətirəcək. Ətrafınızdakı insanlarla təmaslar niyyətinizə təsir edəcək.

Hadisələrə təsir imkanlarına malik insan günün ikinci yarısında sizə yardım edəcək. Təsadüfi nüanslar əhvalınıza pis təsir etməməlidir. Diqqətiniz dağınıq olmasın.

Axına qarşı üzməyin. Yanınızdakı insanlara qarşı ifrat tələblərə söykənən mövqe tutmayın. Yardım istəyən insana kömək edin. Ailə üzvlərinizin qayğınıza ehtiyacı var.

Səhhətinizin qeydinə qalın.

Xərçəng – Emosional əlaqələri yenidən dəyərləndirin. Maliyyə münasibətlərini təftiş edin. Əlavə işlərə boyun olmayın, düşünülməmiş addımlar atmayın. İntuisiyanızı dinləyin. Riskli əməliyyatlara qatılmayın, kateqorik bəyanatlar verməyin.

Günün ikinci yarısında virtual təmaslar, informasiya axtarışı, yenilik arayışları gözləntilərinizi doğruldacaq.

Axşam saatlarını pəhrizə, rasionun nizamlanmasına həsr etmək olar. Harasa yollanmaq fikriniz varsa, münasibətlərdə tamahkarlıq etməyin. Eyni vaxtda bir neçə iş görmək mümkün deyil.

Şir – Tələsmədən, aramla çalışın. Gərginlik səviyyəsi nə qədər artsa da, cari məsələləri nə qədər tez başa vurmaq istəsəniz də, təmkinli olun. Sizə deyilənlərə diqqətlə qulaq asın. Vəziyyəti müşahidə edin. Konkret situasiyadan asılı olaraq qarşı tərəflə əlaqələri yeniləmək mümkündür.

Günün ikinci yarısında fəaliyyət müstəvisində sürətlənmə olacaq. Uğurlu şəraitdən yararlanın, ən ağır problemlərin asan və rahat həllərinin mümkünlüyünü təkzib etməyin. Qarşılıqlı fəaliyyətə xüsusi ehtiyac duyulur.

Səhhətinizə fikir verin. Valideynlərinizin könlünü alın.

Qız – Günün ilk yarısında problemləri həll etmək, yeni oriyentir və ya maraq dairəsi seçmək olar. Təklifləri diqqətlə qiymətləndirin, saf-çürük edin. Çətinliklərə rəğmən, irəliləməyə çalışın.

Cari fəaliyyətinizin yeni, alternativ yanaşmaya ehtiyacı var. Gəlirlər və perspektiv sizi təmin etməməlidir. Mənasız ümidləri və boş xəyalları unudun, yeni layihədə, işdə, münasibətlərdə özünüzü sınayın.

Axşam saatlarında sizə rəğbət bəsləyən insanı dinləyin. Hadisələri əsla tələsdirməin. Mühüm məsələlər təhlil ediləndə qarşı tərəfin də maraqlarını dərk etməyə can atın.

Tərəzi – Münasibətlərin yeni mərhələsidir. Yaşamınızdakı bir neçə istiqamətdə hərəkətlərin fəallaşmağa ehtiyacı var. İşdə və şəxsi münasibətlərdə aqressiv olmayın. Etiraf və açıq danışıq gözləməyin. Yanınızdakı insanlar hansısa izahata ehtiyac duymadan çalışacaqlar.

Günün ikinci yarısında situasiyanın təfərrüatlarını anlayın. Diqqət mərkəzində olacaqsınız. Tərəfdaşlar və şəriklərlə münasibətlərdə maliyyə məsələlərinə xüsusi diqqət ayırın. İndiyədək latent durumda qalan mövzular bu gün aktualdır.

Qənaətcil olun.

Əqrəb – İntensiv fəaliyyət, zəhmət tələb edən zamandır. Danışıqlar, planlaşdırma, işlərin bölüşdürülməsi pis alınmayacaq. Əlavə işlər cazibədar təsir bağışlasa da, onları ertələyin. Əks halda mühüm situasiya üzərində nəzarət imkanlarını itirəcək, önəmli işi yarımçıq qoymalı olacaqsınız.

Günün ikinci yarısı ümumən pozitivdir. Sizi maraqlandıran xəbərləri əldə etməyə çalışın. Dəyər verdiyiniz insanların qayğısına qalın. Yardımlarınız unudulmayacaq.

Axşam saatlarında açıq havada mümkün qədər çox vaxt keçirin. Təəssürat və fikir mübadiləsi ola bilər.

Oxatan – Müstəqil şəkildə, kənar təsirlərə uymadan çalışmaq üçün əlverişli zamandır. Cari işlərlə məşğul olun. Geriləmə hiss olunan yerdəki çətinliyi aradan qaldırın. Münasibətlərdə ifrat emosionallığa varmayın.

Günün ikinci yarısı yaxın gələcəklə bağlı perspektivlərin müəyyənləşdirilməsi zamanıdır. Gərəkli informasiyaları toplayın, zəruri görüşlərlə bağlı vədələşin. İlkin razılaşma səbatlı deyilsə, yeni layihəyə başlamayın. Özünüzü çox yormayın.

Səhhətinizə fikir verin, normal tonusda olun.

Axşam saatlarında normal istirahət edin.

Oğlaq – İctimai fəaliyyət üçün pis gün deyil. Ticarət və xidmət sahəsində çalışırsınızsa, irəliləyişə nail olacaqsınız. Rutin məsələlərin həllində nizam yaradın. Sənədləşdirmədə, ailə büdcəsinin həllində sayıq olmaqla yanaşı, yaxınlarınızın dediklərinə qulaq asın.

Günün ikinci yarısında fəaliyyət arealını nizama salın.

Ailə üzvləri sizi problemlərin həllindən yayındıra bilərlər. Məqsədə çatmağın optimal yollarını fikirləşin.

İnsanların gur olduqları toplantılardan yayının.

Dolça – Ətrafınızdakı olayları laqeydliklə müşahidə etməyin. Gələn xəbərləri diqqətlə araşdırın. Zahiri görünüşünüzə fikir verin. Çətin problemi dostlarla birlikdə həll etmək olar. Yeniliklər zamanıdır. Cari işlərdəki sədlərlə maneələri dəf edə bilərsiniz.

Günün ikinci yarısında qarşılıqlı fəaliyyətdə xeyir var. Zahiri görünüşə fikir verin. Qətiyyətli olsanız, cari işlərdə gözləntilərdən artığına nail ola bilərsiniz.

Axşam saatlarına yaxın daxili gərginlikdən qurtulmaq üçün laübəli məsələlərə aydınlıq gətirin, sizi pərişan edəcək suallara cavab arayın. İrəliləmək üçün bütün vasitələrdən və imkanlardan istifadə edin.

Balıqlar – Səciyyəvi çətinlikləri həddən ziyadə emosional qəbul etməyin. Maliyyə itkiləri, elektron qurğulardan birinin sıradan çıxması istisna deyil. Mümkün qədər diqqətli olun. Dövlət qurumlarının nümayəndələri ilə danışanda məğlubiyyətçi mövqe tutmayın.

Günün ikinci yarısında yaxınlarınız və ailə üzvləriniz işlərinizdə sizə dəstək verəcəklər. Uzaq yerdən gəlmiş insanla sıx ünsiyyət qurmağa dəyməz.

Məkrli planın, avantüranın qurbanına çevrilməyin. (Milli.az)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO