“Bursaspor” yenə məğlub oldu
Aprelin 13-də futbol üzrə Türkiyə Superliqasının XXVIII turunun ilk görüşündə “Trabzonspor” səfərdə “Bursaspor”un qonağı olub.
Rakus.az xəbər verir ki, “Timsah Arena”da baş tutan görüş hər iki tərəfin qarşılıqlı hücumları ilə yadda qalıb. Görüşün 69-cu dəqiqəsində “Trabzonspor”un hücumçusu Abdulqadir Omar Antoni Nvakaemenin ötürməsini dəqiq yerinə yetirib. Meydan sahibləri hücumlar etsə də oyunda hesab dəyişməyib. Görüş 0:1 hesabı ilə Trabzon təmsilçisinin xeyrinə başa çatıb.
Bu oyundan sonra “Trabzonspor” turnir cədvəlində 49 xalla 4-cü pillədə qərarlaşıb. Bursa təmsilçisi isə 28 xalla 15-ci olub.
Türkiyə Superliqasında XXVII turun digər oyunları bu gün də daxil olmaqla aprelin 14 və 15-də keçiriləcək.
Turun digər qarşılaşmalarında isə aşağıdakı komandalar üz-üzə gələcək.
13 aprel
“Sivasspor” -“Konyaspor”,
“Rizəspor” – “Göztəpə”,
“Beşiktaş” – “Başakşəhər”,
“Kayserispor” – “Ankaragücü”,
14 aprel
“Antalyaspor” – “Kasımpaşa”,
“Yeni Malatyaspor” – “Alanyaspor”,
“Fənərbağça” – “Qalatasaray”,
“Ərzurumspor” – “Akhisar Bələdiyəspor”.