Maraqlı 09.12.2019 08:45

BÜRCLƏR – 9 dekabr

oç – iş ortaqları ilə əməkdaşlıq perspektivlərini müzakirə etmək olar: uzun zaman dil tapa bilmədiyiniz insanlarla ortaq məxrəcə gələ bilərsiniz. Xırdalıqlar ikinci plana keçir, doğrudan da, vacib olan işlərə diqqət yönəltmək lazımdır.
Səyahətə hazırlaşmaq olar, yol üçün gərəkli əşyaları almaq lazımdır. İri alış-veriş etmək olar, bütün ailəyə xidmət edəcək əşyalara üstünlük verin.

Buğa – eyhamlardan qaçın, fikrinizi açıq-aşkar deyin, üstüörtülü danışığınızı anlamaya bilərlər. Planlaşdırılmamış səfərlər yeni tanışlar tapmağa imkan yaradacaq.
Fiziki iş və idmanla məşğul olmaq üçün münasib gündür. Sağlamlaşdırıcı prosedurlar faydalı və səmərəlidir. Əvvəlcədən qurulmuş planlara riayət etmək məsləhətdir.

Əkizlər – sözü insanların üzünə çırpırsınız və bu, çoxlarının xoşuna gəlmir. Ancaq fikirlərinizi açıq-aşkar söyləməyiniz tərəfdaşlarınızla ümumi dil tapmağa, həmçinin xoşunuza gələn insanların rəğbətini qazanmağa imkan verir. Biznesdə təşəbbüs göstərin, intuisiyanız darda qoymayacaq.
İşgüzar və enerjilisiniz. Dostlarınız və yaxınlarınız sizə çatdırmırlar və bu, paxıllıq əvəzinə zarafat üçün bir bəhanəyə çevrilir. Köhnə tanışlarınızdan gözlənilməz təklif ala bilərsiniz. Bəzi Əkizlər öz hobbilərini gəlir mənbəyinə çevirəcəklər.

Xərçəng – tamamilə maraq dairənizdən kənar işlərə vaxt sərf edirsinizsə, nailiyyət qazanacağınıza ümid etməyin: nəticələr həddən artıq zəif və sönük olacaq.
Həmfikirlərlə ünsiyyət üçün yaxşı gündür. Dostlar və qohumlarla heç də həmişə ortaq məxrəcə gəlmək olmur. Bu gün müştərək bir işə başlayacaqsınızsa, o zaman əvvəlcədən başçının kim olacağını təyin etmək lazımdır.

Şir – kommersiya baxımından əla gündür. Bağladığınız sövdələr böyük gəlir vəd edir, gözləmədiyiniz yerdən də iri məbləğdə pul ala bilərsiniz. Peşəkar nüfuzunuz artır. Sizin rəyinizi daha yüksək vəzifə tutan insanlar da dinləyirlər.
Səfərlər və səyahətlər üçün münasib gündür – həm iş məsələlərini həll edə, həm də əylənə bilərsiniz. Sizi intuisiyanız idarə edir və çox hallarda o haqlıdır. Günün ikinci yarısı həm dostlarla, həm də sevgilinizlə görüş üçün əladır.

Qız – işgüzar ünsiyyət üçün əla gündür: görüşlər məhz siz istəyən kimi keçir. Yeni layihələr üzərində işə başlamaq olar, uğuru çox gözləmək lazım gəlməyəcək. İş yerini dəyişmək, yeni vəzifə başına keçmək üçün uğurlu gündür. İşdə məhəbbət macərasının başlanması da mümkündür.
Yaradıcılığa maraq artır. Teatra, konsertə, sərgi salonuna gedin. Yaradıcı potensialınız yüksək olsa da, bunu haraya yönəltməyi bəzən bilmirsiniz. Yaşlı qohumların məsləhəti yerinə düşəcək.

Tərəzi – ünsiyyət üçün xoş gündür, xeyli görüş və söhbət gözlənilir. Təəssüf ki, xoşəgəlməz insanlarla da görüş qaçılmazdır, amma siz pis təsir altına düşməyəcək, özünüzü idarə etməyə imkan verməyəcəksiniz. Dediyinizin üstündə durun, amma kimsənin sizi qəddarlıqda və aqressivlikdə günahlandırmasına şərait yaratmayın.
Yaxınlarınızla nəzakətli olun, sərt iradlardan, başqalarını incidəcək zarafatlardan çəkinin. Əzizlərinizlə aranızda fikir ayrılıqları yaranır, ancaq bir qədər özünüzə əziyyət versəniz, ailədə sakitliyi qoruyub saxlaya bilərsiniz.

Əqrəb – gün sakit keçir. Tələsmədən, vurnuxmadan problemləri bir-bir həll edir, başqalarına nümunə göstərirsiniz. Peşəkar mövqelərinizi möhkəmləndirə, yeni tərəfdaşlar tapa bilərsiniz. Tanışlıqlar hər cəhətdən faydalıdır. Maraqlı iş təklifləri almağınız mümkündür.
Pul da ala bilərsiniz: lazımi vaxtda lazımi yerdə ola bilsəniz, onun qədəri xeyli çox ola bilər. Şəxsi problemlərin həllinə tez nail olacaqsınız, çünki emosiyalara qapılmayaraq sağlam düşüncəyə arxalanırsınız.

Oxatan – enerji və gücünüzün artdığını hiss edirsiniz. Özünüzə inamınız çoxalır. Bir qədər əvvəl mümkünsüz görünən bəzi planlarınızı gerçəkləşdirməyə nail olursunuz. Əvvəllər dil tapa bilmədiyiniz insanlar da sizə yardım edirlər. Rəhbərliklə, nüfuzlu şəxslərlə münasibətləriniz yaxşılaşır.
Sahibkarlıq fəaliyyəti, biznesdə istənilən başlanğıc üçün əla gündür. Əgər özünüzü itirməyib vaxtında təşəbbüs göstərsəniz, sevgidə də bəxtiniz gətirəcək. İri alış-veriş, bədxərclik məsləhət deyil.

Oğlaq – qətiyyətli, enerjilisiniz, sözü üzə deyirsiniz – bu, böyük uğur vəd etsə də, ətrafınızdakılarla münasibətlərinizi ciddi surətdə korlaya bilər. Tənqidi iradlardan çəkinin.
İdman və aktiv istirahət etməyə çalışın. Səfərlər pis keçməyəcək. Vacib görüşləri günün ikinci yarısına təyin edin: bu dövr sizinçün ən münasib vaxtdır. Yaxın adamınız xoş sürprizlə sizi sevindirəcək.

Dolça – səliqə və ciddilik tələb edən xırda işlərlə məşğul olun. Vaxtınızı düzgün bölüşdürür, gücünüzü lazım olmayan işlərə sərf etmirsiniz. Alış-veriş uğurlu olacaq. Yarımçıq qalmış bəzi məsələləri həll etməyiniz tələb oluna bilər.
Dövlət orqanlarının nümayəndələri ilə ünsiyyət, sənədlərin hazırlanması rahat olacaq. Axşam dostlarla, yaxud sevgilinizlə görüş təyin edə bilərsiniz. Evə yaxın olmağa çalışın, planlaşdırılmamış səfərlərdən imtina edin.

Balıqlar – yaradıcı potensialınız çox yüksəkdir. Onun sayəsində boz bir günü qeyri-adi və unudulmaz edə biləcəksiniz. Planlarınızı gerçəkləşdirə biləcəksiniz. Bunlardan azacıq kənara çıxmağınızın da sizə yalnız xeyri dəyəcək. Elm və ictimai fəaliyyətlə məşğul olanlar üçün gün çox uğurludur.
Pul ala bilərsiniz. Onları düzgün idarə edirsiniz: perspektivli layihələrə yatırır, uğurlu alış-veriş edirsiniz. (Milli.Az)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO