İdman 20.10.2024 09:11

Xatirə turnirində kuboku “Göyçə” qazanıb - FOTO - VİDEO

Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə Azərbaycanın Şəhid Jurnalistlərinin xatirəsinə həvəskar komandalardan ibarət 3-cü Ənənəvi Minifutbol Turnirində çempion bəlli olub.

Rakus.az xəbər verir ki, sahəyə üçüncü yer uğrunda mübarizə aparan komandalar çıxıb. Tennis Akademiyasında keçirilən oyunu AFFA-nın hakimləri Elgün Hüseynov və Ramil Namazov idarə ediblər.

İlk olaraq saat 21:00-da “Gənclər 2020” ilə “Turan” komandaları qarşılaşıb. “Turan” görüşü 5:4 hesablı qələbə ilə bitirərək bürünc medalın sahibi olub.

Bakı Tennis Akademiyası

19 oktyabr

Üçüncü yer

saat 21:00 “Turan” – “Gənclər 2020” – 5:4

Qollar: Sənan Xudaverdiyev 3, Rauf Həsənli 1, Elnur İsmayılov 1 – (“Turan”)

Burhan Hətəmli 2, Tural Nağıyev, Emil Qurbanzadə 1 – (“Gənclər 2020”)

Hakimlər: Elgün Hüseynov, Ramil Namazov

Ardından final görüşü baş tutub.

Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik yad olunduqdan və Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra “Ardanış” və “Göyçə” komandaları münasibətlərinə aydınlıq gətiriblər. Görüşdə 1:2 hesablı qələbə qazanan “Göyçə” kubokun sahibi olub.

19 oktyabr

FİNAL

saat 22:00

“Ardanış” – “Göyçə” – 1:2

Qollar: Anar Qasımov 2 – (“Göyçə”)

Emin İmaməliyev 1 (“Ardanış)

Hakimlər: Elgün Hüseynov, Ramil Namazov

Final qarşılaşmasından sonra bağlanış və mükafatlandırma mərasimi təşkil olunub.

Tədbirin təşkilatçısı, Rakus.az saytının təsisçisi, şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı, jurnalist Əsgər İbrahimov yarışın baş tutması və yüksək səviyədə başa çatması üçün göstərdikləri təşəbbüsə və iştiraka görə əməyi olan hər kəsə təşəkkür edib, bütün komandaların yüksək əzmkarlıqla turnirə qoşulduqlarını və əsl idman mübarizəsi apardıqlarını bildirib, tamaşaçıların bu yarışa göstərdikləri marağı yüksək qiymətləndirib.

Milli Məclisin deputatı Rizvan Nəbiyev, Futbol mütəxəssisləri və veteranı Maşallah Əhmədov, Asif Əliyev, beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev, M.Ə.Rəsulzadə qəsəbə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, Göyçə mahalının Nərimanlı Kənd İcmasının sədri, Azərbaycan Tibb Universitetinin müəllimi, həkim Şirazi İbrahimov,  Çaykənd İcmasının sədri Əflatun Abdullayev, Ardanış kənd İcmasının İdarə Heyətinin üzvü, müəllim Sahib Əhmədov,  Futbol məşqçisi Vüqar Hacıyev, AZƏRTAC-ın nümayəndəsi Fuad İsmayılov,  Turnirin Təşkilat Komitəsinin sədri Rasim Həsənov çıxış edərək, turnirin əhəmiyyətindən danışıb, yarışların yüksək səviyyətə keçdiyini bildirib, iştirakçılara təşəkkür edib, qalib komandaları təbrik ediblər.

Sonra mükafatlandırma olub.

Xatirə turnirində qalib komandalar – birinci yeri tutan “Göyçə”, ikinci yerin sahibi “Ardanış”, üçüncü yeri tutan  “Turan” komandalar mükafatlandırılıb. Onlara kubok, medal və xatirə hədiyyələri verilib.

Xatirə turnirinin “ən yaxşı oyunçu”su seçilən Anar Qasımova (“Göyçə”), “ən çox qol vuran” Fərid Əliyevə (“Turan”) “ən yaxşı qapıçı” seçilən Elvin İsmayılova (“Ardanış”) medal və xatirə hədiyyələri verilib.

Sonda xatirə şəkli çəkdirilib.

Bununla da sentyabrın 14-dən oktyabrın 19-dək davam edən şəhid jurnalistlərin xatirəsinə həvəskar komandalardan ibarət Ənənəvi Minifutbol Turniri başa çatıb.

(Bağlanış və mükafatlandırma mərasimi ilə bağlı geniş hesabat növbəti yazıda dərc olunacaq) 

 

 

 

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO