İqtisadi 19.06.2019 16:07

“CANSO 2020: BAKU”-nın rəsmi təqdimatı keçirildi - FOTO - VİDEO

“Azəraeronaviqasiya” HHİ-nin direktoru Fərxan Quliyevin rəhbərlik etdiyi “Azərbaycan Hava Yolları”nın nümayəndə heyəti Cenevrədə CANSO-nun (Mülki Aviasiya Aeronaviqasiya Xidməti Təşkilatı) Ümumdünya Aeronaviqasiya Sammitində və 23-cü illik toplantısında iştirak edib.

Rakus.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, CANSO-nun Qlobal Sammitində aviasiya sənayesinin dünyanın müxtəlif ölkələrindən 300-dən çox rəhbəri, həmçinin Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA), Hava Limanlarının Beynəlxalq Şurası (ACI), Mülki Aviasiya Aeronaviqasiya Xidməti Təşkilatı (CANSO), Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) və ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) kimi beynəlxalq təşkilatların liderləri iştirak ediblər.

Tədbiri Cenevrə Respublikası və Kantonunun Dövlət Şurasının vitse-prezidenti Serj Dal Busko (Serge Dal Busco) açıb. Proqram çərçivəsində “Aviasiyada düşünülmüş liderlik” mövzusu üzrə əsas məruzəçilər Beynəlxalq Hava Nəqliyyati Assosiasiyasının (İATA) Baş Direktoru Aleksandr de Jyunyak (Alexandre de Juniac) və Hava Limanlarının Beynəlxalq Şurası (ACI) Baş Direktoru Angela Qittens (Angela Gittens) çıxış etmişdirlər. Daha sonra İATA-ya üzv aviaşirkətlərin, ACI-ya üzv aeroportların və CANSO aeronaviqasiya təminatı provayderlərinin qrup müzakirələri keçirilib.

AZAL tərəfindən Azərbaycanın mülki aviasiya sahəsində nailiyyətləri barədə videoçarxın təqdimatı keçirilib:

Tədbirdə “CANSO-2020”-nin 2020-ci il iyunun 8-dən 12-dək Bakıda keçiriləcəyi rəsmən bəyan edilib.

CANSO-nun yeni təyin olunmuş Baş Direktoru Saymon Hokard (Simon Hocquard) bildirib:

“Biz CANSO Qlobal Sammiti və 24-cü illik toplantısı üzrə AZAL-ın komandası ilə birgə işləməyi səbirsizliklə gözləyirik. Azərbaycan qlobal və regional hava nəqliyyatında əsas rol oynayır və dünyanın bir çox ölkələri və təşkilatları ilə möhkəm əlaqələrə malikdir. Beləliklə, bu bizim növbəti flaqman tədbirimiz üçün mükəmməl mühit olacaq. Hava hərəkətinin idarə edilməsi sahəsində ən son yeniliklərlə tanış olmaq üçün hamınızı 2020-ci ildə orada qarşılamağa səbirsizlənirəm”.

Xatırladaq ki, CANSO AGM-2020-nin keçirilməsi üçün Bakının namizədliyi Banqkokda İcraiyyə komitəsinin (FAA (ABŞ), Kanada, Almaniya, Çexiya, Argentinanın aeronaviqasiya sistemləri, Sinqapur, Tanzaniya, Böyük Britaniya və Səudiyyə Ərəbistanının mülki aviasiya administrasiyalarının rəhbərlərindən ibarətdir) iclasında yekdilliklə seçilib.

CANSO-nun 24-cü sammitinin Bakıda keçirilməsi haqqında sazişi 2018-ci ilin sentyabrında AZAL Prezidenti Cahangir Əsgərov və CANSO-nun sabiq Baş Direktoru Cef Pul imzalayıb.

“Global ATM Summit” illik sammiti mülki aviasiya sahəsində ən mötəbər tədbirlərdən biridir. Sammitdə dünyanın 100-dən çox ölkəsindən 250-dən çox iştirakçı iştirak edir. Bu tədbir miqyasına görə tez-tez aviasiya sahəsində olimpiada ilə müqayisə edilir.

Azərbaycanın mülki aviasiya tarixində bu cür böyük və əhəmiyyətli sammit Bakıda ilk dəfə olaraq keçiriləcək. CANSO-nun böyük əhəmiyyətli beynəlxalq sammitin keçirilməsini Bakıya etibar etməsi qərarı Azərbaycan Prezidenti İlham Əliyevin mülki aviasiyaya göstərdiyi daimi diqqət və qayğısının, eyni zamanda bu sahədə əldə olunan uğurların əyani göstəricisidir.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO