Maraqlı 08.02.2020 08:45

BÜRCLƏR – 8 fevral

Qoç – Bu gün qarşınıza çıxacaq maneə və sədləri dəf etməmiş sakitləşməyin. Problemlər həllini tapmasa, sonradan çox ağır fəsadlara çevrilə bilər. Məqsədə doğru inamla irəliləyin. Prioritetləri yeniləyin, yolları müəyyənləşdirin. Müşküllər hesab etdiyiniz qədər ağır deyil.

Buğa –  Vurnuxma və təlaşa qapılmayın, tələsik qərarlar verməyin, düşünülməmiş addımlar atmayın. Sağlam məntiqlə hərəkət edin. Davranışınız yaxın ətrafınızdakı insanların aqressiyasına və sərt reaksiyasına səbəb olmamalıdır. Günün ikinci yarısında işdə rəhbərlik və həmkarlarla ciddi ixtilaf yarana bilər.

Əkizlər – İntriqa və hiyləgərliklərə əl atmayın. Fırıldaq olarsa, üstü tezliklə açılacaq, naqolay vəziyyətə düşəcəksiniz. Şəxsi həyatınızda yaxşılığa doğru köklü dəyişikliklər ola bilər. Fəqət, bütün addımlarınız yüz ölçülüb bir biçilməlidir. Emosiya və hisslərin təsiri altında hərəkət etməyin. Baş verən olaylara rəğmən təmkinli və soyuqqanlı davranın.

Xərçəng – Peşəkar fəaliyyət baxımından çox uğurlu gündür. İşdəki nailiyyətlər əhəmiyyətlidir və diqqətdən kənar qalmayacaq. Yeni layihəyə başlamaq olar. Təsir gücü artıq olan insanlar bu layihəyə cəlb edilərsə, perspektivlər artır. Kiçik, amma gərəkli və vaxtında olan gəlirlər istisna deyil.

Şir – Uğurlu və düşərli gündür. Praktiki və praqmat olsanız, peşəkar fəaliyyət müstəvisindəki problemlərin öhdəsindən gələ bilərsiniz. Həmkarlarınızın əksəriyyətindən fərqli olaraq baş verənlərə real baxın, kobud səhvlərə yol verməyin. Mühüm sənədləri imzalamaq, uzunmüddətli əməkdaşlıqla bağlı danışıqlar aparmaq olar.

Qız – Təmkinli davranmasanız, bel bağladığınız dəstəyi ala bilməyəcəksiniz. Saatlar keçdikcə pozitiv təmayüllərin təsiri güclənir. Yaxşılığa doğru dəyişikliklər başlanır. Dostlarla görüş, yaxınlarla ünsiyyət, istirahət üçün axşam saatlarını seçin.

Tərəzi – Asan və sadə gün deyil. Fəqət, narahat olmayın, yaranmış problemləri asanlıqla həll etmək mümkündür. İşgüzar danışıqlar aparmaq, yeni tərəfdaşlarla əməkdaşlıqla bağlı müzakirələrə varmaq olar. Həmfikir və müttəfiqləri asanlıqla tapmaq mümkündür. Nüfuzlu insanlar sizi dəstəkləyəcəklər.

Əqrəb – Xarici görünüş və imicinizə fikir verin. İşgüzar təmaslarla yanaşı, romantik münasibətlərdə də irəliləyiş olacaq. Axşam saatlarında etiraf eşidəcəksiniz. Telefon danışıqları çox vaxt alacaq. Onların əksəriyyəti faydasız olsa da, xoşdur.

Oxatan – Parlaq, yaddaqalan, hadisələrlə zəngin gün olacaq. İnformasiya axınında tez baş çıxarın, dürüst qərar verin. İşlərdə rəqibləri geridə qoymağa çalışın. Şübhə içində olan, yerində sayanlardan fərqli olaraq irəliyə doğru fəal hərəkət edin. Yaradıcılıq potensialı səviyyəsi çox yüksəkdir.

Oğlaq – Ünsiyyət üçün əlverişli gündür. Yaxın ətrafınızdakı insanlarla ixtilaf və fikir müxtəlifliyi yaransa belə, mübahisələrə imkan verməyin. Münaqişəli situasiyanı “rüşeym”indəcə həll edin. Peşəkar fəaliyyət müstəvisində yarana biləcək problemləri etibar etdiyiniz şəxslər, müttəfiqlərinizin dəstəyi ilə həll edin.

Dolça – Bu gün başlanacaq istənilən əməkdaşlıq məhsuldar və xoş olacaq. Romantik görüşlər üçün əlverişli zamandır. Təbii, səmimi olun, qarşı tərəfdə xoş təəssürat yaratmağa çalışın. Axşam saatlarında ailəvi istirahətə üstünlük verin.

Balıqlar – Yeni iş və ya layihə uğurlu ola bilər. İşgüzar fəaliyyət və şəxsi münasibətlər baxımından əlverişli gündür. İntuisiyanıza güvənin. Faydalı, vaxtında söylənən məsləhətləri qulaqardına vurmayın. Uzunmüddətli planlar qurmaq, niyyətinizi dostlar və ailə üzvləri ilə müzakirə etmək olar. (Milli.Az)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO