Gündəm 13.05.2019 17:19

Çingiz Abdullayev Kloppa cavab verdi

Tanınmış azərbaycanlı yazıçı Çingiz Abdullayev öz sosial şəbəkə səhifəsində “Liverpul” klubunun çalışdırıcısı Yurgen Kloppun Bakıda keçiriləcək Avropa Liqası finalı ilə bağlı dediklərinə etiraz edib.

Rakus.az xəbər verir ki, Ç.Abdullayev bununla bağlı “Facebook”da status paylaşıb:

“Liverpulun məşqçisi Yurgen Klopp mütləq peşəkardır, dahi mütəxəssisdir. Bu, həqiqətən, belədir. Ancaq onun (finalın keçirilməsi üçün) Bakının seçilməsi ilə bağlı dedikləri mənim heysiyyətimə toxunub. “Görəsən, final matçının keçirilməsi üçün Bakını seçən zaman səhər yeməyinə nə yeyiblər?.

İndi mən Cənab Kloppdan soruşmaq istəyirəm. Mənim ölkəmin ünvanına belə ədəbsiz ifadələr işlədən zaman o, özü səhər yeməyinə nə yemişdi? Alman əsilli Kloppa xatırlatmaq istəyirəm ki, millətçi-sosializm ideologiyasının kökündə elə millətlərin “ariyalılar”a və məhvə mübtəla olan ikinci dərəcəli millətlərə bölünməsi dururdu.

Bütün slavyanlar, yəhudilər və qaraçılar. Yox, əlbəttə ki, o, belə vəhşi bəyanatlarla çıxış etmir. Ancaq dediklərindən digər ölkə və ya xalqa qarşı güclü elementar etinadsızlıq qoxusu gəlir.

İndi isə Britaniya XİN-nin bəyanatı barədə. Böyük Britaniya sivilizasiyanın inkişafına xüsusi töhfə verib. Öz dili, tarixi, ədəbiyyatı, musiqisi və elmi ilə. Mənim bu ölkəyə bəslədiyim hörmət sonsuzdur.

Ancaq turistləri Bakıda gecə saatlarında üzləşə biləcəkləri hücumlarla bağlı xəbərdar etməsi, həddən artıq nəzakətsiz görünür. Mənə son illər xarici vətəndaşların soyulduğu bar və restoranların adlarını çəkin. Heç olmasa bir neçəsini… Yoxsa Bakının Londondan daha təhlükəsiz şəhər olduğunu sübut etməliyik? Londonun, həqiqətən, elə rayonları var ki, ora gecə saatlarında daxil olmaq məsləhət deyil. Ancaq Bakı bu gün MDB məkanının ən təhlükəsiz şəhərlərinəndir.

Son illər ərzində “n” qədər beynəlxalq tədbir keçirmişik, bu tədbirlər dünyanın dörd bucağında yayımlanıb. Haradasa xaricilərlə bağlı insident barədə heç nə eşitməmişəm. Bunun əksini eşitmişəm. Çılğın ingilis azarkeşlərindən ehtiyatlı olmaq lazımdır. Onların bəzilərini artıq Avropa ölkələrinə belə buraxmırlar. Yaxşı deyil, centlmenlər. Ədalətli danışmırsınız.

Mən nə populist vətənpərvər, nə də millətçiyəm. Ancaq kimsə mənim ölkəmi və ya xalqımı nümayişkaranə şəkildə təhqir edəndə, buna lal-dinməz qala bilmirəm”.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO