Çobanyastığının faydasını bilin – MƏSLƏHƏT
Çobanyastığı sakitləşdirici, iltihabəleyhinə olan xüsusiyyətləri ilə məşhurdur.
Mtv.az xəbər verir ki, bu bitki ilə hazırlayacağınız dəmləmələr üzünüzə də təravət, gözəllik bəxş edəcək.
Bir fincan suyu qaynadın. Qaynadılmış suyun içinə 2 x.q çobanyastığını atın. 5-6 dəqiqə sonra süzgəcdən keçirin. Soyuduqdan sonra 1 x.q bal və 1 x.q gülsuyunu əlavə edin. Əldə etdiyiniz qarışığı üzünüzə və boyunuza sürtün. Bu maska dərinizin ağarması və ləkələrdən təmizlənməsi üçün olduqca təsirlidir.
Axşamları yatmadan öncə bir dəstə çobanyastığını çay dəmlər kimi dəmləyərək isti isti için. bu həm rahat yuxunu təmin edəcək həm də həzmi rahatlaşdıracaq.
Çobanyastığı ilə birlikdə qaynatdığınız suyu buz qəlibinə doldurun. Buzluqda dayanan bu qəlibləri hər səhər dairəvi hərəkətlərlə üzünüzdə gəzdirin. Zamanla dərinizin möhkəmləşdiyini və parladığını görəcəksiniz.