Siyasi 14.03.2025 22:19

“Atam deyirdi ki, 1915-ci ildə də ermənilər bizi kənddən qovub çıxarmışdılar” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Küçəyə çıxanda qonşu Xədicə xalanı yox, Hiranuşu görürdük” adlı veriliş Vedibasar mahalının Vedi rayonunun Şidli kənd sakini Xanımzər Həsənovanın həyat hekayəsinə həsr olunub.

O, 1970-ci ildə anadan olduğunu, 1988-ci ilədək uşaqlıq, yeniyetməlik, məktəb illərini kənddə keçirdiyini deyib: “Uşaqlığımız çox gözəl keçib. Altı küçədən və sırf azərbaycanlılardan ibarət olan kəndimizdə erməni yaşamırdı və SSR-nin Ermənistana aid olan hissəsində sonuncu kənd sayılırdı. Bizdən sonra Araz çayı idi, sonra isə Türkiyənin İğdır vilayəti idi. Ona görə kəndimizdə rus ordusunun Sərhət Qoşunları yerləşirdi. Biz uşaq olanda gedib orada oynayırdıq, su gətirirdik. Novruzu xüsusi təntənə ilə qeyd edirdik. Qonşular bir-birinin evinə qonaq, bayramlaşmağa gedirdi”.

Onun sözlərinə görə, ailədə 12 uşaq  – 7 bacı, 5 qardaş olublar və 1988-ci ilin mart ayında ermənilər gecə kəndə hücum ediblər: “Ermənilər ültimatum göndərirdilər ki, kənddən çıxın, kəndi boşaldın. Amma camaat çıxmaq istəmirdi. Düşünürdük ki, dədəmiz, babamız burada yaşayıb, bura bizim torpaqlarımızdır, köçə bilmərik. Ermənilər kəndə 12 maşınla gəlmişdilər, əllərində silah da var idi. Camaat yolu bağladı, əlbəyaxa dava getdi. Biz erməniləri döydük və bundan sonra kəndimizə onlar mütəmadi təzyiqlərə, hücumlara, bizi təhdid eləməyə başladılar. 1988-ci ilin payız ayı idi. İnsanlar kənddən yavaş-yavaş evini satmağa, dəyişməyə başladı və camaat seyrəldi. Kənddə sülhməramlı qüvvələr gətirmişdilər, amma onlar sadəcə post-patrul xidməti yerinə yetirirdi. Kimsə kimi vurdu, döyüdü, öldürdü ona fikir vermirdilər. Vəziyyət gərginlə.əndə məcbur olaraq biz evimizi Tərtər rayonunun Bəyəmsarov kəndi ilə dəyişdik. Noyabrın axırında kənd tamamilə çıxdı, orada  azərbaycanlı qalmadı”.

Şidli kənd sakini 1915-ci ildə atasıgilin ermənilər tərəfindən kənddən qovduğunu, onların piyada, arabalarla İrana getdiklərini, bir neçə ildən sonra yenidən Şidliyə qayıtdıqlarını, 1988-ci ildə isə ermənilərin kənddə qalan insanlara qarşı soyqırımı törətmək istədiklərini, lakin Naxçıvandan gələn kömək sayəsində cammatın xilas olduğunu bildirib.

1992-ci ilin may ayında könlül olaraq 7 il orduda xidmət etdiyini, Qarabağ müharibəsində yaralandığını vurğulayan X.Həsənova doğma yurda qayıdacaqlarına əminliyini söyləyib: “Qarabağ torpaqlarə, rayonlar azad olduqca, düşünürdüm ki, biz Şidli kəndinə bir adım da yaxınlaşırıq. Ora bizim dədə-baba yurdumuz, qədim topraqlarımızdır. Biz ora qayıtmasaq, torpaq bizi bağışlamaz. Biz necə oranın həsrətini çəkiriksə, o torpaqlar da bizim həsrətimizi çəkir”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş martın 14-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 14.03.2025 22:19
“Atam deyirdi ki, 1915-ci ildə də ermənilər bizi kənddən qovub çıxarmışdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 14.03.2025 13:15
Uşaqlığı erməni “əsirliyində” qalan Xanımzər Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Təhlil / 13.03.2025 22:17
“Vardanyanın müraciətində səsləndirdiyi fikirlər İrəvanı qarışdırdı” - VİDEO
Təhlil / 13.03.2025 13:42
Ermənilər sirləri Bakıda açır – ANONS - VİDEO
Elm və təhsil / 12.03.2025 22:29
“Ərməniyyə, Armeniya, Ermənistan ifadəsi sonralar qədim xəritələrə əlavə edilib” - FOTO - VİDEO
Elm və təhsil / 12.03.2025 13:25
“Ermənilərin yəhudi irsinə iddiası” – ANONS - VİDEO
Siyasi, Sosial / 11.03.2025 22:35
Aralıq Kolanlı, Aralıq Oxçu, Arbat – türk tarixinin izi - FOTO - VİDEO
Müsahibə, Mətbuat / 11.03.2025 18:24
“Vətəninə dönən azərbaycanlılara Ermənistan vətəndaşlıq verəcəkmi?” - VİDEO
Siyasi, Sosial / 11.03.2025 14:30
Adı Qriboyedov qoyulan kənd – ANONS - VİDEO
Müsahibə, Mətbuat / 11.03.2025 13:12
“Avropalılar türklərdən niyə qorxurlar?” – ANONS - VİDEO
Mədəni / 11.03.2025 00:01
Bu gün Yel çərşənbəsidir
Müsahibə / 10.03.2025 22:43
“Məmmədsadıq Aran Türk dünyasının ən böyük şəxsiyyətlərindən biridir” - FOTO - VİDEO
Mədəni, Sosial / 08.03.2025 22:12
“Babək hərəkatı dövründə bu ərazidə vulkan püskürüb” - VİDEO
Mədəni, Sosial / 08.03.2025 14:07
Xızırın gəlib əlini qovuda vurma sirri – ANONS - VİDEO
Gündəm / 08.03.2025 00:02
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Siyasi, Sosial / 07.03.2025 22:47
“Paşa babamla Usub kişi bir ov gülləsi ilə hayları geri oturdublar” - FOTO - VİDEO
Siyasi, Sosial / 07.03.2025 13:33
“Ermənilər işıqları kəsirdilər” – Əlisəfa Şəbəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 06.03.2025 22:12
Paşinyanın “real Ermənistan” planı praktiki mərhələyə keçir - FOTO - VİDEO
Təhlil / 06.03.2025 16:28
Dönən çarx – Zəngəzur yolu və İğdır-Naxçıvan xətti – TƏHLİL
Siyasi, Təhlil / 06.03.2025 14:11
İrəvan 100 illik plandan imtina edir – ANONS - VİDEO
Müsahibə / 06.03.2025 10:48
Ülviyyə Qarayeva: “Plagiat layihələrin sayı əhəmiyyətli dərəcədə azalıb”
Elm və təhsil / 05.03.2025 22:49
“1459-cu il xəritəsində Qafqazdakı yer adları Azərbaycan dilində verilib” - VİDEO
Elm və təhsil / 05.03.2025 13:44
Erməni tarixini keşişlər yazıb – ANONS - VİDEO
Siyasi, Təhlil / 05.03.2025 12:10
Ukraynanı daha çətin günlər gözləyirmi? – TƏHLİL - FOTO - VİDEO
Siyasi, Sosial / 04.03.2025 22:17
Arazdəyən, Aralıq, Aralıq Qoyun – türk tarixinin izi - FOTO - VİDEO
Hərbi, Müsahibə / 04.03.2025 19:01
“Məğlubedilməz Ermənistan ordusu mifi hələ 2016-cı ilin aprelində dağılıb” - VİDEO