Maraqlı 06.02.2020 08:45

BÜRCLƏR – 6 fevral

Qoç – Baş verənlərə rəğmən bədbin olmayın, ruhdan düşməyin. Kiçik qələbələrə sevinməyi bacarın. Alış-veriş, anlaşma, sövdələşmə, müqavilələr üçün əlverişli zamandır. Gəlir istisna deyil. Axşam saatlarını istirahətə həsr edin.

Buğa – Uğursuz, əlverişli olmayan gündür. Qüvvələrinizi olduğundan az saymayın. Bədxah və düşmənləriniz hesab etdiyiniz qədər qüdrətli deyillər. Münaqişələrdən yayının. Uğur qazanacağınıza şübhəniz olmasa da, kəskin rəqabət mübarizəsinə rəvac verməyin. Peşəkar fəaliyyət prosesində yaranan problemlər və çətinliklər ilk baxışda göründüyü qədər ciddi deyil.
Çətinliklərdən qorxmasanız, uğur əldə edəcəksiniz.

Əkizlər – Günün ilk yarısı çətin, mürəkkəb, laübəlidir. Problemlərin sayı artacaq. Səfər, səyahət və alış-veriş üçün münasib gün deyil. Maraqlandığınız işlə məşğul olun. Emosional durumunuzu kontrolda saxlayın.

Xərçəng – Problemlərinizi inandığınız insanlarla müzakirə edin. Səhhətinizə fikir verin. Müvəqqəti halsızlıq, soyuqdəymə və ya zökəm ehtimalı var. Fiziki işlər ağır olmamalıdır. Özünüzü çox yormayın.

Şir – Dostlar və həmfikirlərlə ünsiyyət, dəstəyini almaq istədiyiniz insanlarla görüş üçün gün münasibdir. İşgüzar danışıqlar yaxşı nəticə verəcək. Əyləncə isə ümidləri doğrultmayacaq.

Qız – Qarışıq və mürəkkəb gündür. Mühüm işləri bir qədər təxirə salın. Səbrli və soyuqqanlı olun. Qarşınıza qoyduğunuz məqsədə çatmaq asan olmayacaq. Adi vaxtlarla müqayisədə münaqişə yaranması ehtimalı yüksəkdir. Ən kiçik məsələlərdə inadkarlıq etməyin, güzəştlərə getməyi bacarın. Mövqeyinizdən fərqli fikir eşidəndə aqressiv reaksiya verməyin.

Tərəzi – Tərəfdaşla işgüzar danışıqlar üçün əlverişli zamandır. Günün ikinci yarısında ağır işin öhdəsindən gəlmək üçün etibar etdiyiniz insandan yardım istəyə bilərsiniz. Ev və ya ofis üçün mürəkkəb texnika almaq olar. İşgüzar səfər yaxşı nəticə verəcək. Əyləncə isə gözlədiyiniz təəssüratı yaratmayacaq.

Əqrəb – Yaxın ətrafınızdakı insanlarla münasibətlər gərginləşə bilər. İndiyədək əla münasibətlərdə olduğunuz insanlarla belə, dil tapmaq çətinləşir. Başqalarına sinirlənirsiniz. Lakin özünüzün də səhvlərə yol verdiyinizi etiraf etmək istəmirsiniz. İnformasiya axınında özünüzü itirməyin. Aldığınız məlumatlar arasında səhih və yalan olanları müəyyənləşdirin. Yaşlı qohumların məsləhətləri sizə yardım edə bilər.

Oxatan – Həddən ziyadə ehtiyatlı olun. Sayıq, sərrast davranın. Macəra vəd edən olaylar təhlükəli ola bilər. Özünüzə əlavə problemlər yaratmayın. Hadisələrin sizə əlverişli olmayan məcrada inkişafı üçün “təkan”lardan qorunun.

Oğlaq – Birgə işgüzar maraqlarınızın olduğu insanlarla görüş üçün əlverişli zamandır. Peşəkar və ya kommersiya fəaliyyətini müzakirə etmək olar. Dostlarla təmaslar və ya romantik münasibətlərin perspektivi yoxdur. Rəğbət bəslədiyiniz insanlarla belə, dil tapmaq çətinləşir.
Günün ikinci yarısında maliyyə məsələləri, ailə büdcəsi ilə bağlı problemləri həll etməyin. Mebel, məişət texnikası almaq, səfər planlaşdırmaq üçün əlverişli zaman deyil.

Dolça – Əlverişli gün deyil. Emosional fon mürəkkəbdir. Qıcıqlı, hirsli, emosional olmayın. Hisslərin təsiri altına düşərək sonradan peşman olacağınız addım atmayın. Maliyyə məsələlərinin həlli, hətta planlaşdırılmış alış-veriş üçün uğurlu zaman sayılmaz. Əvvəlcədən hazırlanmış plana riayət etmək çətindir. İmprovizələr sizi sinirləndirə bilər.

Balıqlar – İntuisiyanız çox güclüdür. Məhz onun sayəsində dürüst qərarlar qəbul edin. Yolunuzdan sapmayın, məqsədə doğru qətiyyətlə irəliləyin. Əməl və qərarlarınız yaxın ətrafınızdakı insanlara ekstravaqant, qəribə, orijinal təsir bağışlasa da, istiqaməti dəyişməyin. (Milli.Az)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO