Cənub Qaz Dəhlizi ilə bağlı tikinti işləri başa çatdı
“Azərbaycan və Gürcüstanda Cənub Qaz Dəhlizi (CQD) ilə bağlı tikinti işləri tam başa çatıb. Türkiyədə layihə ilə bağlı infrastruktur işləri yekunlaşdırılıb”.
Rakus.az xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava deyib.
Onun sözlərinə görə, bu layihə ilə bağlı əhəmiyyətli nailiyyətlər əldə olunub. Cənub Qaz Dəhlizi layihəsi yalnız iştirakçı ölkələr deyil, Avropa İttifaqı ölkələri tərəfindən də beynəlxalq səviyyədə tanınıb.
Nazir qeyd edib ki, TANAP və TAP layihələrinə qədər Gürcüstanın tranzit funksiyası yalnız regional səviyyədə olub. İndi isə Gürcüstan beynəlxalq oyunçu kimi çıxış edir.
“Cənub Qaz Dəhlizinin daha bir uğuru ondadır ki, bu cür beynəlxalq layihələrin həyata keçirilməsi dövlətlərin birgə səylərini daha da artırır”, – Turnava vurğulayıb.