Çempionlar Liqasında 1/4 final mərhələsinə start verildi - FOTO - VİDEO
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.
Rakus.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
Gecənin ən maraqlı görüşü İspaniyada baş tutub. İngiltərənin “Liverpul” komandası ilə üz-üzə gələn “Real Madrid” rəqibini 3:1 hesabı ilə məğlub edib. Qarılaşmada ilk qol 27-ci dəqiqədə vurulub. Vinisius Junior meydan sahiblərini önə çıxarıb. 9 dəqiqə sonra Marko Asensio fərqi 2 topa çatdırıb. İlk hissə bu hesabla başa çatıb. İkinci yarıya daha yaxşı başlayan qonaqlar 51-ci dəqiqədə Məhəmməd Salahın qolu ilə buraxılan toplardan birinin əvəzini çıxıb. Lakin 65-ci dəqiqədə dubl edən Junior mersisaydlıları 3-cü dəfə meydanın mərkəzinə dəvət edib.
Digər oyunda isə “Mançester Siti” İngiltərədə Almaniyanın “Borussiya” (Dortmund) klubuna 2:1 hesabı ilə qalib gəlib. Matçda hesabı 9-cu dəqiqədə “şəhərlilər”in yarımmüdafiəçisi Kevin De Bröyne açıb. Dortmund təmsilçisi bu qola 84-cü dəqiqədə cavab verib. Marko Roys tarazlığı bərpa edib. Xosep Qvardiolanın komandası 90-cı dəqiqədə Fil Fodenin vurduğu qolla çətin qələbə qazanıb.
Bu komandaların cavab oyunları aprelin 14-də olacaq.
Çempionlar Liqası, 1/4 final
İlk oyunlar
23:00. “Real Madrid” – “Liverpul” (İngiltərə) – 3:1
Qollar: Vinisius Junior, 27; 65, Marko Asensio, 36 – Məhəmməd Salah, 51
23:00. “Mançester Siti” – “Borussiya” (Almaniya) – 1:0
Qollar: Kevin De Bröyne, 19 – Marko Roys, 84
Xatırladaq ki, 1/4 finalın digər 2 oyunu bu gün gerçəkləşəcək. Fransa PSJ-si Almaniyada “Bavariya”nı, İngiltərənin “Çelsi” klubu isə İspaniyadakı “Ramon Sançes Pisxuan” stadionunda Portuqaliya “Portu”sunu sınağa çəkəcək.