Maraqlı 09.08.2023 19:42

Çar Rusiyasının Şörəyel sultanlığında erməniləşdirmə planı - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində Əsgər İbrahimovun müəllifliyi ilə XX əsrin sonlarına qədər əhalisinin əsas hissəsini azərbaycanlıların təşkil etdiyi tarixi Azərbaycan ərazilərindən biri – Şörəyel mahalı və sultanlığı haqqında süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Çar Rusiyasının işğal etdiyi Şörəyel mahalı” adlı süjetdə qədim dövrlərdən türk torpaqları olan Qərbi Azərbaycanın çox zəngin tarixi, burada yaşayan əhalinin isə dərin kökü, irsi olduğu, mənfur ermənilərin isə tarixi daim saxtalaşdırmaqla özlərinə süni məkan yaratdıqları vurğulanır.

Bildirilir ki, İrəvan xanlığının tərkibinə daxil olan, bu gün isə ermənilərin inzibati-ərazi bölgüsündə 10 mərzindən, əyalətindən biri kimi “Şirak” adlandırdığı Şörəyel mahalında ermənilərə aid heç bir tarixi irs yoxdur: “İrəvan xanlığının şimal-qərbində, Alagöz, yəni Ələyəz dağının ətəyində yerləşirən Şörəyel sultanlığı Əfşar imperiyasının dağılması dövründə meydana çıxıb. Bu sultanlıq şimaldan Kartli-Kaxetiya çarlığı, cənubdan Talın və Seyidli-Ağsaqqallı mahalları, şərqdən isə Pəmbək əyaləti və Abaran mahallarını ayıran dağlarla əhatə olunub. Son hökmdarı Budaq Sultan, mərkəzi isə Ərtik olan Şörəyelin əhalisi Azərbaycan türklərindən ibarət mahalda 109 kənd mövcud olub. 1804-cü ildə rus qoşunlarının bu ərazini işğal etməsindən sonra yerli müsəlman-türk əhalisinin başqa yerlərə böyük köçü başlayıb”.

Qeyd olunur ki, Şörəyelin əsasən Qarapapaqlardan ibarət olan əhalisi rus işğalından sonra 1806-1812-ci illərdə baş vermiş Rus-Osmanlı müharibəsi zamanı bölgəni tərk edirlər. Onların bir hissəsi İrəvan xanlığı ərazisinə, bir hissəsi isə Qars paşalığı ərazisinə köçürlər. Şörəyel bölgəsində onlarla kəndə Türkiyədən köçürülən ermənilər yerləşdirilirlər. Bundan sonra Şörəyeldə qədim türk adlı kəndlər də erməniləşdirimləyə başlayır.

Süjetdə 1829-cu ilə, yəni Rusiya-Osmanlı müharibəsindən sonra  Şörəyel-Pəmbək distansiyasına köçürülən ermənilərin statistikası verilir,  Çar Rusiyasının Şörəyel mahalını amansızlıqla işğal etməsinin məqsəd və istəyinin Azərbaycan türklərinə qarşı soyqırımlar, qətliamlar törədərək Şörəyel sultanlığını məhv etmək, yerli əhalini didərgin salıb oranı erməniləşdirmək olduğu bildirilir.

Sonda diqqətə çatdırılır ki, əhalisi bütünlüklə Azərbaycan türklərindən ibarət olan mahalın yer-yurd adları dəyişdirilən, dəfələrlə deportasiyaya məruz qalan sakinləri isə 1988-ci ildə doğma yurdlarından didərgin salındılar: “XX əsrin əvvəllərində və sonlarında gəlmə ermənilər, daşnaklar soydaşlarımıza qarşı tükürpədici cinayətlər törətdilər və onların deportasiyasını gerçəkləşdirdilər. Bu gün Şörəyeldə və başqa ellərimizdə bir nəfər də olsun Azərbaycan türkü yoxdur. Amma inanırıq ki, biz yenidən öz tarixi torpaqlarımıza qayıdacaq, Qərbi Azərbaycanın əzəli və əbədi sakinləri olacağıq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında avqustun 9-da saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO