Maraqlı 31.03.2019 09:38

BÜRCLƏR – 31 mart

Qoç – gün ciddi problemlərin təhlili, mürəkkəb məsələlərin həlli ilə bağlıdır.
Sadə olmayan analitik işlə məşğul olaraq mürəkkəb durumu çözə bilərsiniz.

Yaxşı məsləhətlər verə bilərsiniz, amma niyyət və planlarınızı ətrafınızdakı insanlara açıqlamayın.
Yeni arzular, istəklər və planlar yarana bilər. Bu istəkləriniz hətta sizi əla tanıyan insanlara da qəribə gələ bilər. Emosional fon stabil deyil. Əhvalınız qəflətən dəyişə bilər.

İnadkar olmayın, gərəksiz mübahisələr etməyin.

Buğa – şəxsi həyatınızda qəfil dəyişikliklər ola bilər. Baş verən hadisələrin sizi qəfil yaxalamasına imkan verməyin.
Yeni nəyəsə başlaya bilərsniz. Amma əvvəlcə ətrafınıza diqqətlə nəzər salın.

Çətinliklərlə üzləşəndə yardımınıza gələ biləcək insan olmalıdır.
Bu gün maraqlı insanlarla görüşlər, qeyri-adi münasibətlərin başlanması mümkündür.
Şəxsi həyatınızla bağlı perspektiv planlar yarana bilər.

Alış-verişlə, xüsusilə iri məbləğdə nə isə almaqla bağlı böyüklərin məsləhətlərinə qulaq asın.

Əkizlər – bu gün pula ehtiyacınız artacaq. Pul qıtlığı və maliyyə çatışmazlığı əhvalınızı əməllicə korlaya bilər.
Alış-verişdə ən zəruri ehtiyaclarınızın ödənilməsi ilə kifayətlənin.

Torpaq, daşınmaz əmlak və s. ilə bağlı əməliyyatları təxirə salın.
Qəti qərarlar verməyə tələsməyin.
Vaxtınızı sadə və rahat keçirin, məsuliyyətli qərarlar qəbul etməyin. İfrat zəhmət və güc tələb edən heç nə etməyin.

Bu gün hiperaktiv zəhmətinizə ciddi ehtiyac duyulmur.

Xərçəng – bu gün müstəqilliyə ciddi ehtiyacınız və istəyiniz olacaq. Kimsə ilə məsləhətləşmədən, nəsihətlərə qulaq asmadan davranmaq istəyirsiniz.

Təhtəlşüurunuza qulaq verin, hissiyatınızı dinləyin. Belədə ciddi problemlər yaranmamalıdır.
Yaxınlarınıza köməyiniz, o cümlədən maddi dəstəyiniz gərək ola bilər.

Əmlakınıza diqqət edin. Bahalı əşyalarınızdan birinin sıradan çıxma, sınma və ya itmə ehtimalı var. Səbəbsiz xərclər ola bilər.

Birmənalı olmayan münasibətlər yaşadığınız insandan xoş xəbərlər ala bilərsiniz.
Günün ikinci yarısında qohumlarınızdan biri sizə sürpriz edəcək.

Şir – valideynlərlə münasibətlərə diqqət yetirin. Bu gün onlarla anlaşılmazlıqlar yaranarsa, sonradan sərinliyi aradan qaldırmaq asan olmayacaq. Ümumi mülkiyyət, planlaşdırılmış alış-verişlə bağlı mübahisələr mümknüdür.

Digər tərəfdən, məhz bu gün məntiqli addımlar atılarsa, plaşdırılmış işləri başa vurmaq olar.
Yeni maraqların yaranması, dünyagörüşünün artması mümkündür.
Günün ikinci yarısında yeni tanışlıqlar istisna deyil.

Ehtiyatlı olun, tanış olduğunuz insan sizinlə səmimi olmaya bilər.

Qız – bu gün hazır olmadığınız çoxsaylı hadisələr baş verə bilər. Situasiyadan tez baş çıxarın. Lakin tez-tələsik, düşünülməmiş qərarlar verməyə, onları həyata keçirməyə tələsməyin. Belədə yaşananlar emosional durumunuza pis təsir edə bilər.

Maraqlı planlar, yeknasəq olmayan ideyalar istisna deyil. Şəxsi münasibətlərdə təşəbüsskar olmasanız, həyatınızda köklü dəyişikliklər baş verməyəcək.

Günün ikinci yarısı aktivliyi bir qədər azaldın.
Sosial şəbəkələrdə fəallıq göstərə bilərsiniz.

Tərəzi – romantik münasibətlər baxımından əlverişli gündür. Əks cinsin mənsubları ilə asanlıqla dil tapacaqsınız. Bununla belə, həyatınızda mühüm rol oynaya biləcək insanla da tanış ola bilərsiniz.

Gün ailəvi istirahət, uşaqlar və valideynlərlə ünsiyyət üçün yararlıdır.
Qeyri-adi görüşlər, toy və ziyafətə dəvət də ola bilər.

Diqqət mərkəzində olmaqdan xoşlanacaqsınız.
Qüvvənizə və imkanlarınıza güvənin.

Əqrəb – çox gərgin, ən müxtəlif hadisələrlə zəngin bir gündür. Həmin hadisələrdən birinin həyatınızda mühüm rol oynayaraq xoşagələn dəyişikliklərin başlanğıcı olması istisna deyil.

Çətin, qarışıq, birmənalı olmayan situasiyada təmkinli davranın, amma sürətli olun. Belədə böyük uğur əldə edə bilərsiniz.
Təhsildə uğurlar, maraqlı müşahidələr mümkündür.

Riskli olmayın, ənənələri pozmayın, adətlərə qarşı çıxmayın.
Başqalarının işlərinə qarışmayın və bilavasitə sizə dəxli olmayan situasiyaları düşünüb qəm çəkməyin.

Oxatan – bu gün eqoist və aktiv olacaq, bir yerdə durmayacaqsınız. Tamamilə yeni, hətta mürəkkəb işlərə başlamaq istəyəcəksiniz. Aşıb-daşan həyat enerjinizi yönəltməyə istiqamət axtarırsınız.
Amma unutmayın ki, bu gün xırda detallara fikir vermədən geniş miqyaslı işlər barədə düşünmək gərəkdir. Yaxın ətrafınızdakı insanların qarşısında yüksək tələblər qoyur, onlardan çox şey gözləyirsiniz. Bu isə sizə dəyərli olan insanlarla mübahisələrə, pərişanlığa səbəb ola bilər.
Səbrli olun.

Oğlaq – səfər, səyahət, şəraitin istənilən dəyişikliyi üçün əlverişli gündür. Tamamilə yeni işlərə başlaya bilərsiniz. Uğur sizi çox gözlətməyəcək.

Uzaqdan gəlmiş insanlarla görüş və ya sizə yaxın olan adamlardan birindən xəbər alınması mümkündür.
Naməlum, öyrənilməmiş, müəmmalı nəsnələrə marağınız artacaq. Əvvəllər əsla maraq göstərmədiyiniz bilikləri əldə etməyə çalışacaqsınız.

Savadlı, təhsilli, ağıllı insanlarla təmaslara can atırsınız. Maraqlı söhbətlər istisna deyil.
Bu gün romantik tanışlıq və ya münasibətlər gözləməyin.

Dolça – bu gün görəcəyiniz bütün işləri konkret məqsədlərə çatmağa yönəldin. Boş-boşuna vaxt keçirməyə çalışmayın.

İnad və ambisiozluğunuz arta bilər. Özünüzə rəqib axtarırsınız. Lakin “çəki dərəcəsi” prinsipini yaddan çıxarmayın.

Bu gün romantik münasibətlər başlarsa, onların uzunmüddətli olması istisna deyil. Özü də bu münasibətlər sizə sevinclə yanaşı, qayğı və nigaranlıq da gətirəcək.

Balıqlar – maraqlandığınız, sizə rahat gələn işə həsr edə biləcəyiniz gündür.
Yaradıcılığa marağınız artacaq. Eyni zamanda, işlə bağlı məsələləri də unutmayın və rəqiblərin sizi üstələmələrinə imkan verməyin.

Yaradıcılıq potensialınız yüksəkdir. Bu gün sizə çoxsaylı maraqlı ideyalar bəxş edəcək.
Həmin ideyalar arasında perspektivə hesablanmış fikirlər də var, kiçik istəklər də.

Yaxın ətrafınızdakı insanlara qayğı və şəfqətlə yanaşaraq mübahisələr və münaqişələrə yol verməyin.
Həkimin məsləhət bildiyi dərmanlardan savayı, heç bir farmokoloji preparat qəbul etməyin. (milli.az)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO