Maraqlı 08.03.2020 08:45

BÜRCLƏR – 8 mart

Qoç – qəfil hisslər, həyəcanların emanasiyası günüdür. Formalaşmış və stabilləşmiş hisslərdə mühüm dəyişikliklər baş verə bilər. Bununla yanaşı, köhnə səhvi təkrarlamaq şansı da var. Ruhdan düşməyin, pərişan olmayın, aktiv və enerjili olun. Belə olarsa, çoxdan bəri planlaşdırdığınız işi başa vura bilərsiniz.

Buğa – son hadisələr və alınan xəbərlərdən yararlanaraq perspektivləri düşünün, prioritetləri dəqiqləşdirin. Ünsiyyəti minimuma endirin, sakit və məhsuldar işlə təhlil üçün şərait yaradın. Qayda, nizam yaradılması, cari işlərin görülməsi də mövcud situasiyanın anlaşılması ilə düzgün seçimə dəstək olacaq.

Əkizlər – yaşam qarşınızda nə qədər çətin sədlər yaradarsa, fəaliyyətiniz bir qədər məhsuldar və effektiv olacaq. Kreativ olun, amma iki nəfərin əvəzinə çalışmayın. İzafi yük və iş səhhətinizə mənfi təsir edə bilər. İş arasında fasilə verərək istirahət edin.
Yaradıcılıq, dostlarla ünsiyyət, görüş və səfər üçün əlverişli gündür. Məsrəflər məntiqli, faydalı olmalıdır.

Xərçəng – yüksək enerjili gündür. İşin həcmini və miqyasını artırın. Praktik davranın, yersiz təşəbbüs və cəhdlər etməyin. Düşünülməmiş, vaxtından əvvəl addımlar atmayın. Sizdən başqa kimsəyə dəxli olmayan işləri sirr saxlayın. Emosional mühitdə səslənən vədlərə inanmayın. Yalınz öz qüvvənizə və istedadınıza inanın.

Şir – maraqlandığınız iş, təmir və ya çalışdığınız sahədə irəliləmək üçün materiallarla avadanlıq almaq olar. Şəxsi münasibətlər üçün uğurlu gündür. Bir şərtlə ki, xırdalıqlara diqqət yetirin, sevdiyiniz insana laqeyd qalmayın, soyuqqanlı davranmayın.

Qız – çoxdan bəri can atdığınız işə başlamaq, yeni maraq tapmaq şansı var. Güzəşt, itki, nədənsə əl çəkmək ehtiyacı yarana bilər. Yaşam qarşınızda elə şərtlər qoyursa, deməli, yarımçıq işləri başa vurmaq və perspektivdə daha çox azadlıq əldə etmək gərəkdir.

Tərəzi – yaradıcılıq, ünsiyyət, səfər, ezamiyyət üçün ən yaxşı günlərdən biridir. Aktiv mövqeyinizi nümayiş etdirin. Uzaqdakı insanla münasibətləriniz varsa, indi çətin və qaçılmaz sınaq zamanıdır. Pərişanlıq, təəssüf hissi istisna deyil. Planlara yenidən baxaraq gərəksiz və utopiya təsiri bağışlayan istəklərdən əl çəkmək zamanıdır. Emosional gərginlik

Əqrəb – həlledici anlarda köhnəlmiş dəyərlər, gözləntilər, ümidlərdən qurtulmaq, yeni işə və ya layihəyə başlamaq gərəkdir. Fəqət kəmhövsələlik etməyin, tələsməyin, var qüvvənizlə çalışmayın. Səhhətinizə və xüsusilə də qan təzyiqinə fikir verin.

Orqanizm hansısa problemdən xəbər verirsə, dincəlin, istirahət edin, açıq havada gəzişin.

Oxatan – borc və ya kredit almaq, borcları qaytarmaq, işgüzar və şəxsi münasibətlərdə yarımçıq məqamları bütünləşdirmək zamanıdır. Rəqibləri üstələmək və geridə qoymaq üçün gərəksiz nəsnələrdən imtina edərək ən mühüm məqamı seçin. Bədxərclik etməyin. Xoşunuza gələn əşyanı alaraq sevdiyiniz adama hədiyyə edə bilərsiniz.

Oğlaq – həyəcanlı gündür. Bir sıra gərgin məqamlar sizinlə yanaşı, dost və ya qohumlarınıza da təsir edir.
Yaxın bildiyiniz insanlar harada nəyi dərhal dəyişməyi, güzəşt ediləsi məqamı, qurban veriləsi marağı və ya məsuliyyətlə əlavə işi nə zaman öhdənizə götürmək gərəkdiyini deyəcəklər.

Dolça – enerji və istəyiniz çoxdur. Fəaliyyət göstərmək istəyirsiniz. Ancaq tələsməyin, hər şey öz axarında yaşanacaq. Ehtiyac duyulduğunuz yerə əməl və məsləhətlə vaxtında çatın. Həmfikir və ya ümumi işinizin olduğu insanların varlığı çox yaxşıdır. Qrupda asanlıqla işləyirsiniz. İşgüzar münasibətlərə romantik hisslərin qarşımasına imkan verməyin.

Balıqlar – perspektivlər barədə danışmaq, xoş təəssürat yaratmaq, işinizi tanıtmaq, bilik, bacarıq və ya imkanlarınızdan bəhs etmək üçün əlverişli gündür. Emosiyalarla hisslər rəvan olmayacaq. Sevdiyiniz insanla və yaxın bildiyiniz insanlarla münasibətlərinizi qoruyun. (Milli.Az)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO