Futbol üzrə UEFA Çempionlar Liqasında sonuncu yarımfinalçılar bəlli olub.
Rakus.az xəbər verir ki, 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində daha iki görüş baş tutub.
“Liverpul” səfərdə 1:3 hesabıyla uduzduğu “Real”ı bu dəfə doğma meydanda qəbul edib. İngiltərə çempionu mərhələ adlamaq üçün rəqibi üzərində inamlı qələbə qazanmağa borclu idi. Lakin bu qarşılaşmada qapılara qol vurulmayıb və “Real” yarımfinala yüksəlib.
Dortmund “Borussiya”sı da Almaniyada “Mançester Siti” ilə üz-üzə gəlib. İngiltərə Premyer Liqasının liderinə bu görüşdə mərhələ adlamaq üçün heç-heçə də bəs edəcəkdi. Amma qonaqlar bu oyundan da əzmkar qələbə ilə ayrılıblar və növbəti mərhələyə yüksəliblər.
Xatırladaq ki, ilk oyun günündən sonra PSJ (Fransa) və “Çelsi” (İngiltərə) yarımfinala vəsiqəni təmin edib.
UEFA Çempionlar Liqası
1/4 finalın cavab oyunları
14 aprel
“Liverpul” (İngiltərə) – “Real” (İspaniya) 0:0 (1:3)
“Borussiya” (Dortmund, Almanya) – “Mançester Siti” (İngiltərə) – 1:2 (1:2)
Qollar: Bellingem, 15 – Mahrez, 55. Foden, 75.