Hərbi 05.10.2023 12:10

Çar Rusiyasının ilhaq etdiyi Şəmşəddil mahalı - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Çar Rusiyasının Cənubi Qafqazla bağlı işğalçılıq planlarını reallaşdırmaq üçün ilhaq etdiyi Şəmşəddil mahalı və sultanlığı haqqında süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Erməni və rusların Cənubi Qafqazla bağlı işğalçılıq planı” adlı süjetdə xalqımızın tarixinin ən önəmli səhifələrindən olan Qərbi Azərbaycanın etnoqrafiyasının dərindən öyrənilməsi və təbliği günün tələbi olduğu vurğulanır.

Bildirilir ki, Gəncə xanlığının mahallarından biri olan Şəmşəddil Yelizavetpol – Gəncə quberniyasının Qazax qəzasında 1747-ci ildə yaranıb. Bir çox mənbələrdə Şəmsəddil adı 1587-ci ildən məlumdur və I Şah İsmayılın dövründən Zülqədər tayfasının qollarından olan Şəmsəddinlu elinin adını əks etdirir. Bu el hələ 1515-ci ildə Şəmşədil, indiki Tavuş mərzliyi ərazisində məskunlaşıb.

Qeyd olunur ki, XVIII əsrin sonlarında mahalın ərazisi Qazax ilə birləşdirilərək Qazax-Şəmşəddil sultanlığı adlandırılıb: “Rusiya imperiyası 1801-ci ildə Gürcüstanla birlikdə tarixi Azərbaycan torpaqları, əsrlər boyu yalnız türklərin yaşadığı Qazax, Borçalı və Şəmşəddil sultanlıqlarını ilhaq edib. Çarizmin vergi  siyasətnə qarşı 1844-1845-ci illərdə  Şəmşəddildə kəndlilərin etirazları rus qoşunları tərəfindən amansızlıqla yatırılıb.

Ermənistanda 1920-ci il noyabrın 29-da sovet hökuməti qurulduqdan sonra Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir rayonları, Ermənistana verilmiş torpaqlarda isə Karvansara, yəni indiki İcevan, Çəmbərək – indikii Krasnoselo, Şəmşəddil – indiki Tavuş mərzliyi və Dilican rayonları yaradılıb”.

Süjetdə diqqətə çatdırılır ki, Qərbi Azərbaycanın tarixi mahallarının saxtalaşdırılması, oğuz türklərinin izinin itirilməsi, tarixi abidələrin dağıdılması xain və məkrli siyasətdən, Çar Rusiyası və onun Cənubi Qafqazda Azərbaycan torpaqları üzərində yaratdığı süni Ermənistan adlı dövlətdən qaynaqlanıb: “Onlar 2 əsrdir qəhrəman oğuz-türklərinin gözünü qorxutmağa çalışıblar. Amma türkün qüdrəti qorxaqlığında deyil, onun mərdliyindədir. Mərdin qarşısında isə bütün yollar həmişə açıqdır. Əminik ki, 35 ildir Vətən həsrəti, doğma yurd yerini itirmək əzabı ilə ömür sürən Qərbi azərbaycanlılar geriqayıdış hüquqlarından istifadə edib öz doğma ocaqlarının qapısını açacaqlar”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında oktyabrın 4-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi / 05.10.2023 12:24
Antiterror tədbirləri – Qərbi Azərbaycana təhlükəsiz qayıdış – ANONS
Hərbi / 05.10.2023 12:10
Çar Rusiyasının ilhaq etdiyi Şəmşəddil mahalı - FOTO - VİDEO
Siyasi / 04.10.2023 15:24
Həbs edilən araiklər – separatçı “Qarabağ klanı”nı gözləyən cəza – TƏHLİL - FOTO
Mədəni / 04.10.2023 14:06
Türk düşüncəsi elmi və bədii müstəvidə - FOTO
Hadisə, Sosial / 04.10.2023 13:35
Şəmşəddil mahalı – çarın törətdiyi amansızlıqlar – ANONS
Sosial / 03.10.2023 19:52
Ermənilərin etnik təmizləmə əməllərinin etirafı - FOTO - VİDEO
Təhlil / 03.10.2023 15:23
BMT-də baş tutmayan erməni yalanı – TƏHLİL
Müsahibə, Video müsahibə / 02.10.2023 20:00
“Sülh müqaviləsindən sonra Qərbi Azərbaycana qayıdış mütləqdir” - VİDEO
Sosial / 30.09.2023 20:00
Cildən gətirilən “qara daş”ın möcüzəsi
Hadisə, Maraqlı, Sosial, Təhlil, Video müsahibə / 29.09.2023 19:48
“Ermənilərdən qorumaq üçün qızımla oğlumu kartofun arasında gizlətdim”
Sosial / 29.09.2023 13:31
“Ermənilər dedilər ki, çıxın, sizi burada məhv edəcəyik” – ANONS
Video müsahibə / 29.09.2023 00:37
Sovet vaxtı azərbaycanlıların soyqırımını əks etdirən 36 cild toplanıb - FOTO - VİDEO
Dünya, Siyasi / 28.09.2023 19:40
Ermənistan Qərbi Azərbaycanı ərazi olaraq tanıyacaq - FOTO - VİDEO
Siyasi / 28.09.2023 12:01
Tatoyan Qərbi Azərbaycan haqqında faktları niyə danır? – ANONS - VİDEO
Siyasi, Sosial / 27.09.2023 19:40
Ruslar Seyidli-Axsaxlı mahalını niyə ləğv edib? - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 27.09.2023 13:23
İki türk tayfasının adını daşıyan mahal – ANONS
Gündəm, Hərbi / 27.09.2023 12:15
Anım günü ilə bağlı ikinci Şəhidlər xiyabanı ziyarət olunur - FOTO
Gündəm, Hərbi / 27.09.2023 12:01
Vətən müharibəsi şəhidlərinin xatirəsi sükutla yad edilib
Hərbi / 27.09.2023 11:13
Şəhid olmuş hərbi qulluqçularımızın SİYAHISI
Gündəm, Hərbi / 27.09.2023 00:02
Bu gün Vətən müharibəsinin başlamasından 3 il ötür
Siyasi, Sosial / 26.09.2023 19:59
Erməni qızlarından etiraf: “Azərbaycana qarşı haqsızlıq edilib” - FOTO - VİDEO
Siyasi, Sosial / 26.09.2023 14:11
Erməni qızlardan Azərbaycan etirafı – ANONS - VİDEO
Müsahibə / 25.09.2023 20:36
“Ermənilər xristian türklərin abidələrini mənimsəyiblər” - FOTO - VİDEO
Sosial / 24.09.2023 19:41
Paytaxtımızda niyə Qərbi Azərbaycana aid küçə yoxdur? - FOTO - VİDEO
Sosial / 23.09.2023 20:03
Dərələyəzdəki abidəni ermənilər niyə bərpa etmədi? - FOTO - VİDEO
Maraqlı, Sosial, Video müsahibə / 22.09.2023 20:00
“Anam rəhmətə gedəndə kənddən məcbur çıxarıldıq” - VİDEO