Maraqlı 08.11.2019 08:45

BÜRCLƏR – 8 noyabr

Qoç –  gün ərzində fəal çalışıb, sonra dincələ bilərsiniz. Amma əyləncə hisslərinə və istəklərinə qapılmayın. İnsanların çox olduğu yerlərdə vaxt keçirmək fikrinə düşməyin.
Şəxsi həyatda təmkinli, ağıllı və müdrik davranın.
Maliyyə imkanlarını olduğundan artıq dəyərləndirib bədxərclik etməyə, özünüzü pula pul deməyən adam kimi göstərməyin.

Buğa – neytral gün olacaq. Təsərrüfat işlərini və ümumiyyətlə, bütün mühüm işləri günün ilk yarısında görməyə çalışın. Hadisələr öz axarı ilə, təxminlənən məcrada inkişaf edəcək.
İşdə təmaslar və söhbətləriniz asan alınacaq, nəyisə müzakirə etmək fikrinə düşsəniz, məqsədinizə çatacaqsınız. Anlaşma əldə etmək asandır.
Bununla belə, böyük ümidlər bəslədiyiniz mühüm işi bu gün gerçəkləşdirməyə çalışmayın.

Əkizlər – bu gün işlər çox olsa da, bir qədər rahatlaşacaq, özünüzü asudə hiss edəcəksiniz. Gün keçdikcə, işlərinizi idarə edəcək və anlayacaq ki, insan şərtlərdən yox, şərtlər insandan asılıdır.
Səhər saatlarından etibarən sizə mane olmağa çalışan insanların əməllərini, onların işlərinizə təsirlərini hiss edəcəksiniz. Üstəlik, bəzi adamlar öz problemləri və emosiyalarını, dərd və yaşantılarını sizə yük etməyə çalışacaqlar.

Xərçəng – səhər saatlarında bütün diqqətinizi çoxdan bəri planlaşdırdığınız işə yönəldin. Problemlərdən qaçmayın, çünki onlardan uzaqlaşmaq problemləri həll etmək deyil.
Münaqişə və mübahisələrə qatılmayın, anlaşılmazlıqlar yaratmayın.
İşlərin əksəriyyətini günün ilk yarısında görə bilsəniz, günün ikinci hissəsini bir qədər rahat keçirə bilərsiniz.
Axşam saatlarında zamanı boşuna keçirməyə çalışmayın.

Şir – bu gün görəcəyiniz ən yaxşı iş özünüz olmaqdır. Yaxın ətrafınızı davranışınız, zəhmətkeşliyiniz, əməksevərliyiniz və səmimiyyətinizlə sevindirin. Hətta bədxahlarınız belə, sizin qarşınızda duruş gətirə bilməyəcəklər. Onların bəzilərini öz tərəfinizə çəkməyə çalışın.
Romantik əlaqələr üçün yaxşı gündür. Sizdən tələb olunan yeganə məqam layiqli insanı tapmaqdır. Tələsməyin. Müşahidə və müqayisə edin, nəticə çıxarın. Yaşlı qohumların məsləhətlərinə qulaq asın.

Qız – adi işlərlə məşğul olmaq, gündəlik və rutin qayğıları çözmək üçün əlverişli gündür. Başgicəlləndirici uğurlar gözləməyin. Bununla belə, əvvəl başladığınız və bu gün başa vurduğunuz işə görə ədalətli mükafat ala bilərsiniz. Gərgin rəqabətə hazır olun – bu mübarizədə qalib gəlmək asan deyil. Nüfuzlu və güclü insanın dəstəyi yerinə düşər, faydalı olar.
Yaxın insanlarla, dostlarla, ailə üzvləri ilə dil tapmaq asan olmayacaq. Anlaşılmazlıqlar ciddi səviyyəyə çata bilər. Xırdalıqlara və detallara çox fikir verməyib, diqqəti mühüm məsələlərə yönəldin.

Tərəzi – bu gün ən kiçik detalları nəzərə alın, hadisələrin bütün inkişaf məcralarını nəzərdən keçirin. Planlarınızı uzunmüddətli və perspektivli edin. Sizə yardım və dəstək üçün müraciət edəcəklər. Bu, nüfuzunuzun artmasına dəlalət edir.
İşdə kiçik qələbələr və uğurlar olacaq. Şəxsi həyatda isə ciddi irəliləyişlər gözləməyin. Hisslərinizi dəqiq ayırd edə bilmədiyiniz üçün sinirlisiniz.
Tələsməyin. Baş verənləri, yaşananları aramla gözdən keçirin, onların virtual siyahısını tutun, sonra siyahıya diqqətlə baxın. Belədə, narahatlığın gerçək səbəbini tapa bilərsiniz.

Əqrəb – sevdiyiniz insana olan hissslərinizi bu gün təzahür etdirməyin, təvazökar olun.
Yaxşı tanımadığınız insanlarla münasibətlərdə sərvaxt olun. Dostlar və yaxın insanlarla söhbət zamanı onların demək istəmədiklərini mütləq, nəyin bahasına olursa-olsun, öyrənməyə çalışmayın.
Dəyər verdiyiniz insan barədə acı həqiqəti ona dərhal söyləməyin.

Oxatan – iş axtaranlar elanlara və dostların məsləhətlərinə inanmasınlar. İşi özünüz tapın. İş yeri və imkanı olanlar isə səhər saatlarını qənimət bilərək günortaya qədər maksimum məhsuldarlıqla çalışsalar, pis olmaz. İşgüzar olun, təsadüfi maneələr və ya bədxahlarınızın eyhamlarına, yalnız uğursuzluğunuzu istəyən şəxslərin atmacalarına aldanmayın, belə sözlərə sinirlənməyin.
Dostunuzun yeni planı və ya rəqibinizin qəribə davranışı sizi təəccübləndirə bilər. Narahat olmayın, bütün bunlar yaxşılığa doğru dəyişikliklərdir.

Oğlaq – səhər saatları işgüzar verilişlər, avtoservisə baş çəkmək, gəzinti və iş səfəri, tərəfdaşlarla və ya şəriklərinizlə danışıqlar üçün əlverişlidir.
İmkan, bilik və ya bacarıqlarınızı artırmaq üçün gərəkli informasiya mənbəyini, ya da lazımlı adamı arayıb tapın.
Axşam saatları evdəki şəraitin nə yerdə olduğunu aşkar göstərəcək.

Dolça – səhər saatlarında işlərin çoxluğu sizi bir qədər narahat edə bilər. Rutin işlərlə özünüzü yükləməyin, əks təqdirdə səhhətinizdəki problem ağırlaşa bilər.
Günün ikinci yarısında iş tempini bir qədər aşağı salın. İllah da ki, qarşınıza qoyulan şərt və tələblərdə dəyişikliklər olacaq.
Qarşılıqlı münasibətlər, əməkdaşlıq, maraqların balansına xüsusi diqqət yetirin.
Axşam saatları emosiyaların izharı üçün əlverişli vaxt deyil.

Balıqlar – bu günə yeni qərar, yeni plan və ya yeni layihə ilə başlamayın. Belə olarsa, yeniliyə marağınız tezliklə azalacaq və ya ümumiyyətlə, heç nə alınmayacaq.
Günün ikinci yarısı daha məhsuldar olacaq.
Bu vaxtda başqalarının sizə sırımağa çalışdıqları avantüralara yox, əsl işlərə, qarşınızda duran məqsədlərə diqqət verəcəksiniz.
Bəzi hadisələr və ya xəbərlər qeyri-adi, paradoksal təsir bağışlaya bilər. (Milli.Az)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO