Maraqlı 06.06.2019 08:49

BÜRCLƏR – 6 iyun

Qoç – Hadisələri tələsdirməyin, tam formalaşmamış situasiyalara kobud müdaxilələr etməyin. İşləri tez başa vurmaq üçün mütəxəssislərin yardımlarından istifadə edin. Yaxşı çalışsanız, gəlirləriniz pis olmayacaq.

Günün ikinci yarısında işgüzar təmaslarda sakit, soyuqqanlı olun. Diplomat təki davranın. Yaxın ətrafınızdakı insanlardan birinin yardıma ehtiyacı var. Görəcəyiniz işin ödənişini istəyəndə məbləği realistcəsinə formalaşdırın. Gərgin vəziyyətdə emosiyalarınıza hakim olun.

Axşam saatlarında gəzintiyə çıxın.

Buğa – Daha bir harmonik gündür. Bir qədər əvvəl başladığınız işləri yarımçıq qoymayın. Maneə və sədlərdən qorxmayın. İntuisiyanızla praktiki hissiyatınız sizə məsuliyyətli işlərdə, önəmli məsələlərdə dürüst seçim etməyə imkan verəcək.

İfrata varmayın. Tamahkarlıq etməyin.

Günün ikinci yarısında imicinizin qeydinə qalın. Nüfuzunuza zərbə vura biləcək qərarlar verməyin. Stilinizi qoruyun.

Hormonal balansa fikir verin. Səhhətinizin qeydinə qalın.

Əkizlər – Günün ilk yarısında başlayacağınız işlərdə qətiyyətli olun, yarıyolda dayanmayın. Mühüm mərhələlər və dönəmlərə fikir verin. Ən yaxşı keyfiyyətə can atın. Belədə zəhmətinizin nəticəsini görəcəksiniz, səyləriniz boşuna getməyəcək.

Günün ikinci yarısında yeni prosesə başlamaq olar. Evin təmiri, fərqli biznes, yeni iş yerinə adaptasiya üçün əlverişli zamandır.

Unutmayın ki, istənilən işdə ardıcıllıq və sistematik fəaliyyət əsas məsələlərdən biridir. Cari işlərlə məşğul olarkən uzunmüddətli perspektivləri də unutmayın.

Axşam saatlarında səfər ola bilər.

Xərçəng – Biliklərinizlə potensialınızı nümayiş etdirmək üçün əla zamandır. İşgüzar münasibətlər ilə məişət problemlərini qarışdırmayın. Ən çətin problemin həllini, istək olarsa, gəlirli olaya çevirmək olar.

Günün ikinci yarısında başladığınız işlərin praktiki yönlərinə xüsusi fikir verin. Yaxınlarınızın qeydinə qalın. Dəyər verdiyiniz insanın qayğıya ehtiyacı var.

Kiminsə xoşuna gəlməyə çalışmayın. Öz işlərinizlə məşğul olun.

Axşam saatlarını maraqlandığınız işə ayırın. Hobbini yada salmaq olar.

Şir – Təmkinli olun. Harmoniya düşünülmüş fəaliyyətdədir. Fəaliyyət sahəsindəki yenilikləri dəqiqləşdirin, təhlil aparandan sonra məntiqi seçim edin.

Alış-verişdə kredit kartlarından çox istifadə etməyin. Kredit məbləğlərinin aylıq ödənişlərinin ilk baxışdan “kiçik” olmasına aldanmayın.

Günün ikinci yarısında rasionunuza fikir verin. Pəhrizə və ya məşqlərə başlamaq üçün münasib zaman deyil. Orqanizminiz üçün “stress-test” keçirməyin.

Qız – Hansısa məsələdə dərin şübhələriniz varsa, tələsik addım atmayın. Kompromisə, güzəştli həll variantına zərurət duyulur. İşlərin sonucunun uğur səviyyəsi məhz sizdən asılıdır.

Durumun maliyyə yönlərinə xüsusi fikir verin.

Günün ikinci yarısında yeni iş təklifi ala bilərsiniz. Gəlirlərin, yaxud maaşın müntəzəmliyinə, habelə məbləğinə xüsusi fikir verin. Hadisələrə ciddi təsir imkanlarına malik insanla əlaqə saxlayın. Sevdiyiniz insanın diqqət izharlarınıza ehtiyacı var.

Tərəzi – Situasiyanı tam anlamaq üçün praqmat olun. Hisslərin əsirinə çevrilməyin. Fəaliyyətinizin maddi ekvivalentini düşünün. Zəruri ehtiyacları və tələbatları ön plana çəkin. Yaşam və fəaliyyət əlavə xərclər tələb edəcək.

Günün ikinci yarısında işlərinizi effektləşdirə biləcək amillər, avadanlıq və ya vasitəyə yiyələnmək üçün əlinizdən gələni edin. Simiclik zamanı deyil.

Maddi durumunuzu götür-qoy edin. İzafi xərclər mənasızdır.

Axşam saatlarında informasiyanı təftiş edin.

Əqrəb – Münasibətlərdə tarazlığı qoruyun. Aqressiv, həyasız, davakar insanlardan uzaq durun. Maliyyə anlaşmaları, xidmət mübadiləsi və qarşılıqlı fəaliyyətlə bağlı məsələlər xüsusi aktuallıq kəsb edəcək. Yeni tərəfdaşlığa başlayarsınızsa, hərdəmxəyallıq etməyin. Yaradıcılıq alyansları üçün münasib zamandır.

Günün ikinci yarısında müzakirəni şouya çevirmək istəyənin planlarını alt-üst edin. İnandığınız, etibar etdiyiniz insan yanınızda olmalıdır. Axşam saatlarına yaxın tənhalıq, nisgil, bədbinlik istisna deyil.

Axtardığınız insan sizi arayır.

Oxatan – Vurnuxma və tələskənliyə aludə olmayın. Mövqelərinizin dayanıqlı, gəlirlərinizin stabil olmasını istəyirsinizsə, şirin dillərə, yaltaqlığa, şayiələrə inanmayın. Borc verməyin, borc almayın. Yalnız zərurət duyduğunuz əşyanın əldə olunması və ya yeni, gəlir vəd edən layihə üçün kredit götürmək olar.

Günün ikinci yarısında tənqidə kobud reaksyia verməyin. İmmunitetinizi gücləndirin. Sağlam qidalanın. Səhhətinizin qeydinə qalın.

Axşam saatlarına yaxın sosial şəbəkələrdə çox vaxt keçirməyin.

Beyninizi mənasız informasiya, idiotik xəbərlərlə yormayın.

Oğlaq – Yaşamdan həzz almağa çalışın. Fəaliyyətinizin konkret nəticələrinin daha yaxşı olması üçün mümkün variantlar arasından ən yaxşı taktikanı seçməlisiniz.

Biznesdə, yeni layihələrdə, habelə yaradıcılıq axtarışlarınızdakı aktivliyiniz sonucsuz qalmayacaq. Birgə fəaliyyətdə praktiki məsələlərin önəmi artacaq.

Günün ikinci yarısında sizə yalan danışacaq, arxadan zərbə vurmaq istəyəcəklər. Bədxah adamın çirkin niyyətinin reallaşmaması üçün sadəlövh olmayın. Hər deyilən sözə inanmayın. İnandığınız insanla əməkdaşlığı genişləndirin.

Dolça – Yaxın ətrafınızdakı insanlarla müqayisədə siz daha aktiv çalışmalısınız. Ağır fiziki işlər məsləhət deyl. Xırdalıqlara fikir verin, aktiv olun, enerjili insan təsiri bağışlayın.

Ümumi mənzərə barədə bitkin məlumatlar əldə etmək üçün səy göstərin.

Günün ikinci yarısında problemləri ilkin mərhələdə həll edin, onların ağırlaşmasına şərait yaratmayın. Rutin və cari işlərdən yayınmayın.

Maliyyə məsələlərində diqqətli olun. Evdə təmirə və ya abadlaşdırmağa başlamaq üçün əlverişli zamandır.

Balıqlar – Effektiv əməkdaşlığa, məhsuldar tərəfdaşlığa mane olan ziddiyyətləri aradan qaldırın. İşgüzar məsələlərin nəzərdən keçirilməsi zamanı xırdalıqlarda güzəştə getmək olar. Hansısa təfərrüat sizi narahat edirsə, anlaşmanın müvəqqəti və ya alternativ variantını təklif edin.

Günün ikinci yarısında gəlirləri artırmaq şansları var. Fərdiyyətçi olmayın, eqoistlik səviyyəsini artırın. Şəxsi münasibətlərdə qarşılıqlı diqqət və sayğı çox önəmlidir. (Milli.Az)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO