Maraqlı 03.12.2019 08:45

BÜRCLƏR – 3 dekabr

Qoç – qeyri-adi gündür. Başqalarının gözünə kül üfürməyi bacaranlar çox irəli gedəcəklər. Əksəriyyət hamının şıltaq olduğu qənaətinə gələcək. Ən xırda sərtlik insanların qəlbini incidir.
Başınızı, ən əsası isə – qəlbinizi itirməyin.

Buğa – əlçatmaz bir arzuya doğru inamla qaçırsınız. Hətta bilirsiniz ki, nə qədər barmaqlarınız üstə dayanmağa çalışsanız da, indi istədiyinizə toxunmaq belə mümkün deyil. Amma bu, sizin inadınızı qırmır. Sevdiyiniz adamlara inanın. Bu gün məhz siz münasibətləri tənzimləyirsiniz. Son zamanlar fikir ayrılığı səbəbindən aranızın soyuduğu insanlarla da münasibətləri düzəltməyə nail olacaqsınız.

Əkizlər – sakit gündür. Heç bir improvizə etmədən əvvəlcədən hazırladıqları plan üzrə hərəkət edənlər üçün çox məhsuldar olacaq. İntuisiya səhvə aparır, yelbeyinlik və xudpəsəndlik düzəldilməsi çətin şəraitlər yaradır. Pulla bağlı sövdələşmələr aparmağa dəyməz.

Xərçəng – sizin soyuqqanlı ağlınız emosiyalarınızın üzə çıxmasına əngəl olacaq. Əlbəttə, başqa vaxt bu, əla olardı. Amma indi heç yerinə düşmür, çünki xeyli əyləncə və xoş təəssüratdan qala bilərsiniz. Azca sərbəst olun, peşman olmazsız. Bu gün xəsislik eləməyin, yoxsa yaxşı fürsətləri əldən qaçıra bilərsiniz. Yeri gəlmişkən, bu gün işgüzarlığınız döyüş hazırlığı vəziyyətindədir, istifadə edin.

Şir – bu gün çoxlu danışıqlar və müzakirələrlə yadda qalacaq. Əksəriyyət çətin sualların cavabını axtarmağa çalışır. Hətta ən düzgün insanlar bu gün azca da olsa, hiyləgərlik işlətməyə çalışacaqlar. Günün ikinci yarısı isə məsuliyyət hissi itəcək. Səfərə, özü də təklikdə, çıxmayın.

Qız – başınız özünüzə elə qarışıb ki, başqalarının problemlərini görmürsünüz. Eyni zamanda bu, başqalarında sizin eqoist olduğunuz qənaətini yaratmayacaq. Təhlükə başqa yerdən gəlir. Sizə yarınmağa çalışanların, etimadınızı qazanmaq istəyənlərin əsl məqsədi nədir? Bax bu barədə düşünməyə dəyər. Dilinizi dinc saxlamağa çalışın, sərt zarafatlarınız kimisə əyləndirə bilər, amma onları eşidənlər arasında qəlbi qırılanların sayı daha çox olacaq.

Tərəzi – babat gündür, dözmək olar. Hərdən narahatlıq keçirəcəksiniz, amma bunların heç biri ciddi səbəbdən qaynaqlanmır. Planlaşdırdıqlarınızın öhdəsindən asanlıqla gələcəksiniz. Məlahətiniz ətrafdakıların gözünü qamaşdırır. Münasibətlərinizdə diqqətli olun, bugünkü seçiminiz çox yanlış ola bilər. Köhnə dostlarınızı unutmayın. Onlar çətin anda sizi dəstəkləyəcək və darıxmağa qoymayacaqlar.

Əqrəb – çox şey istəyirsiniz. Amma nəyə daha çox can atsanız, onu da əldə edəcəksiniz. Gözlənilmədən müttəfiqləriniz peyda olacaq, başqalarının təcrübələrinə güvənin, yalnız öyrənmək xatirinə səhv etmək lazım deyil. Şəxsi zəmində xoşagəlməzliklər, sarsıntılar ola bilər. Tanımadığınız və məqsədləri qaranlıq olan adamların işlərinizə burun soxmasına izin verməyin.

Oxatan – bu günə çox ümid olmayın. O, xoş keçsə də, həyatınızda nəyisə köklü surətdə dəyişməyə qadir deyil. Boş xəyallar qurmayın. Səyahətə çıxmaq, imicinizdə, interyerinizdə nəyisə dəyişmək də kefinizi açmayacaq. Bilirsiniz niyə? – Çünki bütün bunlar özünüzdən, hisslərinizdən qaçmağınız üçün bir səbəbdir. Çox özünüzə qapılmayın. Ancaq düşünüb-daşınmağa dəyər.

Oğlaq – uğura arxayın olmayın, bu gün hər şeyi öz zəhmətiniz və inadınız bahasına əldə edəcəksiniz. Rəhbərliklə, rəsmilərlə münaqişəniz ola bilər. Siz çox sərbəstsiz, hərdən dözülməz dərəcədə. Çoxları isə bunu intizamsızlıq, yelbeyinlik, məsuliyyətsizlik kimi qəbul edir. Bu gün investisiya yatırmağa dəyməz, ziyana düşərsiniz. Yaxınlarınıza diqqət ayırın. Bir az romantik olun, gəzintiyə çıxın. Bir çox Oğlaqlar bu gün hisslərini etiraf etməkdə çox cəsarətli olacaqlar. Əla! Peşman olmayacaqsınız.

Dolça – düşünməyin ki, bütün dünya sizin əleyhinizə qalxıb. Tezliklə hər şey düzələcək. Maliyyə işlərində ehtiyatlı olun. Sizin üçün vacib olan layihələrin taleyini tanımadığınız insanlara həvalə etməyin. Nüfuzlu şəxslərdən kömək gözləməyin. Təəssüf ki, şəxsi həyatınızda da çətinliklər var. Xüsusilə gənc Dolçalar üçün. Bunun bircə çıxış yolu var – olanları yaxşıca analiz etmək.

Balıqlar – çox ləngsiniz. Əslində, bu, elə də pis deyil, sadəcə, ətrafınızdakılar sizi daim tələsdirməyə çalışacaqlar. Hər şeyi zarafata çevirsəniz də, səbrinizin tükənməsi ehtimalı var. Unutmayın ki, bu gün bitəcək. Pis davrandığınız insanlar isə yanınızda qalsalar da, qəlbləri qırılacaq. Odur ki, əsəblərinizi cilovlayın. (Milli.Az)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO