Gündəm 14.11.2024 18:18

“COP29 Azərbaycanın indiyədək ev sahibliyi etdiyi ən irimiqyaslı tədbirdir” – Rizvan Nəbiyev

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) müzakirə edilən məsələlərin aktuallığı, əhatəliliyi və qatılan iştirakçıların sayı baxımından BMT sistemi daxilində olduqca mühüm əhəmiyyətə malikdir. Əgər BMT-nin 193 üzv dövləti varsa, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına 198 dövlət qoşulub. Belə qlobal əhəmiyyətli tədbirin 2023-cü ildə beynəlxalq hüquqa uyğun olaraq öz suverenliyini tam bərpa etmiş Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin uğurlu xarici siyasət kursunun təsdiqidir.

Rakus.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev deyib.

O bildirib ki, Azərbaycan COP29 çərçivəsində inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında qlobal iqlim dəyişikliyinin təsirləri ilə bağlı bütün məsələlərin hərtərəfli müzakirəsi və hamının mövqeyinin səsləndirilməsi üçün əla platforma təşkil edib. COP29 Azərbaycanın indiyədək ev sahibliyi etdiyi ən irimiqyaslı tədbirdir və onun təşkili üçün ölkəmiz cəmi 10 ay vaxt sərf edib: “Sessiyanın gündəliyi Azərbaycanın müəyyən etdiyi prioritetlərlə yanaşı, dünya birliyinin COP29-dan gözləntiləri əsasında formalaşdırılıb. Dünya birliyi dedikdə COP29-da müxtəlif səviyyələrdə təmsil olunan 196 ölkə, çoxsaylı beynəlxalq təşkilat və transmilli şirkətləri təmsil edən 72 min iştirakçı nəzərdə tutulur. Onların təxminən yarısı – 80 dövlət Prezident, Vitse-prezident, Baş nazir səviyyəsində qlobal və milli maraqlar arasında balans əldə edilməsi üçün Bakıdadır”.

Sessiyanın əsas hədəfləri barədə danışan deputat bildirib: “COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir. Bu kontekstdə əsas məsələ iqlim dəyişikliyi ilə mübarizə üçün yeni maliyyə hədəfinin müəyyən olunması və iqlim maliyyələşdirilməsi ilə bağlı inkişaf etməkdə olan dövlətlərə ayrılacaq konkret illik məbləğin razılaşdırılmasıdır”.

Deputat qeyd edib ki, COP29-da digər prioritet məsələ Paris Sazişinin 6-cı maddəsinə uyğun olaraq, tənzimlənən karbon bazarlarının formalaşdırılması və tənzimlənməsi ilə bağlı qərarın qəbul edilməsidir: “Bu qərar bir çox dövlətlər, xüsusilə də inkişaf etməkdə olan ölkələr üçün vacibdir. Çünki əgər karbon bazarları həqiqətən də tənzimlənən vahid bazara çevrilə bilsə, bu, inkişaf etməkdə olan ölkələrə iqlim maliyyələşməsi ilə bağlı əlavə maliyyə mənbəyinə çıxış imkanı verəcək. Onlar inkişaf etməkdə olan ölkələrin öz iqlim fəaliyyətlərini maliyyələşdirməsi üçün əlavə gəlir mənbəyi ola bilər. Belə ki, tənzimlənən karbon bazarı imkan verəcək ki, dövlətlərin milli iqlim planları həyata keçirilərkən ildə 250 milyard ABŞ dolları məbləğində vəsaitə qənaət olunsun. 2015-ci ildə Paris Sazişinin imzalandıqdan uzun müddət keçsə də, çoxsaylı müzakirələrə baxmayaraq, onun 6.4-cü maddəsi üzrə hələ də razılıq əldə etmək mümkün olmayıb. Bakı sessiyasının isə ilk günündə il ərzində aparılan fəaliyyətin nəticəsi olaraq bu razılaşma əldə olundu. Bu da ümumilikdə prinsipial xarakter daşıyan 6-cı maddə üzrə razılaşmanın əldə olunmasına ümidləri artırıb”.

Rizvan Cəbiyev COP29 Sədrliyinin iqlim dəyişikliyinə qarşı mübarizəyə yönəlmiş 14 təşəbbüsü arasında Qlobal İqlim Şəffaflığı üzrə Bakı Platformasının (BTP) xüsusi çəkiyə malik olduğunu diqqətə çatdırıb. O, cari il sentyabrın 3-də istifadəyə verilən bu platformanın Azərbaycanın COP29 Sədrliyi çərçivəsindəki çox önəmli təşəbbüslərindən biri olduğunu vurğulayıb.

“Dövlətlər hər beş ildən bir təqdim etdikləri Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) sənədləri vasitəsilə iqlimlə bağlı növbəti beş il üçün karbon emissiyalarını azaltmaq, enerji keçidi strategiyalarını hazırlamaq, dəyişən iqlimə uyğunlaşmaq üçün adaptasiya tədbirləri həyata keçirmək kimi ambisiyalarını yeniləyirlər.

Bu beşillik planların icrası ilə bağlı dövlətlər tərəfindən hər iki ildən bir hesabatlar, İkiillik Şəffaflıq Hesabatları təqdim edilməlidir. Hesabatların dövlətlər tərəfindən COP tarixində ilk dəfə bu il təqdim edilməsi planlaşdırılır. Ancaq qeyd olunan irihəcmli hesabatlar hazırlanması həm texniki, həm də substantiv baxımdan olduqca mürəkkəb prosedura malikdir və ciddi təhlil tələb edir. Bakı platformasının yaradılması da məhz dövlətlərə bu cür texniki imkan və ekspertiza dəstəyini təmin edəcəkdir”, – deyə o qeyd edib.

“Maliyyə hədəflərindən biri də COP tarixində ilk dəfə yaradılacaq İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun (İMFF) qalıq yanacağı istehsal edən ölkələrin və şirkətlərin birgə töhfəsi hesabına formalaşdırılmasıdır. İMFF çərçivəsində Azərbaycanın əsas məqsədi mədən yanacağı istehsal edən ölkələrin və özəl şirkətlərin maliyyə töhfələri hesabına inkişaf etməkdə olan dövlətlərdə yaşıl enerjinin inkişafı üçün bir milyard dollar həcmində investisiya cəlb etməkdir. Düşünürəm ki, ölkəmiz bu tədbirin də, onun missiyalarının da öhdəsindən uğurla gəlməkdədir”, – deyə Rizvan Nəbiyev deyib.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO