Maraqlı 30.10.2019 08:45

BÜRCLƏR – 30 oktyabr

Qoç – Maliyyə məsələlərinə bu gün aydınlıq gətirin. Tanıdığınız və dəyər verdiyiniz insanlara qarşı güc, kobudluq, təzyiqə əl atmayın. Ətrafınızdakı insanlar sizə qarşı deyillər və onlarla müvafiq formada danışsanız, yardım edəcəklər. Bu gün izafi məsləhətlər alaraq, işlərinizi başqalarının göstərişi əsasında qurmayın. Gün ərzində ev üçün nə isə almaq, təcili və təxirəsalınmaz saydığınız əşyaya yiyələnmək, artan iştahınızı təmin etməyə çalışacaqsınız.

Buğa – Bu gün ən xırda təfərrüatlara və detallara diqqət verin. Gəldiyiniz nəticələrdə dəqiq və səlis olun. Bu gün başlayacağınız bir çox işlərdə uğur qazana bilərsiniz. Bir şərtlə ki, məşğul olduğunuz işə maraq göstərəsiniz. Darıxdırıcı, usandırıcı işlərlə məşğul olmayın. Diqqətiniz yayınmasın, səhvlərə yol verməyin.
Şəxsi həyatda dəyişikliklər ola bilər. Son vaxtlar sizi maraqlandıran suallara cavab alacaqsınız. Əvvəllər son qoyulmuş bəzi münasibətlərin bərpası ehtimalı var. Sevdiyiniz adamla mübahisə edibsinizsə, barışmaq çətin olmayacaq.

Əkizlər – İşdə və şəxsi həyatda yeni münasibətlərə başlamaq üçün əlverişli gündür. İnsanlarla asanlıqla dil tapmağa çalışın. Onların sizdən gizlədikləri, söyləmək istəmədikləri məqamları təxminləməyə çalışın.
Aldadılmamaq üçün sərvaxt olun. İstənilən məlumatı və ya informasiyanı çox təfərrüatlı, dəqiq şəkildə yoxlayın.
Ailə üzvləriniz, xüsusilə də kiçik yaşlılar bu gün sizə sürpriz edə bilərlər. Yaxınlarınızın yanında özünüzü rahat hiss edirsiniz. Evdə qarşılıqlı anlaşma və xoş niyyət var.

Xərçəng – Gün maraqlı olacaq. Yeni, cazibədar işlə məşğul olmaq imkanı yaranacaq. Ətrafınızdakı insanların sizdə olmadığını düşündükləri istedadlarınız üzə çıxacaq. İş yoldaşları, tanışlar arasından bir nəfər sizə pis olmayan təkliflə yaxınlaşa bilər. Qeyri-adi diqqət nişanələri, xoş sürprizlər ola bilər.
Sevdiyiniz insan varsa, sizi əla gün gözləyir. Onu sevindirmək üçün hər şeyə hazırsınız. Bilin ki, o da hisslərinizi anlayır və dəyərləndirir. Günün emosional fonu çox əlverişlidir.

Şir – Gün ağırdır, gərgindir və yaşanan olaylardakı imkanlar artdıqca gərginlik də çoxalır.
Qabriel Qarsia Markesin “fənd”indən istifadə edin, ciddi emosiyaları zəiflədin.
Əgər müəyyən şəxslə münasibətlərdə çətinlik yaranarsa, tərəf-müqabili dinləyin. İn və Yanın arasındakı cığırı taparaq qarşılıqlı münasibətlərin yeni xəttini çəkin.
Maliyyə məsələlərində xüsusilə ehtiyatlı olun. İmkan varsa, maliyyə əməliyyatlarını təxirə salın, ya da etibarlı və bilikli, təcrübəli insana üz tutun.

Qız – Yaxın ətrafınızdakı insanlar planlarınız və ideyalarınızın hamısını dəstəkləməyəcəklər. Tələsməyin. Emosionallığınız və çılğınlığınız bu gün münasibətlərin harmoniyasını poza bilər.
Amma hadisələrin belə məcrası bəzi şərtlərin aydınlaşdırılması üçün mühümdür.
İtki verə biləcəyiniz tədbirlərə qatılmayın.
Hadisələrə müdaxilə etməsəniz, gün yaxşı alınacaq.

Tərəzi – Bu gün sizin üçün mühüm dövrlərdən biridir. Günəş və Plutonun tutduqları mövqelər bundan xəbər verir. Mərhələ dəyişikliyi yaşanır. Önəmli işin birindən imtina edib, başqasına başlayaraq sizin üçün ən əhəmiyyətli olanı seçin.
Təzyiq, narazılıq hissləri keçirəcəksiniz. Hansısa önəmli məqamı nəzərdən qaçırdığınızı, yad ünsürlərin artmağa başladığını duyacaqsınız.
Köhnəlmiş təmaslar və əlaqələrdən qurtulun. Xüsusilə də itirilmiş illüziyalar və imkanlarla bağlı gözləntilərlə vidalaşın.
Alış-verişi axşama saxlayın, ya da sabaha təxirə salın.

Əqrəb – Bu gün qarşınızda çox yaxşı peşə imkanları açılacaq. Tərəfdaşınıza və sizə sərfəli olan əməkdaşlıq başlaya bilər. İşdə qərarlar asanlıqla verilir, dinamik çalışırsınız. Yeni müttəfiqlər və tanışlar sizə xoş təsir bağışlayır.
Fəqət xəyallar aləminə qapılmayın, illüziyaların izinə düşməyin. Həyata real baxan insanların yanında olun.
Elektrik əşyaları və odla ehtiyatlı olun. Kiçik travmalar istisna deyil.

Oxatan – Bu günün hadisələri müəyyən vasitə və yollarla keçmişinizlə bağlı olacaq. Ona görə də maraqlandığız suallara məhz həmin əlaqələrdə cavablar arayın.
Valideynlər və ailə üzvləriniz, qohumlarla anlaşılmazlıqlar mümkündür.
Səbrli olun, təmkinli davranın.
Baş verənlərə sakit yanaşsanız, problemlərin həll yollarını tapacaq, əmin-amanlığı bərpa edəcəksiniz.

Oğlaq – Bu gün işdə uğur qazanmağa və peşəkar ambisiyalarınızı təmin etməyə çalışacaqsınız. İşinizə, əməyinizə müsbət təmayüllərin təsiri az olmayacaq. İmicinizə xüsusi diqqət yetirin.
Ətrafdakı insanlara bağışlayacağınız təsirdən çox şey asılıdır.
Bu gün mümkün qədər diqqətli olun, ətrafı sərrastlıqla müşahidə edin. Məhz belə olarsa, şəxsi həyatınızda yaranmış situasiyanı anlaya bilərsiniz.
Sizi çoxdan bəri narahat edən problemin həll yolunu tapa biləcəksiniz.

Dolça – Bu gün istənilən işin, o cümlədən ən çətin problemlərin öhdəsindən gələcəksiniz. Heç bir səddə və maneəyə fikir vermədən məqsədinizə doğru irəliləyin.
Bədxahlar sizə mane olmağa çalışacaq, amma uğursuzluğa düçar olacaqlar. Yeni işgüzar münasibətlərin yaradılması üçün əlverişli gündür. İş yoldaşları və ya tərəfdaşlarla, şərik və dostlarla əməkdaşlıq sərfəli ola bilər.
Şəxsi həyatda hər şey asan deyil. Fəqət situasiyaya fərqli baxsanız, bütün problemlərin həll yolunu tapa bilərsiniz. Səfərə çıxmaq, mühiti dəyişmək pis olmaz.

Balıqlar – Sizin üçün önəmli olan insanla aranızdakı fikir ayrılıqlarına rəğmən, yaranmış anlaşılmazlığı bu gün aradan qaldırmaq olar. Çalışdığınız insanlara ideyalarınızın pis olmadığını, onların perspektivə hesablandığını başa salın. Kəmhövsələ olmayın, tələsməyin.
Ümumi işlərdə yalnız özünüzü düşünməyin.
Gün mühüm məsələlərin həlli üçün əlverişlidir. (Milli.Az)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO