Maraqlı 07.03.2020 08:45

BÜRCLƏR – 7 mart

Qoç – hadisələrin ildırım sürətilə yaşanacağı gündür. Baş verənləri anlayırsınız, amma bir sıra məqamlar sizi gərginlikdə saxlayır. Yeni ideyaları reallaşdırmağa tələsməyin. Hətta yeni mərhələyə hesablanmış planlar belə, çətinliklərlə qarşılaşa bilər. Malik olduğunuz ünsürlərlə məqamları dəyərləndirin.

Buğa – yeni işlərə başlamayın, hazırda məşğul olduğunuz işləri başa vurmağa çalışın. Yaxın ətrafınızdakı insanlarla ünsiyyət xoş olacaq. Faydalı informasiya və ya xidmət mübadiləsi istisna deyil. Cari məsələləri qarşılıqlı tanışlıq və rəğbət müstəvisində həll etmək, vaxtında yetişən yardımdan faydalanmaq olar.

Əkizlər – Aktiv olun, tənbəllik etməyin. Fəal iş və gərgin çalışmaq günün sonunda uğurlu nəticə ilə başa çata bilər. Ötən həftədən bəri yığılıb qalan stresslərdən qurtulmağa çalışın. Yardıma ehtiyacı olan insana kömək edin. Şəxsi işlərinizdən birini sürəkli təxirəsalmalardan qurtarın.

Xərçəng – Yaradıcılıq, mühazirələr, təqdimat, fərdi iş üçün əlverişli gündür. Həyatınızda yaşanan hadisələr yeni, maraqlı mərhələyə keçir. Həmin olaylara təsir etmək asan olmasa da, xeyrinizə olan situasiyalardan faydalanın. Şans yaranarsa, istifadə edin. Amma mühüm sənədlər, anlaşmalar və ya öhdəlik imzalamaq hələ tezdir.

Şir – yaxın bildiyiniz insanlar üçün gördüyünüz işlər uğurla başa çatacaq. Xüsusi diqqət və məsuliyyət tələb edən sahələrdə sayıq olun, səhvlərə yol verməməyə çalışın. Tələsməyin, kəmhövsələlik etməyin, işlərinizdə və sizi əhatə edən məkanda qaylda yaradın.

Qız – Yaranan problemləri həll etmək üçün həll yollarını arayın, fikir və ideyalarınızı qaydaya salın. Ehtiyac varsa, yarımçıq qalmış işi bərpa edərək başa çatdırın. Görüşlərdən birində səslər yüksələ bilər. Çalışın, boş söhbətlərə və mənasız mübahisələrə vaxt ayırmayın. Yanınızdakı insanların da vaxtlarını işə sərf etməsinə can atın.

Tərəzi – Sözləriniz və işləriniz estetik komponentli olsun. Təmasları və ünsiyyəti elə seçin ki, onlar sizə yük olmasın. Yaşamınızda baş verən və ilk baxışdan sırf təsadüf təsiri bağışlayan hadisələri təhlil edin.

Əqrəb – aydın gündür. Başqalarının səhvlərini yaxşı görürsünüz, amma öz yanlışlıqlarınızı da sezməyə, anlamağa çalışın. Sizinlə yeni ritmdə çalışmaq istəməyən insana qarşı iddialarla çıxış etməyin. Günün ilk yarısında ifrat intensivliklə çalışmayın. Pozitiv ola biləcək xəbərlər istisna deyil. Lakin stresslər, əlavə yük, tapşırıq və iş də istisna deyil. İndi olmasa da, yaxın perspektivdə genişmiqyaslı iş vəd edən olaylar yaşanır.

Oxatan – Planlarınız və gözləntilərinizdən asılı olmayan kənar siqnallar diqqət yetirməli olduğunuz məqamı göstərəcək. Ən müxtəlif hadisələr, ən fərqli sürətdə yaşanacaq olaylar mümkündür. Şəxsi məsələlərdə soyuq məntiqi bu gün unudun, ürəyinizin hökmünə qulaq asın.

Oğlaq – maliyyə məsələlərindəki anlaşılmazlıq və qeyri-müəyyənlik indi sizi ciddi narahat edir. Hansısa məsələ ilə bağlı qayığlar çoxdursa, bu mövzunu inkişaf etdirməkdə əmin deyilsinizsə – məsələdən, ümumiyyətlə, imtina edin. Bu imtinadan sonra hansısa başqa məsələdə inkişaf istisna deyil.

Dolça – Qonaq getmək olar. Heç nəyi mürəkkəbləşdirməyin. Amma sizin üçün önəmli olan insanlarla ünsiyyətdə yaranan mühüm anlardan da yan keçməyin. Çoxdan bəri diqqət izharınızı gözləyən insanı yada salın.

Balıqlar – asan, kommunikasiyalar yaratmağın əlverişli olduğu bir gündür. Yaxın ətrafınızdakı insanlarla ünsiyyət qurmaq çətin olmayacaq. Lakin həmsöhbətinizin emosional durumunun incəliklərinə və təfərrüatlarına fikir verin. Əks təqdirdə iddialarla, tələbkarlıqla qarşılaşacaqsınız. Çoxsaylı tapşırıqlar və ən başlıcası mənasız məsləhətlərdən qurtulmaq üçün bütün vaxtınızı işə sərf edin. (Milli.Az)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO