Maraqlı 06.12.2023 20:07

“Ağ genosid” siyasətinin qurbanı, əhalisi zorla çıxarılan məkan - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə zaman-zaman erməni hiyləgərliyinin qurbanına çevrilən, əhalisinin milli tərkibi və kəndlərinin adı dəyişdirilən Basarkeçər rayonu haqqında süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Ağ genosid” siyasətinin qurbanı, əhalisi zorla çıxarılan məkan” adlı süjetdə iki əsrə yaxındır Azərbaycana qarşı torpaq iddiasından əl çəkməyən, türk dünyasını soyqırımı törətməkdə suçlamağa çalışan ermənilərin daim tarixi saxtalaşdırmaq metodunu seçib, silah və terror gücü ilə “dənizdən-dənizə” cəfəngiyatının baş tutması üçün ilk növbədə əhalinin tərkibini dəyişdirməyi həmişə ön plana çəkdiyi vurğulanır.

Bildirilir ki, Göyçə gölünün yaxınlığında yerləşən qədim yaşayış məskənində türk tayfaları eramızın 460-cı illərində məskunlaşıblar. Rayonun ərazisi bizim eranın  əvvəllərindən XIX əsrin əvvəllərinə kimi Alban dövlətinin,  sonralar ərəblərin, səlcuqların, qaraqoyunluların, ağqoyunluların, səfəvilərin, əfşarların, qacarların,  XVIII əsrin ortalarından 1828-ci ilədək İrəvan xanlığının, 1828-ci ildən sonra çar Rusiyasının, 1918-1920-ci illərdə bir hissəsi Azərbaycan Demokratik Respublikasının, bir hissəsi isə daşnakların hakimiyyəti altında olub. 1930-1937-ci illərdə yeni inzibati-ərazi islahatı zamanı Yeni Bəyazid qəzası 5 rayona  bölünüb. Bu rayonlardan biri də azərbaycanlıların daha çox məskunlaşdığı Basarkeçər olub və Ermənistanın Çəmbərək, yəni indiki Krasnoselo, Aşağı Qaranlıq, yəni indiki Martuni, eləcə də Azərbaycanın Kəlbəcər və Gədəbəy rayonları ilə həmsərhəd ərazidə yerləşib.

Qeyd olunur ki, Göyçə mahalı ərazisində ən böyük rayon olan Basarkeçər 1930-cu il sentyabrın 9-da yaradılıb: “1969-cu il iyunun 11-dək Basarkeçər, həmin tarixdən sonra isə Vardenis rayonu adlandırılıb. Ərazisi  1151 kvadrat kilometr,  əhalisi isə 70 mindən çox olub. Tarix boyu azərbaycanlıların yaşadığı bu torpaqlara  ermənilər XIX əsrin birinci rübündə, yəni çar Rusiyasının Cənubi Qafqazı işğal edəndən sonra  gəlib. 1828-1830-cu illərdə Çar Rusiyası Zaqafqaziyaya İrandan 40 min, Türkiyədən 84 min erməni köçürüb. Bunun nəticəsində 1873-cü ildə Basarkeçərdə 3145 erməni peyda olub və tədricən azərbaycanlıların sıxışdırılmasına başlanılıb. Haylar 1918-1920-ci illərdə daim oğuz-türklərinə qarşı  vəhşiliklər törədib, Basarkeçər rayonu ərazisinə hücum edib dinc əhalini  amansızlıqla qətlə yetirib,  22 kəndii darmadağın edib, 8 kəndi yandırıblar. Nəticədə çox sayda azərbaycanlı yurdlarını tərk etməyə məcbur olub.

Diqqətə çatdırılır ki, 1931-ci ildə çar hökumətinin siyasətindən 100 il sonra Basarkeçərdə 12 662 erməni, 17 306 azərbaycanlı olub. 1948-1953-cü illərdə Basarkeçərdən azərbaycanlılar xaricdən köçürülən erməniləri Ermənistanda yerləşdirmək bəhanəsi ilə  Azərbaycanın müxtəlif bölgələrinə köçürülüb.

Nəhayət “ağ genosid” siyasəti 1988-ci ilin oktyabrında da davam edib, Basarkeçərdən azərbaycanlılar zorla çıxarılıb və Azərbaycanın 31 bölgəsinə səpələnib. İndi burada təkcə ermənilər yaşayır. Rayonda mövcud olan kəndlərin hamısının adı bir neçə dəfə saxtalaşdırılıb. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin müxtəlif dövrlərdə fərmanları ilə Basarkeçər rayonu üzrə 50-dən çox tarixi yer adları dəyişdirilib.

Deyilir ki, Basarkeçər adının Vardenisə çevrilməsi  növbəti erməni saxtakarlığıdır: “Lakin artıq hayların sonu olmayan bu hiyləgər siyasəti fiaskoya uğramaqdadır. Təbii ki, türklərə məxsus adları dəyişdirməklə  ermənilər əzəli Azərbaycan torpağı olan Basdarkeçərdə əbədi məskən sala bilməyəcəklər. Çünki bu yurddan Miskin Abdalın və dədə Ələsgərin sazının səsi, xoş avazı gəlir.

Süjet Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il avqustun 17-də Kəlbəcər və Laçına səfəri zamanı dediyi sözlərlə yekunlaşır: “Bu yol birbaşa Basarkeçər rayonuna gedir. Basarkeçər rayonuna Ermənistanda “Vardenis rayonu” deyilir. Ancaq bu rayonun, o bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır və Basaekeçər rayonu 1930-cu ildə Ermənistan ərazisində yaradılmışdır. Orada yaşayanların mütləq əksəriyyəti azıərbaycanlılar olmuşdur. O cümlədən Zod kəndinin sakinləri də azərbaycanlılar idi. Deportasiyaya məruz qalmışlar.

Xahiş edirəm ki, Azərbaycanda bu bölgə ilə reportajlar hazırlayan və ümumiyyətlə, bizim ümumi leksikonumuzda “Vardenis” yox, Basarkeçər adı bərpa edilməlidir və bütün digər indiki Ermənistan ərazisində yerləşən qədim Azərbaycan yaşayış məntəqələri də öz əsl adları ilə çağrılmalıdır”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında dekabrın 6-da saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Maraqlı, Siyasi, Sosial / 06.12.2023 20:07
“Ağ genosid” siyasətinin qurbanı, əhalisi zorla çıxarılan məkan - FOTO - VİDEO
Siyasi / 06.12.2023 12:16
Çar Rusiyasının Basarkeçər planı – ANONS - VİDEO
Dünya, İqtisadi / 05.12.2023 20:13
“Ermənilər: “Rusiya Ermənistandan qisas alır” - FOTO - VİDEO
Müsahibə, Video müsahibə / 05.12.2023 18:59
“Karen Dəmirçyan azərbaycanlılarla bağlı həqiqəti dediyi üçün güllələnib” – MÜSAHİBƏ - FOTO - VİDEO
Dünya, Siyasi / 05.12.2023 14:24
Ermənilər yeni “qucaq” axtarır” – ANONS - VİDEO
Siyasi, Sosial / 05.12.2023 13:18
“Ağıllı ermənilər Göyçə və Zəngəzur kəndlərini tərk edirlər” – ANONS - FOTO - VİDEO
Müsahibə, Video müsahibə / 04.12.2023 20:09
“Daşnaklardan müdafiə olunmaq üçün miili hökumətdən yardım istənilib”- MÜSAHİBƏ - FOTO - VİDEO
Hadisə, Maraqlı / 03.12.2023 19:55
İrəvanı tərk edən və ölümlə hədələnən sonuncu Qərbi Azərbaycan türkü - FOTO - VİDEO
Mədəni, Sosial / 02.12.2023 23:48
“Yolumuz Qərbi Azərbaycandır” adlı tədbir keçirilib - FOTO
Mədəni / 02.12.2023 21:07
Göyçənin 1905-ci ildə yandırılan kəndi - FOTO - VİDEO
Gündəm, Mədəni / 01.12.2023 20:00
“1987-ci ildə məni ermənilər İrəvanda öz evimizə qeydiyyata salmadılar”
Gündəm, Maraqlı / 01.12.2023 13:32
“Qışda hokkey oynamaq üçün İrəvanda küçələri sulayardıq” – Tamerlan Əliyevin həyat hekayəsi – ANONS - VİDEO
Mətbuat / 01.12.2023 12:50
“Medianews.az” saytına yeni baş redaktor təyin edilib
Dünya / 30.11.2023 20:33
Qərbi Azərbaycana qayıdış qaçılmazdır – Ermənistanın iddiaları alt-üst oldu - FOTO - VİDEO
Siyasi, Təhlil / 30.11.2023 14:24
Ermənilərin “qaçqınlıq nağılı” – ANONS - VİDEO
Siyasi, Sosial / 29.11.2023 19:46
Ermənilərin Baranada saxtalaşdırma əməliyyatı - FOTO - VİDEO
Siyasi, Sosial / 29.11.2023 13:35
Barana niyə Noyemberyan və Tavuş oldu? – ANONS - VİDEO
Gündəm, Siyasi / 29.11.2023 11:45
Ermənistan UNESCO-nun müvafiq missiyasını qəbul etməlidir – BƏYANAT
Siyasi, Sosial / 29.11.2023 00:34
Ardanış kənd icmasına sədr seçilib - FOTO
Gündəm, Siyasi / 28.11.2023 20:00
Erməni ziyalısı: “Tüpürüm Ermənistana, bu reallığa, hər şeyə!” - FOTO - VİDEO
Müsahibə, Video müsahibə / 28.11.2023 19:14
“Qarabağ klanı erməni cəmiyyətində revanşizm toxumu səpir” – MÜSAHİBƏ - FOTO - VİDEO
Dünya, Təhlil / 28.11.2023 15:31
Konqresin yanlış mövqeyinin etirafı – Vaşinqtondan Bakıya telefon zəngi – TƏHLİL
Siyasi / 28.11.2023 14:26
Zəngəzur boyunca kəndlər boşaldılır – ANONS - VİDEO
Müsahibə / 28.11.2023 13:01
“Praqmatik ermənilər Azərbaycanla sülh yaratmağa çağırırlar” – ANONS - VİDEO
Müsahibə, Mətbuat / 27.11.2023 20:02
“Deportasiya olunan azərbaycanlıların Qarabağda məskunlaşmasına icazə vermədilər” – MÜSAHİBƏ - FOTO - VİDEO
Təhlil / 27.11.2023 16:25
Ermənistan Rusiya ilə müharibəyə hazırlaşır? – TƏHLİL