Maraqlı 07.04.2019 09:07

BÜRCLƏR – 7 aprel

Qoç – bu gün baş verəcək hadisələrə real baxın. Əsassız nikbinliyə, qüvvənizin gerçək səviyyədən artıq dəyərləndirilməsinə və xam xəyallara qapılmayın. Əfsuslar olsun ki, belə darvanışınız yaxşı heç bir nəticə verməyəcək.

İzafi xərclər etməyin, alış-verişdə diqqətli olun.

Qiymətli əşyanızı itirə bilərsiniz.

Onsuz da əməl etməyəcəyiniz vədlər verməyin.

Bütün bunlara rəğmən, mənfi təmayüllərin öhdəsindən gəlmək olar. Gördüyünüz hər işi sona çatdırın, nöqsanlara yol verməyin. Hətta ən ciddi xətaların yaşanmasına şərait yaratmayın.

Ətrafınızdakı insanların qarşısında qoyduğunuz tələblərini özünüzə tətbiq etsəniz, hər şey alınacaq.

Axşam saatlarında ailə üzvləri və yaxın qohumlarla səmimi, gülərüz olun.

Kənardakı problemləri evə daşımayın.

Buğa – yaxın ətrafınızdakı insanlarla dil tapmaq üçün bu gün çalışmalı, səy göstərməli olacaqsınız. Sizi düzgün anlamır, layiq olduğundan az dəyər verir, hətta arabir inanmırlar da. Yaxınlarınız və dostlarınız sizə ifrat tələbkar insanlar təsiri bağışlayır. Onların sizdən nə gözlədiklərini anlaya bilməycəksiniz.

İş yerində, təhsil müəssisəsində və evdəki mübahisələr sizə yaxşı təsir etməyəcək, əhvalınızı korlayacaq.

Planlaşdırılmamış heç nə almayın. Yox, əgər pul xərcləmək istəyirsinizsə – əyləncəyə sərf edin.

Günün ikinci yarısı yaradıcı potensialla bağlı olacaq. Yeni ideyalarınız yarana bilər.

Əkizlər – bu gün enerjili və fəal olacaq, mümkün qədər çox iş görməyə çalışacaqsınız. Aktiv olsanız, niyyətləriniz reallaşacaq.

Yaxın dostlar və qohumların problemlərinin həllində iştirak etməyə çalışacaqsınız. Amma əsla tanımadığınız insanların işlərinə qarışmayın.

Bədxahlarınız və fırıldaqçılar bu gün sizdən sui-istifadə etməyə çalışmayacaqlar.

Ailə üzvləriniz sizə yardım etməyə çalışacaq, dəstək olacaqlar.

Yaxınlarınızla fikir ayrılıqları keçmişdə qalacaq. Ümumi problemlər sizi birləşdirəck.

Xərçəng – bu gün önəmli irəliləyiş və ya ciddi uğur olmasa da, sizin üçün əlverişli keçəcək. Əhvalınız yaxşı olacaq, enerji və nikbinlik çatışmazlığından şikayətlənməyəcəksiniz.

Yeni, hətta çətin problemləri həll edə bilərisniz

Əks cinsin mənsubları sizinlə maraqlanacaqlar.

Günün ikinci yarısında mühüm müzakirə, danışıqlar və ya tapşırıqlar ola bilər. Çoxdankı dostunuzdan maraqlı təklif ala bilərsiniz.

Münasibətlərinizin sərin olduğu insanla tərəfdaşlığın bərpası üçün əlverişli gündür.

Şir – bu gün xeyli çoxlu və fərqli maraqlı hadisələr baş verə bilər. Yeni imkanlarla qarşılaşacaqsınız. Onlardan yararlanın. Ən başlıcası isə budur ki, ənənəvi üsullardan imtina edərək eksperimentlərə başlamağa cəsarət tapın.

Yeni ideyalarınız nə qədər çox olarsa, sizə yardım etmək istəyən yeni insanlarla tanış olacaqsınız.

Seminarlar, mühazirələr, ixtisasartırma kursları, dövlət idarələrində və qurumarında problemlərin həll olunması üçün yararlı gündür.

Vaxtınızı səmərəli keçirməklə yanaşı, yeni əlaqələr yaradın.

İşgüzar səfər mümkündür.

Axşam saatlarında istirahət edin, sosial şəbəkələrdə vaxt keçirməyin.

Qız – bu gün əzmli, indkar, qarşısına qoyduğu məqsədə çatmağa çalışan insan olun. Məhz qətiyyətiniz, əzminiz sayəsində keçilməz sandığınız səddi keçəcək, həllini mümknsüz saydığınız problemi həll edəcəksiniz.

Yaxın ətrafınızdakı insanlar temp və iş intensivliyinizə çatmaq istəsələr də, onlar üçün çətin olacaq. Çünki iş ritiminiz çox yüksəkdir.

Əgər səbrli olsanız və mükafatın dərhal əldə olunmadığı fikri ilə barışsanız, onda gələcək uğurlarınızın əsasını qoya bilərsiniz.

Gün uzunmüddətli planlaşdırma, anlaşmaların əldə olunması, yeni perspektivlər üçün əlverişlidir.

Yeni, gözləmədiyiniz imkanlar yarana bilər.

Şəxsi həyatınızda önəmli qərarlar qəbul edə bilərsiniz.

Tərəzi – bu gün istirahət üçün olmasa da, bir qədər dincəlmək və aramla çalışmaq üçün yararlıdır. İşdə həddən ziyadə çalşımayın, yalnız gündəlik qayğıların həlli ilə məşğul olun.

İş yerində diqqətsiz olmayın. Fikriniz dağınıq olarsa, problemlərlə qarşılaşacaq, hətta adi, rutin işləri yerinə yetirə bilməyəcəksiniz.

İstənilən danışıqlar və müzakirələr zamanı diqqətli olun. Sizi aldada bilərlər.

Sükan arxasında çox oturmayın. Mürəkkəb avadanlıq və kompüter arxasında çox vaxt keçirməyin.

Ailə üzvləri və yaxınlarınızla təmaslarda problemlər yaranmayacaq. Onlar sizi anlamağa çalışacaqlar.

Yeni tanışlıq ehtimalı azdır.

Əqrəb – bu gün uzunmüddətli planlar qurmaq, perspektivlə bağlı hesablamalar aparmaq olar. Çox konkret, qəti tədbirləri və genimşiqyaslı işləri təxirə salın. Bu gün belə işlərə başlasanız, onları bitirə bilməyərək yarımçıq qoyacaqsınız.

Dostlar, qohumlar və iş yoldaşları ilə mübahisələr mümkündür. Həmin şəxslərdən birinin sizdən bərk inciməsi istisna deyil.

Axşam saatlarını evdə keçirmək məsləhətdir. Qonaq dəvət elmək olar. Evdən kənarda vaxt keçirmək istəsəniz, xoşagəlməz anlar yaşaya bilərsiniz.

Özünüzə və imkanlarınıza olduğundan artıq qiymət verməyin.

Oxatan – bu gün dəvət olunduğunuz tədbirə qatılmaq üçün əlverişlidir. Toya dəvət alıbsınızsa, mütləq gedin. Tanınmış, hörmətli insanlarla tanışlıq mümkündür. Belə tanışlıq sonra sizə xeyirli ola bilər.

İşdə şövqlə və əzmlə çalışın.

Yaranan problemlərin çoxunun mürəkkəbliyini tam anlamasanız da bu, sizə, həmin problemləri çözməyə mane olmur.

Yaxın ətrafınızdakı insanlar sizə güvənir, etibar edirlər. Onların bəziləri hətta sizin təcrübənizdən yararlanırlar.

Əmlak, pul və əşyalarınızdan göz-qulaq olun. İtkilər ola bilər.

Oğlaq – bu gün işgüzar aktivliyiniz artacaq, yeni məqsəd və hədəfləriniz yaranacaq. Yeni nə isə öyrənmək, bilikləri və bacarıqları artırmaq üçün əlverişli gündür.

Vəzifə səlahiyyətləriniz və görəcəyiniz işin miqyasının artması mümkündür.

İş daha çox vaxt və güc tələb edəcək, amma gəlirləriniz də artacaq.

Ən adi, rutin işlərə belə, yaradıcı yanaşın.

Gün sizə darıxdırıcı təsir bağışlamayacaq.

Təkid və qətiyyətiniz işdə rəhbərliyin nəzərindən yayınmayacaq.

Yaşlılarla münasibətləriniz əladır, ancaq yaşıdlarınız və özünüzdən kiçiklərlə də rəvan təmaslarda olun.

Romantik münasibətlərinizdə sayıq olun. Cazibədar, amma ağlı ilə fərqlənməyən insan sizi yanılda bilər.

Dolça – ehtiyatlı olun, bu gün sizi tələyə sala bilərlər. Tənqidlərlə bahəm, tərifləri də soyuqqanlı, təmkinli qəbul edin. Təxribatlara uymayın. İş yoldaşlarınız və tərəfdaşlarla münasibətləri rəvan saxlayın. Ən cüzi, səthi formada belə, mübahisələrə yol verməyin.

Çətin durumlarda sakit və soyuqqanlı davranışınız yanınızdakı insanlara örnək ola bilər.

Alış-veriş zamanı iri məbləğlər xərcləməyin. Riskli anlaşmalara uymayın.

Bu gün romantik münasibətləriniz sınaqdan keçəcək. Ona görə də indiyədək yaşatdığınız xəyallar və illüziyalarla vidalaşın.

Balıqlar – gün hadisələrlə zəngin olacaq. Yaşam aktivliyiniz aşağı səviyyədədir.

Bir qədər keçdikdən sonra yorğunluq hiss edəcəksiniz. Həddən ziyadə yorğunluq əhval-ruhiyyənizdə problemlər yarada bilər.

Dincəlmək, istirahət etmək imkanı varsa – yararlanın.

Bu gün ideyalarınız pis deyil, lakin onları tez reallaşdırmaq çox çətindir.

Qonaqlıq, toy və ya dəvət aldığınız başqa bir tədbirə yollanmamaq imkanınız varsa, getməyin.

Yaxın ətrafınızdakı insanlarla münasibətlərinizi bir daha təhlil edin.

Dost saydığınız insan əslində belə olmaya bilər. (Milli.az)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO