Gündəm 27.12.2023 19:55

Anadoludan köçürülən ermənilər Çəmbərəyə necə yerləşdirilib? - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsg İbrahimovun müəllifliyi ilə XIX əsrin ikinci yarısından başlayaraq əhalisi mənəvi işgəncələrə məruz qalan, hər tərəfdən oğuz yurdu ilə əhatə olunan Çəmbərək rayonu haqqında süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Çəmbərəkdə erməni təcavüzünün acı mənzərəsi” adlı süjetdə oğuz türklərinin qədim yaşayış məskəni olan indiki Ermənistan ərazisinə ermənilərin 1828-ci ildə kütləvi surətdə köçürülməsindən, bundan sonra ruslara arxalanaraq ərazinin köklü sakinləri olan azərbaycanlıları sıxışdırmasından bəhs edilir.

Bildirilir ki, Qərbi Azərbaycanda Göyçə mahalı və Qaraqoyunlu dərəsi ərazisində inzibati rayon olan Çəmbərək Ağstafaçay çayının qolu olan Getik çayının yuxarı hissəsində yerləşir. Toponimi Azərbaycan dilində şam ağacın adını bildirən “çam” sözü ilə “baraq” türk etnonimindən əmələ gəlib. Əsası 1830-cu ildə qoyulan rayonun sahəsi ilk dövrlərdə 6 kvadrat kilometr olub. Çəmbərək rayonu ərazisində malakanlar XVIII əsrin əvvəllərinə Çar Rusiyası tərəfindən köçürülüblər və 1835-1840-cı illərdə rayon Mixailovka adlanıb. Sovet dövründə isə Krasnoselo adlandırılıb. 1918-1919-cu illərədə bu ərazilər ermənilərin hücumlarına məruz qalıb, burada yaşayan azərbaycanlılar doğma yurdlarından qovulub, Ermənistanda sovet hakimiyyəti qurulandan sonra onların bir qismi geri qayıdıb.

Qeyd olunur ki, Çəmbərək rayonu Gəncə/Yelizavetpol quberniyasının Qazax qəzasının Çəmbərək nahiyyəsi kimi 1920-ci iln sonunadək Azərbaycanın tərkibində olub: “Bura ermənilər İrəvan xanlığı Çar Rusiyası tərəfindən işğal edildikdən sonra Anadoludan köçürülüb. Çəmbərək rayonunun Azərbaycandan qoparılması Ermənistanda SSR-nin qurulması ilə bağlıdır. Belə ki, XI rus ordusu Qərbi Azərbaycanda Ermənistan SSR qurduqdan sonra 1920-ci ildə Göyçə və Qaraqoyunlu, yəni 6 min kvadratkilometrlik ərazi Azərbaycandan alınaraq Ermənistan SSR-yə verilib. Bu ərazi bölgədə sovet hakimiyyəti qurulana qədər Çəmbərək adlanıb. Krasnoselo rayonu isə 1937-ci il dekabrın 31-də yaradılıb”.

Vurğulanır ki, 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistan rəhbərliyi tərəfindən rəsmi deportasiya başlayıb, ermənilərin növbəti saxtalaşdırma planları daha da asanlaşıb, müxtəlif qərarlarla rayon üzrə 20-dən çox yer adları dəyişdirilib. Nəhayət, 1995-ci il aprelin 11-də Çəmbərək rayonu ləğv edilərək Geqarkünik mərzliyinin tərkibinə daxil edilib.

Sonda diqqətə çatdırılır ki, adı və ərazisi “özəlləşdirilmiş” bu oğuz yurdlarının əsl sahibləri  ermənilərin çirkli fəaliyyətinin arxasında gizlənən etnosiyasi məqsədlərin ifşasına nail olacaq və dədə-baba yurdlarında yenidən məskən salacaqlar.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında dekabrın 27-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Gündəm, Siyasi / 27.12.2023 19:55
Anadoludan köçürülən ermənilər Çəmbərəyə necə yerləşdirilib? - FOTO - VİDEO
Maraqlı, Siyasi / 27.12.2023 13:27
Çəmbərəyin Azərbaycandan qoparılma müəmması – ANONS - VİDEO
Dünya, Təhlil / 27.12.2023 10:32
Qərbin Serbiyada “rəngli inqilab” ssenarisi – TƏHLİL
Siyasi / 26.12.2023 21:07
“Basarkeçərdə erməni vandalizmi” - FOTO - VİDEO
Müsahibə, Mədəni, Video müsahibə / 26.12.2023 19:19
“Ermənilər ictimai şüurunu dəyişməyincə onlar üçün yaxşı heç nə olmayacaq” – MÜSAHİBƏ - VİDEO
Elm və təhsil, Maraqlı / 26.12.2023 14:01
Antropoloq Yeviya Hovanesyanın etirafı – ANONS
Müsahibə, Video müsahibə / 26.12.2023 12:29
“Sayat Nova Azərbaycan dilində daha çox şeir yazıb” – ANONS - VİDEO
Mədəni / 26.12.2023 12:01
Növrəs İman möcüzəsi – 120 illik yubiley mənzərəsi - FOTO
Müsahibə, Video müsahibə / 25.12.2023 21:16
“Erməni qonşumuz Heydər Əliyevin şəklini evimizdən oğurlamışdı”- MÜSAHİBƏ
Elm və təhsil, Mədəni / 25.12.2023 17:23
“Nakam Aşiq” kitabı çapdan çıxıb
Sosial / 25.12.2023 16:59
Əmirxeyir kənd icmasının təsis iclası olub - FOTO
Siyasi, Sosial / 24.12.2023 16:05
Qayabaşı kənd icmasının ilk iclası keçirilib
Hadisə, Mətbuat / 23.12.2023 21:04
Zəngəzurda azərbaycanlıların ən geniş məskunlaşdığı Qafan rayonu - FOTO - VİDEO
Elm və təhsil, İdman / 23.12.2023 10:00
Möhtəşəm bir gün – Xalqın Xankəndi sevgisi
Elm və təhsil, Gündəm, Video müsahibə / 22.12.2023 21:30
“Ləmbəlidən gətirilən torpağı hələ də evimdə saxlamışam” - FOTO - VİDEO
Dünya, Təhlil / 22.12.2023 16:37
İrəvan-Tehran dostluğu – Acın canı yalançının əlindədir – TƏHLİL
Maraqlı, Sosial / 22.12.2023 13:02
“Ermənilər dedilər ki, çıxıb getməlisiniz” – Ceyran Ənsərin “Həyat Hekayəsi – ANONS - VİDEO
Siyasi / 21.12.2023 21:19
İrəvan, Zəngəzur və Göyçə danışıqlar masasına çıxarılır - FOTO - VİDEO
Təhlil / 21.12.2023 16:41
“exitMDB”yə ismarış – KTMT-dən uzaqlaşan Ermənistan“ – TƏHLİL
Dünya, Siyasi, Təhlil / 21.12.2023 13:36
Paşinyanın xəritə oyunu – Qərbi Azərbaycan Xronikası – ANONS - FOTO - VİDEO
Maraqlı, Siyasi / 20.12.2023 20:55
Cəlaloğlunun Stepanavan adlandırılmasının sirri - FOTO - VİDEO
Siyasi / 20.12.2023 13:14
Əli Hüseynli: “Seçkiləri boykot etmək siyasi mədəniyyətsizlikdir”
Siyasi, Sosial / 20.12.2023 12:54
Cəlaloğlu niyə Stepanavan oldu? – ANONS - VİDEO
Siyasi / 20.12.2023 10:30
İrəvanın növbəti riyakarlığı – QAİ bəyanat yaydı
Elm və təhsil, Sosial / 19.12.2023 22:58
Beş dinin adətlərini yaşadan Kürmük və Baba Hacını nə birləşdirir? - FOTO - VİDEO
Müsahibə, Video müsahibə / 19.12.2023 19:05
“Erməni tarixçiləri də Njdenin qanlı hərəkətlərini təsdiq edirlər” – MÜSAHİBƏ - FOTO - VİDEO