Sosial 14.06.2019 18:46

Cocuq Mərcanlıda ilk məzun buraxılışı oldu - FOTO

Bu gün respublikamızın ümumtəhsil müəssisələrində dərs ilinin son günüdür. Bütün orta məktəblərdə “Son zəng” mərasimləri keçirilir. Elə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd tam orta məktəbində də.

Rakus.az xəbər verir ki, AZƏRTAC-ın bölgə müxbiri Cocuq Mərcanlıda “Son zəng” mərasimində iştirak edərək, kənd sakinlərinin, müəllim və məzunların sevincinə şərik çıxıb, onların təəssüratlarını qələmə alıb.

Hələ iki dərs ili əvvəl bu məkanda – düşmən tapdağından azad edilərək yenidən qurulan Cocuq Mərcanlıda 24 ildən sonra ilk məktəb zəngi mərasiminə toplaşmışdıq. O zaman həyatlarının ən xoşbəxt günlərindən birini yaşayan Cocuq Mərcanlı sakinləri sevinc və coşqu ilə illərlə həsrətini çəkdikləri doğma kəndlərində inşa edilən məktəbdə ilk dərs gününü bayram edirdilər. Bu gün isə məktəbin ilk məzunları – ilk qaranquşları dövlətimizin hər cür qayğısı ilə əhatə edilmiş bu təhsil ocağından müstəqil həyata qədəm qoyurlar.

Bayraqlar, əlvan şarlar, çiçəklərlə bəzədilmiş məktəbin həyətində qələbəlikdir. Kənd sakinləri, müəllimlər, şagirdlər, valideynlər, hər kəs deyib-gülür. İnsanların çöhrəsində bir sevinc, həyəcan, iftixar və gələcəyə inam hissi duyulur.

Məktəbin direktoru Zamin Həziyev sevincini bizimlə bölüşərək deyir: “2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyi azad olunduqdan sonra Prezident İlham Əliyevin sərəncamları ilə kəndimiz yenidən quruldu. Kənd sakinləri 24 illik məcburi köçkünlük həyatından sonra ata-baba yurdlarına qayıtdılar. Cocuq Mərcanlı kənd tam orta məktəbi üçün gözəl yaraşıqlı bina tikildi və təhsil ocağı 24 illik fasilədən sonra – 2017-ci ilin sentyabrından doğma kəndimizdə fəaliyyətini davam etdirməyə başladı. Ötən il məktəbimizin 11-ci sinifi olmadığı üçün məzunlarımız da olmayıb. Bu gün isə Cocuq Mərcanlıda ilk məzunlar məktəbdən yola salınır. Məzunlarımızdan ali və orta ixtisas məktəblərinə qəbul olanlar da var. Bu, bizi sevindirir. Arzu edirəm bizim kimi bütün məcburi köçkünlər də bu sevinci yaşasınlar. Hazırda işğal altında olan digər torpaqlarımız azad olunsun, Cocuq Mərcanlıda olduğu kimi, Qarabağımızın bütün yaşayış məntəqələrində gözəl məktəblər tikək, belə “Son zəng” mərasimləri keçirilsin”.

Müəllimlərdən ən çox sevinən, duyğulanan isə 11-cilərin sinif rəhbəri Sitarə Həsənovadır. “Bu gün mən çox sevinirəm, fərəhlənirəm. Ona görə ki, doğma torpağımda, doğma məktəbimizdə ilk məzunlarımızı yola salırıq. Eyni zamanda kədərliyəm, çünki dərs keçdiyim, övladlarım kimi sevdiyim şagirdlərimdən ayrılıram. Mən bir müəllim kimi onlara ən xoş arzularımı bildirir və həyatda uğurlar arzulayıram”, – deyə Sitarə müəllim bildirib.

Cocuq Mərcanlı kənd tam orta məktəbini bu il 6 şagird bitirir. Hamısı duyğuludur. Çünki doğma məktəblərindən ayrılırlar. Ancaq onların hər birinin öz arzusu, öz gələcək planı var. Onlardan biri – Nərmin Quluzadə təhsilini tibb texnikumunda davam etdirmək və tibb bacısı kimi doğma kəndlərində fəaliyyət göstərmək istədiyini deyib.

“Son zəng” mərasimi Dövlət himninin səsləndirilməsi ilə başlanıb. Tədbirdə çıxış edənlər məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıblar. Məzunlar isə onlara göstərilən etimadı layiqincə doğruldacaqlarına söz veriblər.

Mərasimlərdə birinci və on birinci sinif şagirdləri bir-birilərinə gül dəstələri və hədiyyələr təqdim ediblər. Müxtəlif kompozisiyalar, musiqili nömrələri iştirakçılarda xoş və kövrək anlar yaradıb.

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO