Maraqlı 09.02.2020 08:45

BÜRCLƏR – 9 fevral

Qoç – Praktiki fəaliyyət çətin olsa da, bunu edin. Xəyallara qapılmayın, real işləri unutmayın. Diqqət tələb edən məsələlərdə sayıq olun. Kimsə sizi “ciddi olmağa” çağırırsa, qulaq asın, amma yolunuza davam edin. Tənqid və iradlara həddən ziyadə aqressiv reaksiya verməyin.

Buğa – Yaşam potensialı səviyyəsi aşağıdır. Asanlıqla yorulacaq və az sonra dərk edəcəksiniz ki, qüvvələriniz tükənmək üzrədir. Axşam saatlarını sakit istirahətə, yorucu olmayan məşğuliyyətə həsr edin. Çətin gündən sonra qüvvənizi bərpa edin.

Əkizlər – Çətin, qarışıq, laübəli gündür. Yaxın ətrafınızdakı insanlarla münasibətlər çətin və qarışıq hal alacaq. Kimin sizin tərəfdə olaraq dəstəklədiyini, kimin də yalnız belə görüntü yaratdığını ayırd etmək asan deyil. Bitib-tükənmək bilməyən, xoşagəlməz söhbətlər əhvalınızı korlamaqla yanaşı, vaxtınızı da alır. Həmin zamandan daha faydalı yararlana bilərdiniz.

Xərçəng –  Mübahisələrdə mövqeyinizdən tez geri çəkilməyin, iradəli və qətiyyətli olun. Səhih fikirlər və düzgün qərarlardan əl çəkərək kimlərinsə xoşuna gəlməyə çalışmayın. Rəqiblərlə bədxahlarınız sizdən çəkinməlidirlər. Peşəkar fəaliyyət müstəvisində çətin məsələlərin həlli üçün əlverişli zamandır.

Şir – Başqalarının görmədikləri və ya görmək istəmədikləri nüanslara, amillərə diqqət yetirsəniz, məqsədə daha sürətlə çata bilərsiniz. Şəxsi həyatda dəyişikliklər ola bilər. Təşəbbüskar olun, novator davranışı seçin. Ev işlərinin öhdəsindən tez gəlməyə çalışın.

Qız – İşdə münaqişə, rəhbərliklə ciddi ixtilaf ola bilər. Şəxsi münasibətlərdə ciddi problemlər yaranmayacaq. Yaxınlarınız və ailə üzvləriniz çox səbrli davranırlar. Təmaslarla əlaqələrdə diqqətli olun. Bu gün etibara əsla layiq olmayan insana inana bilərsiniz.

Tərəzi – Sözləriniz kiminsə xoşuna gələ bilər. Amma yaxın ətrafınızdakı adamların əksəriyyəti bu kəlmələri bəyənməyəcəklər. Uzaq səfər və ya səyahət planlaşdırmayın. Belə səfər sizi yoracaq, ümidlərinizi doğrultmayacaq. Maliyyə itkisi, uğursuz alış-veriş, gəlir verməyən əməliyyatlar istisna deyil.

Əqrəb – Günün ilk yarısı uğurlu və əlverişli olacaq. Əhvalınız pis deyil. Rəğbət bəsləmədiyiniz insanlarla təmaslarda belə, xoşməramlı olun. Belə davranış peşəkar fəaliyyət baxımından münasibdir, çünki yeni müttəfiqlər qazana bilərsiniz.

Oxatan – Bu gün qarşılaşdığınız insanların hamısı etimada layiq deyil. Sayıq olun. Səfər və ya səyahət yaxşı nəticə verəcək. Sərfəli anlaşmaya nail ola bilərsiniz. Yeni təəssüratlar xoş olacaq.

Oğlaq – Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə ehtiyatlı olun. Sərt və qıcıqlı olmayın, aqressiv sözlər deməyin. Uzaq durmaq istədiyiniz insan sizinlə maraqlanmağa başlayacaq.

Dolça – İşgüzar ünsiyyət, mühüm danışıqların aparılması üçün əlverişli zamandır. Nüfuzlu insanlarla görüş istisna deyil. Həmin adamlarda xoş təəssürat yaratmağa çalışın. İctimai və siyasi fəaliyyətə maraq arta bilər. Yeni tanışlıqlar istisna deyil.

Balıqlar – Mənfi təmayüllərin təsiri çox güclüdür. Gün asan deyil. Emosiyalarınızı nəzarətdə saxlayın. Hisslərinizə əsir düşsəniz, sonradan peşman ola biləcəyiniz addımlar ata bilərsiniz. Fikirləşdiklərinizi dərhal söyləməyin. Məntiqli, soyuqqanlı, ağıllı olun. (Milli.Az)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO