Maraqlı 09.07.2019 08:45

BÜRCLƏR – 9 iyul

Qoç – Bir çox problemlərin həllinə başlaya bilərsiniz. Daxili energetikanız sizə ən çətin müşkülləri çözməyə imkan verəcək. Təcrübəli, bilikli insanların məsləhətlərini qulaqardına vurmayın. Maraqlı həmsöhbətlə qarşılaşacaqsınız.
Günün ikinci yarısında mövcud çətinliklərin aradan qaldırılması üçün alternativ yollar arayın. Axşam saatları romantik ünsiyyət üçün əlverişlidir.
Fəqət, hisslərin köləsinə çevrilməyin.

Buğa – Rəsmiyyətə qapılmayın. Stereotipləri yaşam tərzinə çevirməyin. Həyatınızı yaşayın. Yeni imkanlara doğru qorxu, xof və təlaş olmadan addımlayın. İmicin yenilənməsi şəxsiyyətinizin daha uğurlu izharına imkan verəcək.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların rəğbətini qazanmaq üçün konkret addımlar atın. Yararlanmadığınız imkanlarınızdan, “yatmış” potensialınızdan istifadə edin. Əzmkar olun. Fəaliyyət sahəsini dəyişə bilərsiniz.
Macəra arayın. Bir sözlə – tənbəllik etməyin.

Əkizlər – İşlərə yaradıcı yanaşma irəliləyişin başlıca şərtidir. Fəaliyyət prosesindəki müxtəlif eksperimentlər təbii təkan rolunu oynayacaq. Qəfil sonuclar və gözlənilməz nəticələr sizi çaşdırmasın, ruhdan salmasın.
Bədbinləşməyin, süstləşməyin.
Günün ikinci yarısında mövqelərinizi bir daha yoxlayın. Planlarınızı təftiş edin. Şəxsi münasibətlərdə harmoniya yaradın. Sevdiyiniz insanla təmaslarda qarşılıqlı anlaşma, sayğı və məhəbbət ən önəmli nüanslardır.

Xərçəng – Hadisələrin intensiv, perspektivlərin yaxşı olduğu zamandır. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün nəzərdə tutduğunuzdan daha artıq qüvvə və resurs sərf etməyə hazırlaşın.
Tərəqqi, inkişaf istəyirsinizsə, diqqətli davranın. Detallara fikir verin.
Günün ikinci yarısında təfərrüatların önəmi artacaq. Optimallaşdırma və modernləşdirmə ilə məşğul olmaq olar. Maliyyə baxımından vəziyyət pis deyil.
Axşam saatlarında yaxın ətrafınızdakı insanlarla fikir ayrılıqlarını təmkinlə aradan qaldırın.

Şir – Ümumən pozitiv zamandır. İşdə və münasibətlərdə ən yaxşı keyfiyyətlərinizi, üstün məziyyətlərinizi nümayiş etdirin. Yaradıcılıqla məşğulsunuzsa, ilin ən əlverişli günlərindən biridir.
Xarici görkəminizə fikir verin.
Günün ikinci yarısında alış-verişdə trivial olmayan nəsnə, məhsul ala bilərsiniz. Parlaq, statuslu imic qazanın.
Yaxınlarınıza problemlər, başağrısı bəxş etməyin. Onların qayğısına qalın.
Axşam saatlarında stressdən qurtulmaq üçün sınanmış vasitələrdən istifadə edin.

Qız – Maliyyə, karyera və işlə bağlı məsələlərdə gərginlik yaranacaq. Bələd olduğunuzu düşündüyünüz situasiyanın yeni təfərrüatları üzə çıxacaq.  Risklərdən çəkinməyərək hüququnuzu müdafiə edin. Yaramaz, yaltaq, qorxaq insanın hiylə və məkrini işə salaraq  sizi üstələməsinə qətiyyən yol verməyin.
Günün ikinci yarısında ilk baxışdan müşkül təsir bağışlayan problemin həllinə yaradıcı yanaşın. Vərdiş etdiyiniz metodları hələlik unudun, yeni yollar arayın.
Axşam saatlarını sevdiyiniz insana həsr edin.

Tərəzi – Zamanla ayaqlaşın. Situasiyanın dinamikliyindən yararlanaraq fəal olun. Özünüzə qapılmayın, tərki-dünya insan təsiri bağışlamayın. Arzuladığınız əşyanı almağa, xəyallarınızdakı məqsədə çatmağa çalışın. Siz kimsədən zəif və ya əskik deyilsiniz.
Günün ikinci yarısında bədgüman davranmayın. Rəqabətin sərtləşməsi sizdən təcrübə və bilikərin artırılması, informasiya bazasının genişləndirilməsini tələb edir.
Yaxınlarınızdan birini hədiyyə ilə sevindirin.

Əqrəb – Yeni, təcili işlərdən, fövqalədə tapşırıqlardan qorxmayın. İntensiv fəaliyyət tempi sizə problemlərin öhdəsindən daha tez gəlməyə imkan verəcək. Bütün çətinliklər müvəqqətidir. Ruhdan düşməyin.
Günün ikinci yarısında məqsədə aparan yoldan sapmayın. Hər məsləhətə qulaq asmayın. Sayıq olun, təklifləri real dəyərləndirin. İşləməklə yanaşı, prosesdən məmnun qalın.
Köhnə dostlardan və ya tanışlardan birinin qayğıya, diqqətə ehtiyacı var.
Qohumlara baş çəkməyə vaxt tapın.

Oxatan – Kənar təsirlər altına düşməyin. Aktual məsələlərin çözülməsində süstlük etməyin. Aktiv davranın ki, rəqiblər sizi üstələməsinlər. Cəsarətli olun, dürüst taktika seçin.
Günün ikinci yarısında yaxın gələcəklə bağlı strategiyanı müəyyənləşdirin. Riskin səviyyəsini artırmayın. Təcrübəli və bilikli olmadığınız sahələrdə də uğur əldə edə bilərsiniz.
Yaradıcılıq təşəbbüsləri üçün yaxşı zamandır.
Axşam saatlarında normal istirahət edin.

Oğlaq – Günün ilk yarısı müsbət emosiyalar və hisslər bəxş edəcək. Tapşırıqlar və sifarişlərin öhdəsindən gəlmək üçün yaxşı əhval, nikbinlik xüsusi əhəmiyyət kəsb edir. Şərtləri nəzərə alın, problemlərin uğurlu həlli üçün ənənəvi üsullarla metodların çərçivələrindən kənara çıxın.
Günün ikinci yarısında fantaziyanızı işə salın. Texnika və avadanlıqla davranışda ehtiyatlı olun.
Axşam saatları sevdiyiniz insanlarla mehriban ünsiyyət vəd edir.

Dolça – Peşəkar fəaliyyət sahənizdə inkişaf, irəliləyiş üçün yaxşı imkanlar yaranıb. Şansları dəyərləndirin. Sayıq olun, ən müxtəlif variantları nəzərdən keçirin. Mübahisəli məqamlarda obyektiv olmağa çalışın.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla səmimi, qayğıkeş olun. Məsləhətləri qulaqardına vurmayın. İnandığınız insanla yeni layihəyə başlamaq olar.
Situasiyaya uyğun hərəkət edin. Bu və digər məsələnin həlli üçün duruma uyğun vasitələr seçin.

Balıqlar – Risk və avantüralar üçün yaxşı gündür. Yaradıcılıqla məşğul olursunuzsa, yeni variantları sınaqdan keçirin. Daha qətiyyətli, iradəli olun. Məqsəd və istəkləriniz barədə açıq danışın.
Günün ikinci yarısında hədəfə doğru sürətlə irəliləyin. Belə taktika peşəkar fəaliyyətlə yanaşı, şəxsi münasibətlərdə də effektiv olacaq.
Pullarınızı etibarlı yerə yatırın. Maliyyə vəsaitinizlə risk etməyin. (Milli.Az)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO