Maraqlı 05.07.2019 08:45

BÜRCLƏR – 5 iyul

Qoç – çalışdığınız kollektivdə qəfil xəbərlər istisna deyil. Mövcud vəziyyəti nəzərə alaraq, imkanlarınızı aşmadan fəaliyyət göstərin. Yaşananlardan faydalanmaq üçün maksimum dərəcədə aktiv olun.

Günün ikinci yarısında uğurlarınız əhəmiyyətli dərəcədə təsadüfdən asılı olacaq. Uğurlu və ağıllı insanlarla əlaqələri kəsməyin. Onlarla ideya və planların mübadiləsinə başlamaq olar.

Romantikaya qapılmayın. Sevdiyiniz insanla təmaslarda yeni perspektivlər var.

Buğa – ambisioz, hikkəli, aqressiv olmayın. Əvvəlki incikliklərin heyfini almağa çalışmayın. Münaqişələrə meylli, kinli insanlardan uzaq durun. Daxili azadlığınızı və səbrəstliyinizi qoruyun.

Günün ikinci yarısında atdığınız addımların fərqinə varın. Rasionunuza fikir verin. Təfərrüatlarına bələd olmadığınız məsələlərlə bağlı rəy verməyin.

Problemlərin artması sizdən daha fəal olmağı tələb edir. İstəklərinizin normadan artıq olması prosesləri ləngidə bilər.

Sayıq və diqqətli olun.

Əkizlər – ani qərarlar verməyin. Düşünüb daşının, sonra fikrinizi açıqlayın. Yaşanan proseslərlə bağlı mövqeyinizdə dəyişikliklər ola bilər. Aqressiya və həyəcan yolverilməzdir. Yaxın ətrafınızdakı insanlara dəyər verin, onların qəlbini qırmayın.

Günün ikinci yarısında xoşagəlməz sözlər eşidə bilərsiniz. Əlavə işlər görməli olacaqsınız. Çətin, ağır xasiyyətli insanlarla təmas zərurəti yaranacaq. Hisslərin gərildiyi zamanda müşkül məsələnin həllinə başlamayın.

Axşam saatlarında səhhətinizin qayğısına qalın.

Xərçəng – rutin işlər darıxdırıcı təsir bağışlasa da, onları yarımçıq qoymayın. Aksiyalara və toplantılara qatılmayın. Müstəqil fəaliyyətə üstünlük verin. Saxta etiraflara və yalnız ilk baxışdan cazibədar təsir bağışlayan təkliflərə aldanmayın.

Arzularınızı reallaşdırmaq üçün aktiv olun.

Günün ikinci yarısında proseslərin ritminə nəzarət edin. Büdcənizdə böyük itkilər olmamalıdır. Krediti vaxtında ödəməyi unutmayın.

Axşam saatlarına yaxın yarımçıq işləri başa vurun.

Açıq havada gəzintiyə çıxın.

Şir – təşəxxüslü, ifrat qürurlu olmayın. Hisslərinizə hakim ola bilməsəniz, fəsadları ağır addımlar ata bilərsiniz. Ailə üzvlərinin tələblərini nəzərə alın. Onların istəkləri ön planda olmalıdır.

Günün ikinci yarısında daşınmaz əmlak, vərəsəlik, ipoteka, kreditlər, sığorta ödənişləri, borcların qaytarılması ilə bağlı əməliyyatlarda yaxşı tanımadığınız insanlara etibar etməyin. Yaxınlarınız üçün gördüyünüz işləri onların üzünə vurmayın.

Axşam saatlarında əyləncəyə yollana bilərsiniz.

Mübahisələrdə tərəf tutmayın.

Qız – günün ilk yarısı yaradıcılıq üçün əlverişlidir. Xatirələrin təsiri və hisslərin pressinqi altında olsanız, ən adi, rutin işlər yarımçıq qala bilər. Rasional məntiqinizi unudub ani istəklərlə davranmayın.

Günün ikinci yarısında təmkinli və soyuqqanlı olmasanız, orientirləri itirə bilərsiniz. Sədləri aramla dəf edin. Maneələrin çoxluğu sizi pərişan etməsin. Gərəkli zamanda lazımi addımlar atın. Neqativ emosiyalar yaradan insanlarla ünsiyyəti minimuma endirin.

Tərəzi – maliyyə məsələlərində diqqətli olun. Münasibətlərdə gərginlik yarada biləcək addımlar atmayın, sayıq və diqqətli olun. Bədxərclik etməyin, alış-verişdə məntiqli davranın.

Günün ikinci yarısısında illüziyalara qapılmayın, ambisiyalarınızı təmin etmək üçün ani hisslərin idarə etdiyi fiqura çevrilməyin. Çalışdığınız yerin hesabına şəxsi maraqlarınızı təmin etməyin. Əməllərinizə görə gec-tez cavab verməli olacaqsınız.

Qida rasionunuza fikir verin. İş qrafikində köklü dəyişikliklər etməyin.

Əqrəb – emosiyalarınızı nəzarətdə saxlayın. Hissləriniz sizi yanlış addımlar atmağa vadar edə bilər. Təmkinli olun, bütün diqqəti işə yönəldin. Maddi və ya mənəvi baxımdan təzminatlar əldə etməyə can atmayın.

Günün ikinci yarısında narazılıq hissi, natamamlıq duyğuları yarana bilər. Problemlərin həllinə yaradıcı yanaşın. Axşam saatlarına yaxın yeni tərəfdaş və ya şəriklə işləyə bilərsiniz.

Axşam saatlarında normal istirahət etməyə çalışın.

Oxatan – sınaq zamanıdır. Günün ilk yarısından etibarən maneələr və sədlərin sayı artacaq. Təşəbbüslər zamanı deyil. Cari işləri başa vurun, yarımçıq heç nə saxlamayın.

Kiçik uğursuzluqlar sizi ruhdan salmasın. Problemləri qulaqardına vurmayın, onları çözün.

Günün ikinci yarısında sirlərinizi yaxşı tanımadığınız insanlarla bölüşməyin. Başqalarının sözlərindən asılı olmayın.

Hisslərinizi müvazinətdə saxlayın, təsir altına düşməyin.

Oğlaq – günün ilk yarısı qəfil hadisələr və təəssüratlar, görüşlər və xəbərlər vəd edir. Önəmli saydığınız məsələ ilə bağlı yeni məlumatlar ala bilərsiniz. Gözlədiyiniz hadisə baş verəcək.

Uzun müddətdən bəri güc və vaxt tapmadığınız işi görə bilərsiniz. Cari işlərdə tərəfdaşlarla şəriklər aktiv rol oynayacaqlar. Yeni təkliflər və ideyalar olacaq.

Reallaşmayan arzular və ya puç olan istəklər münasibətlərdə gərginlik yaratmamalıdır. Hisslərin əsiri olsanız, ruh düşkünlüyünə qapıla bilərsiniz. Nikbin olun. Yeni məqsədlər və stimullar var.

Axşam saatlarında normal istirahət edin.

Dolça – rutin, adi işlər üçün neytral zamandır. Qarşınıza böyük məqsədlər qoyubsunuzsa, sizi çətinliklər gözləyir. Mübahisəni, diskussiyanı, kütləvi tədbirdə iştirakı təxirə salın. Mövqelərinizi qorumağa çalışın.

Günün ikinci yarısında nəyin bahasına olursa-olsun, haqlı görünməyə can atmayın. Sözlərin bundan sonrakı hadisələrin formalaşmasında heç bir əhəmiyyəti yoxdur.

Rəqiblər arqumentlərinizə əla bələddir və onlar yeni heç nə deməyəcəklər.

Axşam saatlarında psixoloji hücuma məruz qala bilərsiniz.

Balıqlar – dəyişikliklərə başlamaq zamanıdır. Perspektivlə bağlı məlumatlar alacaqsınız. Yaxın ətrafınızdakı insanlar ideyalarınızı dəstəkləyəcəklər. Kiçik problemlərin həllini bir müddətə təxirə salmaq olar. Yaşam sizə sürprizlər hazırlayıb.

Günün ikinci yarısı uğurlu dönəmdir. Əlverişli situasiyadan yararlanın. Amma bilin ki, uğurlu dönəm çox çəkməyəcək.

Sizdən fərqli maraqları, ideyaları olan insanlarla ünsiyyətdə xeyir var. Söhbətlərdən həzz almaq önəmli deyil: əsas məsələ danışıqlardan real fayda əldə etməkdir. (Milli.az)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO