Elm və təhsil 16.09.2024 12:49

Atasına valideyn statusu qazandıran Burlaxatunun ilk məktəb günlüyü - FOTO

Sentyabrın 15-i Bilik Günüdür. Bunu həm də birincilərin sərbəst həyata ilk addım atdıqları gün kimi də qəbul etmək olar. Bu gün bizim ailəmiz üçün çox əlamətdar oldu. Uzun illər həsrətini çəkdiyim, yolunu gözlədiyim, övlad payı sevincimizin 4 il yarımçıq qaldığı, bəzi məqamlarda əlimimizi övlad payından üzdüyümüz anda Tanrının bəxş etdiyi BURLAXATUN qızımız orta məktəb təhsilinə qədəm qoydu. Təbii ki, 1-ci sinif – İlk Zəng insana özünün məktəb illərini də xatırladır. Yadımda qalan odur ki, rəhmətlik valideynlərim məni 1979-ci il sentyabrın 1-də məktəbə aparmaq istəyəndə ağlaya-ağlaya qaçıb Qərbi Azərbaycanın Göyçə mahalı, Çəmbərək rayonunun Ardanış kəndindəki evimizin damına çıxmışdım…

…Lap körpəliyindən qollarımda və ayaqlarım üstündə yellədiyim qızıma dediyim və Burlaxatuna doğum günü münasibətilə yazılıb bəstələnən “Xoşbəxtlik sədası” mahnısının nəqarətinə çevrilən bu sözlər artıq məktəbli statusuna keçdi:

A gözlərim gözlərim,

Mənim qara gözlərim.

Canım, gözümsən mənim,

Aşqım, özümsən mənim.

Mən səni çox sevmişəm,

A gözlərim, gözlərim,

Mənim qara gözlərim.

xxx

Burlaxatun gözəldir, özəldi,

Pərican da şirindi, qəşəngdi,

Biri mənim ruhumdu, canımdı,

Biri isə damarımda qanımdı.

… Burlaxatun həmişə olduğu kimi, bu gün də səhər saat 06:40 radələrində oyanmışdı. O, məktəbə getməmək üçün əvvəlcə dəcəlliyə əl ataraq “ağlaşma” qurdu. Nə qədər xoş sözlər desək də xeyri olmadı: “Ata mən məktəbə getmək istəmirəm. Ata o paltarı geyinməyəcəyəm”. Beləcə çətinliklə yeməyini yeyəndən sonra sakitləşdi. Bir neçə dəqiqədən sonra özü üstümə doğru qaçaraq “Ata məktəbə gedirəm, paltarımı sən geyindir” dedi. Amma məktəbli çantasını götürməyə qoymadı. Beləcə hazırlaşıb saat, təqribən, 07:38-də evdən çıxdıq. Evimizin son beşiyi Pərican bacısısını çox istədiyindən onu tək buraxmadı, hətta bacısının məktəb güllərini özü götürdü. Biz birlikdə əl-ələ tutub evimizə yaxın məsafədə yerləşən Binəqədi rayonu, 102 saylı orta məktəbdə yollandıq. Məktəbə yaxınlaşarkən Burlaxatun yenidən kövrəldi və ağlamaq istəyərkən bu fotonu çəkdim.

Nəhayət, məktəbin həyətinə daxil olduq. Binəqədi rayonu 102 saylı orta məktəb bayram ab-havasında bəzədilmişdi. Bilik Günü münasibətilə tədbir təşkil olunmuşdu. Məktəblilərin düzülüşü, Bilik Günü üçün hazırlanmış proqram, şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması, ardınca dövlət himninin səsləndirilməsi hər kəsdə ruh yüksəkliyi yaratdı. Həzin musiqi, yuxarı sinif şagirdlərinin mahnı ifaları yaddaqalan anlar yaşatdı. Məktəbin direktoru Mailə İsmayılovanın yeni tədris münasibətilə təbriki, ötən il əla qiymətlərlə bu təhsil ocağını başa vurmuş və yüksək bal toplayaraq ali məktəbə qəbul olmuş tələbələrin, eləcə də sertifikasiyadan 60 bal toplayan müəllimlərin örnək xarakterli təsiredici çıxışları həm bir nümunə, həm də məktəbin təhsil-tədris göstəricisinin elanı idi.

 

Birinci sinfə qədəm qoyan uşaqlar əvvəldən hazırladıqları ssenari üzrə şerlər, mahnılar səsləndirdilər. İlk Zəngin əks sədaları xüsusi həyacan yaratdı və məktəblilərin alqışları ilə qarşılandı. Birincilər bundan sonra iyisinə öyrəşəcəkləri, 11 il qədəm qoyacaqları siniflərinə doğru getdilər. Xatırladım ki, Burlaxatun balam Ana dilimizdə böyük sevgi və həvəslə məhz onu seçdiyimiz Dilşad Şeyxzadənin 1A sinfində təhsil alacaq. Uşaqlar Dilşad müəllimənin təlimatı və məsləhəti ilə valideynləri tərəfindən tikdirilən xüsusi geyim forması, dərs vəsaiti və ləvazimatlarla dolu rəngli çantaları kürəklərində sinfə daxil oldular. Dilşad xanımın təbəssümlü davranışı uşaqların dəcəllik xüsusiyyətlərini arxa plana keçirmişdi. Məktəblilər səmimi, sakit şəkildə bir-birinə baxır, müəllimələri ilə tanış olurdular. Bu, çox mənalı mənzərə idi. Uşaqlar aldıqları hədiyyələri sevimli müəllimlərinə, Dilşad xanım isə öz hədiyyələrini təməlli təhsil verəcəyi şagirdlərinə təqdim etdikdən sonra dərs başladı. Bununla da Burlaxatunun orta təhsilə qədəm qoyduğu məktəbdə ilk gününün mənzərəsi yaddaqalan oldu…

… Səmimi deyim ki, qızımın birinci sinfə getməsi ilə bağlı yazı yazmaq, paylaşım etmək fikrim yox idi, amma məktəbdəki mühit, valideynlərin davranışı məni çox təsirləndirdi. Övladları 1-ci sinfə gedən həyacanlı valideynlərin ümumi arzuları bu idi ki, qoy böyütdüyümüz övladlar Vətən uğrunda şəhid olanlara layiqli həmvətən olsunlar: “Yolları açıq, zehnləri iti, üzləri daim gülər olsun. Böyük Azərbaycanın azad vətəndaşları kimi sağlam, alnıaçıq gəzsinlər. İlk dərs illəri uğurlu olsun. Ailələrinə, Vətənlərinə layiqli övlad olsunlar. Uşaqlarımız sülh, əmin-amanlıq içində böyüsünlər. Bu gün sülh şəraitində yaşamağımıza səbəb olan şəhidlərimizə rəhmət etsin. Tanrı ordumuzu, xalqımızı, Vətənimizi qorusun! Qalib ölkənin uşaqları müharibəsiz dünyada yaşasınlar. Bütün birinciləri təbrik edirik, qoy onlar həmişə 1-ci olsunlar!”

Təbii ki, bu arzulara çatmaq üçün yeganə yol yaxşı təhsildir. Çünki yaxşı təhsil insanları hər zaman parlaq saxlayar. Müxtəlif peşələr üzrə dahiləşmiş, müdrik adını qazanmış bəşəri şəxsiyyətlərin təhsil, elm ilə bağlı dedikləri kəlamlar buna misaldır və yaddaşlara həkk olunmuş fikirlərdən bəzilərini xatırlatmaqda fayda var: “Övladlarımızı dövrünüz üçün deyil, onların dövrü üçün yetişdirək.  Özümüzə və övladlarımıza analadaq ki, təhsil dünyanı dəyişmək üçün ən yaxşı silahdır. Təhsilin kökləri acıdır, meyvələri isə şirin. Təhsil azadlığın qızıl qapısını aça bilən açardır.  Təhsilin son məqsədi güzgüləri pəncərəyə çevirməkdir. Təhsil qaranlıqdan işığa olan hərəkətdir. Təhsil ən yaxşı dostdur. Təhsilli adama hər yerdə hörmət edilir. Məktəb açan şəxs həbsxanaları bağlayır. Təhsil verilməmiş uşaq itirilmiş uşaqdır. Təhsil yalnız imkanın nərdivanı deyil, o həm də gələcəyimizə qoyulmuş sərmayədir. Yaxşı təhsil xoşbəxtliyin başqa adıdır. İnsanlar təhsil üçün yox, təhsil insanlar üçündür”.

Beləliklə, uşaqların nəsihətdən çox yaxşı nümunəyə ehtiyacı var. Hər zaman övladlarımıza yaxşı nümunə olmaq borcumuzdur. Heç vaxt uşaqlarda dəcəllik hissini öldürməyək. Çünki uşaqlarda dəcəllik hissi öldürülərsə, heç vaxt müdrik insan yetişməz.

… Balacalıqdan əzizləyərəık dediyim “körpə qızım, balaca qızım, ağıllı, gözəl qızım” indi məktəbli oldu. O, bizi sevinc və fərəh hissi ilə ilk dəfə dərsə uşaq aparan valideyn sırasına qoşdu. Bütün övladlarımızın yolu nurlu, şansları bol olsun. Allah onlara zehin açiqlığı və sağlam həyat bəxş etsin. Qoy həmişə xətadan, bəladan, şərdən, böhtandan uzaq olsunlar. Ruziləri bol, güzaranları xoş, bəxtləri gözəl olsun. Yeni dərs ilinə başlayan bütün balalarımızı və onların valideynlərini təbrik edirəm. Övladlarımızı verdikləri təhsillə yaşadan, tanıdan müəllimlərimizə cansağlığı arzulayırıq. Sevimli müəllimlərimizlə hər zaman qürur duyuruq. Əminəm ki, bütün varlığımı, ruhumu özündə birləşdirən BOYU UZUN BURLAXATUN da yaxşı təhsili ilə bizi fərəhləndirəcək, həyat fəaliyyətində qadın cəngavər statusunu qoruyacaq. Ölməz şairimiz Nəbi Xəzrinin «Dədə Qorqud» motivləri əsasında yazdığı “Burla Xatun” adlı pyesində deyildiyi kimi, “Bu yurdun hər daşı, qayası Xatun,. Bitən hər çiçəyin mayası Xatun” olacaq!

Əsgər Əlioğlu

 

 

 

XƏBƏR LENTİ
Elm və təhsil, Siyasi / 18.09.2024 14:23
Ermənilərin “ad dəyişmə terroru” – ANONS
İdman / 18.09.2024 11:49
İlk oyunların mənzərəsi: epizodlar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO - VİDEO
Elm və təhsil / 17.09.2024 22:56
Erməni məkri və bizim biganəliyimiz ilə “yaranan” Tiqranakert - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 17.09.2024 19:30
“Gəncəsar monastırının bütün yazıları və təsvirlərinin kataloqu məhv edilib - FOTO - VİDEO
Təhlil / 17.09.2024 16:58
İrəvanın Rusiya səhvi – mayası batan ABŞ – TƏHLİL
Elm və təhsil / 17.09.2024 14:37
Ermənilərin “Tiqranakert oyunbazlığı” – ANONS - VİDEO
Müsahibə, Siyasi / 17.09.2024 13:28
“Ermənilər hər yerdə məbədlərə etinasız yanaşır” – ANONS - VİDEO
Müsahibə / 16.09.2024 23:20
“Soydaşlarımızın problemi beynəlxalq aləmə çatdırılmalıdır” - VİDEO
Elm və təhsil / 16.09.2024 12:49
Atasına valideyn statusu qazandıran Burlaxatunun ilk məktəb günlüyü - FOTO
İdman / 15.09.2024 23:20
“Göyçə”nin çətinliklə qalib gəlib, 1-ci tur başa çatıb
İdman / 15.09.2024 20:30
“Ardanış” 3 xalı aktivinə yazdırıb - FOTO
İdman / 15.09.2024 09:57
Bu gün AZƏRTAC “Ardanış”, “Göyçə” isə “Nərimanlı” ilə görüşür
İdman / 14.09.2024 23:10
“Veteranlar” və “Cənclər 2020” rəqiblərini məğlub edib - FOTO - VİDEO
Elm və təhsil / 14.09.2024 22:31
“Dvin məbədinin ermənilərə aidiyyəti yoxdur” - FOTO - VİDEO
Gündəm, İdman / 14.09.2024 21:59
Bakıda 3-cü Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
Elm və təhsil, Mədəni, Siyasi / 13.09.2024 22:27
“Qardaşımın İrəvandan gətirdiyi sənəddə Göyçə gölünün dibində qədim türk şəhəri olduğu yazılmışdı” - FOTO - VİDEO
Elm və təhsil, Mədəni / 13.09.2024 14:51
“Hər həftə evimizdə nehrə çalxalanardı” – Loğman Əjdərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
İdman / 13.09.2024 10:38
Sabah Futbol Turnirinin açılışı və ilk turun oyunları keçiriləcək
Siyasi, Təhlil / 12.09.2024 22:32
Ermənistanda Qərbi Azərbaycan torpaqları Azərbaycan ərazisi olaraq qeyd olunan xəritələr yayılır - FOTO - VİDEO
Elm və təhsil / 12.09.2024 16:17
Tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib - FOTO
Siyasi, Təhlil / 12.09.2024 14:28
Mühacirət hökuməti və İrəvanın təşvişi – ANONS - VİDEO
Elm və təhsil, Siyasi / 11.09.2024 22:16
Ağbaba, Ağbaş, Ağvan, Ağqala, Ağbaba, Ağvəng və Ağqaya – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Maraqlı / 11.09.2024 12:21
Adı ləğv edilib yerində 2 rayon yaradılan yurd yeri – ANONS - VİDEO
Elm və təhsil / 10.09.2024 22:06
“Tava-Təpə” abidəsi “Göbəkli Təpə” abidəsi kimi bütövlükdə dəfn edilib” - FOTO - VİDEO
Müsahibə, Mətbuat / 10.09.2024 19:52
“Azərbaycanlıların geri qayıtması Ermənistanda demoqrafiyanın bərpasına kömək edəcək” - VİDEO
Elm və təhsil / 10.09.2024 14:01
Erməni tarixçilərin “Tava Təpə” etirafı – ANONS