Maraqlı 05.04.2019 09:03

BÜRCLƏR – 5 aprel

Qoç – günün ilk yarısı ilə bağlı planlar quranda unutmayın ki, hətta ən sadə və asan işlərin həlli nəzərdə tutulduğundan artıq vaxt alacaq. Yolda ləngimə, təxirəsalma riskləri də az deyil. Yolda gecikmələr ola bilər. Ona görə də gecikmələrlə barışmayan insanlarla bu gün görüş təyin etməyin. Vəd edilən görüşə vaxtında qatılmaq asan olmayacaq.

Günün ikinci yarısında səhhətinizdə problemlər ola bilər. Meteohəssas insansınızsa, özünüzdən muğayat olun. Kompüter arxasında çox vaxt keçirmək, uzun müddət televizora baxmaq məsləhət deyil.

Gözləriniz tez yorulacaq.

Buğa – unutmayın ki, yaxın gələcəklə bağlı planlar qurursunuz. Nəyi həyata keçirmək istədiyinizi müəyyənləşdirin. Əfsuslar olsun ki, bir sıra məsələlərdə sizi pərişanlıq gözləyir.

Günün maliyyə fonu uğursuz olduğundan bədxərcik etməyin, spontan alış-verişə varmayın. İşgüzar səfər və ya səyahət uğursuz alınacaq. Çoxdankı tərəfdaşlardan biri ilə münasibətlər korlana bilər.

Günün ikinci yarısında müsbət təmayüllərin təsiri güclənəcək. Yaxınlarınızla münaqişə və ciddi ixtilaflara səbəbkar olmayın. Yaşam potensialının səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq.

Əkizlər – səhər saatlarında xüsusilə diqqətli və səbrli olun. Həmkarlar, işgüzar tərəfdaşlar və işdəki rəhbərliklə təmaslarda diqqətli olun. Yalnız belə olarsa, sonradan uzunmüddətli münaqişələrə təməl olacaq mübahisənin qarşısını ala bilərsiniz. Birgə fəaliyyət üçün əlverişsiz zamandır.

Günün ilk yarısından başlayaraq müstəqil çalışmağa başlayın.

Maliyyə məsələləri ilə bağlı problemlər yaranarsa, yaşlı qohumlar və təcrübəli dostların məsləhətlərinə qulaq asın.

Sevdiyiniz insanla münasibətlərdə problemlər yarana bilər. Güzəştə gedin, təmaslardakı harmoniyanı qoruyun.

Xərçəng – bilin ki, günün ilk yarısı uğurlu olacaq. Qərarları vaxtında qəbul edərək qətiyyətli addımlar atsanız, göstərdiyiniz səylər peşəkar fəaliyyət sahəsində ciddi irəliləyişlə sonuclanacaq.

Əzəli rəqibi üstələmək, bədxahları pərişan etmək şansları var. Karyera, maliyyə məsələləri, şəxsi həyatla önəmli qərarlar qəbul edərkən ciddi düşünün.

Günün ikinci yarısı o qədər də əlverişli olmadığından daha ehtiyatlı tərpənməlisiniz. İnsanların gur olduğu yerlərə yollanmayın.

Sakit istirahət, yorucu olmayan və maraqlı məşğuliyyət üçün vaxt tapın.

Şir – gerçəkdən də, qarışıq, mürəkkəb, çətin gündür. Fəqət, problemlər müvəqqəti səciyyəlidir və az sonra həll olunacaqlar. Uzunmüddətli öhdəliklər götürməyin, vədlər verməyin. Cari işləri başa vurmamış yeni planlar qurmayın. Boş vaxtınız az olacaq. Süst və ətalətli davranmayın.

Əyləncəni ixtisara salmaq olar.

Günün ikinci yarısı nüfuzlu insanlarla görüş, dövlət qurumlarına baş çəkmək üçün əlverişli deyil. Romantik görüş də pis alınacaq. Bu səbəbdən də ciddi səhvlərə yol verməməyə çalışın.

Qız – narahat olmayın, əlverişli və yaxşı gündür. Ciddi uğurlara nail ola bilərsiniz. Qəbul etdiyiniz qərarlar qeyri-standart olarsa, qarşınıza qoyduğunuz məqsədlərə çata bilərsiniz. Peşəkar fəaliyyət müstəvisində çoxdan bəri həllini gözləyən problemi çözmək şansları yaranıb. Son vaxtlar dil tapa bilmədiyiniz insanlarla dil tapa bilərsiniz.

Hüquqi və əmlak məsələlərinin həlli, habelə alış-veriş üçün yaxşı zamandır.

Günün ikinci yarısında səfər və ya səyahət uğurlu alına bilər. Yaxınlarınızla münasibətlərdə həssas olun. Təmasların səmimi, harmonik olmasına çalışın. Romantik təmaslar və dost görüşləri sizi sevindirəcək.

Qəfil hədiyyə istisna deyil.

Tərəzi – günün ilk yarısında işdə uğurlar istisna deyil. Nüfuzlu insanlarla görüşlər pis keçmir. İşdə rəhbərliklə söhbətin konstruktiv olmasına çalışın. Karyerada irəliləyişə və ya maaşın artırılmasına nail olmaq şansları var.

Yeni iş yeri axtarışlarına da başlamaq olar. Maraqlı təkliflər alacaqsınız.

Günün ikinci yarısı işgüzar təmaslar müstəvisi ilə yanaşı, şəxsi münasibətlər də təşəbbüslər üçün əlverişlidir. Romantik görüş pis keçməyəcək. Maraqlı tanışlıq ola bilər. Üstünlüklərinizi nümayiş etdirin, nöqsanlarınızı gizləməyə çalışın.

Qətiyyətli və iradəli olun. Axşam saatlarında normal istirahət edin

Əqrəb – qətiyyətli olun. Yaranan problemləri müstəqil, kimsədən yardım gözləmədən həll etməyə çalışsanız, əhəmiyyətli irəliləyişlərə nail ola bilərsiniz. Əməkdaşlıq effektiv olsa da, psixoloji baxımdan qeyri-komfort sayıla bilər. İşdə həmkarlarla, fəaliyyət sahəsində isə tərəfdaşlarla gərgin mübahisələr etməyin. İşgüzar və şəxsi münasibətləri əsla qarışdırmayın.

Yeni tanışlıq üçün əlverişli zaman deyil.

Günün ikinci yarısında yaxınlarınız adi günlərlə müqayisədə sizi daha çox tənqid edəcəklər. Onların dediklərində həqiqət olsa da, inciyə bilərsiniz. Əhvalınız pis olmayacaq. Axşam saatlarında xroniki ağrılar başlaya bilər.

Oxatan – günün ilk yarısı sakit və rəvan zamandır. Adi, cari və rutin işlərin öhdəsindən asanlıqla gələcəksiniz. Əlahiddə çətinliklər yaranmayacaq. Prinsipial baxımdan yeni problemlərin həllinə, yaxud da genişmiqyaslı layihənin reallaşdırılmasına başlamayın. Bir çox məsələlərə ifrat mühafizəkar yanaşma sərgiləməyin. Bilik və təcrübənin artırılmasında uğurlar əldə edə bilərsiniz. Maraqlı insanlarla görüşlər istisna deyil.

Günün ikinci yarısında köhnə tanışlar, dostlardan xəbərlər alacaqsınız. Qəfil dəvət də istisna deyil. Maliyyə fonu uğurludur. Gözlədiyiniz məbləğ vaxtında çatdırılacaq. Axşam saatları gəzintiyə və ya alış-verişə yollanmaq istəyirsinizsə, isti geyinin. Soyuqdəymə, zökəm riski var.

Oğlaq – səbrli, təmkinli olsanız, böyük uğurlara və əhəmiyyətli irəliləyişə nail ola bilərsiniz. İntuisiyanızın səsinə qulaq asın. O, ən yaxşı nəticələrə nail olmaq üçün nə zaman nə etməyi sizə deyəcək. Tamamilə faydasız hesab etdiyiniz informasiyadan da yararlana bilərsiniz. Bilik, təcrübə və məlumatlarınızı artırın.

Diqqətli və sayıq olun. Belədə ən çətin vəziyyətdən çıxış yolunu tapa bilərsiniz. Köməyə ehtiyac duyan insandan yardım və məsləhətlərinizi əsirgəməyin.

Günün ikinci yarısı alış-veriş, maliyyə və əmlak məsələlərinin həlli üçün əlverişlidir. Təmirə başlamaq, interyeri yeniləmək olar.

Dolça – hisslərin əsiri olmayın. İşgüzar görüşlər, əməkdaşlıq şərtlərinin müzakirəsi, yeni sərfəli tərəfdaşlığa başlamaq üçün əlverişli gündür. Təşkilati fəaliyyətlə bağlı ideyalar pis deyil. Rəhbərliklə görüşərək həmin ideyaları müzakirə etmək olar.

Kadr məsələlərinin həlli zamanı laqeyd müşahidəçi mövqeyi tutmayın.

Problemlərin həllində qeyri-standart variantları seçin.

Ailə üzvləri ilə ünsiyyət üçün yaxşı zamandır. Yaşlı qohumlar və uşaqlarla təmaslar sizə müsbət emosiyalar verəcək.

Sevdiyiniz insanla münasibətlərdə qayğıkeş, həssas olun. Belədə fikir ayrılığı və ixtilaf riski minimuma enəcək.

Balıqlar – qarışıq zamandır. Yaranmış situasiyanı dəyərləndirmək çətin olsa da, bu işin öhdəsindən gəlməyə çalışın. Bəzi qərarlar və addımlarınızın yanlış olduğunu etiraf etmək üçün özünüzdə cürət tapın. Aldığınız məlumatlarla informasiyanın hamısını yadda saxlamaq çətindir. Bəzi məlumatları unuda bilərsiniz.

Günün ikinci yarısı sənədlərin hazırlanması, dövlət qurumlarına baş çəkmək, hesabatları ərsəyə gətirmək üçün əlverişli deyil. Məişət problemlərinizi ürəyinizə salmayın. Kiçik məsələlərə görə yaxınlarınızla münaqişə etməyin.

Hansı işə diqqət yetirmək gərəkdiyini, hansı işin də önəmsiz olduğunu müəyyənləşdirin.

Axşam saatlarında normal istirahət edin. (Milli.Az)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO