Siyasi 10.03.2020 17:51

Ukrayna qaynayır – Çörəklər çarlığında bahar yarpaqtökümü – TƏHLİL - FOTO

….1847-ci ildə fransız yazıçısı Onore de Balzak sevdiyi xanım Evelina Qanskayaya qovuşmaq üçün Rusiya imperiyasının tərkibində olan Ukraynaya gələrkən sonsuz taxıl sahələrindən valeh olaraq bu diyarı “çörəklər çarlığı” adlandırmışdı…..

Bundan bir əsr yarım sonra, 2005-ci il aprelin 6-ı narıncı inqilabın lideri, müstəqil Ukraynanın prezidenti Viktor Yuşşenko Rusiya prezidentindən sonra ilk keçmiş sovet respublikası rəhbəri kimi ABŞ konqresi qarşısında çıxış edirdi.

Prezidentin üzündə ağır xəstəliyin (Avstriyada müalicə olunduğu klinika dioksinlə zəhərlənməni təsdiq edirdi) izləri hələ də bilinirdi.

ABŞ-dakı Ukrayna diasporası konqres qarşısında çıxış üçün əla təqdimat hazırlamaqda yardım etmişdi.

Prezident çıxışında Amerika cəmiyyətinin dəyərləndirdiyi bütün məqamlara toxunurdu. Bütün çıxışı boyunca ikinci xanımı, Ukrayna mənşəli Amerika vətəndaşı Katerina Yuşşenko əlini toksikasiyadan hələ tam özünə gəlməmiş həyat yoldaşının əlindən ayırmadı. Yuşşenko ilk əvvəl amerikalılara holodomordan xilas olub Amerikaya üz tutmuş həmvətənlərinə, xanımının ailəsinə sığınacaq verdiyinə görə təşəkkürünü bildirdi. Konqres üzvləri “Yuşşenko! Yuşşenko!” sədaları ilə Ukrayna prezidentini demokratiyanın simvolu kimi alqışlayırdılar.

Konqresdəki bu sədalar eynilə bir il əvvəl Kiev küçələrində ukraynalıların eyforiya altında “Yuşşenko!” sədaları ilə həmahəng idi. Yuşşenko konqres qarşısında çıxış edərək, jurnalistlərin qəsdini sifariş edənləri və qəsdləri yerinə yetirənləri cəzalandırmaqda yardım etməyi xahiş edirdi.

Doğrudan da Miron Lyaxoviç(1991), Vadim Boyko(1992), Yuri Osmanov(1993), Serhiy Şepelev(1994), Anatoliy Taran(1995), Anatoliy Tanadayçuk(1996), Boris Derevyanko( 1997), Mikola Rakşanov(1998), Maryana Çorna(1999), Georgi Qonqadze(2000), Yuriy Honçar(2001), Yuriy Şevtsov(2002), Volodimir Karaçentsev(2003), İştvan Kasanek(2004) və bir çox digərlərinin peşəkar jurnalist fəaliyyətinə görə qətlə yetirilmələri üzrə günahkarlar hələ də müəyyən olunmamışdır.

Konqres üzvləri prezidentin xahişini alqışla qarşıladılar. Prezident konqresə müraciət edərək deyirdi ki, “Ukrayna bazarı Birləşmiş Ştatlar üçün açıqdır”, əvəzində ümid edirdi ki, “ABŞ Ukrayna mallarının ixracına məhdudiyyətləri aradan qaldıracaq.”

Konqres üzvlərində qızı Olena Pinçukun Kenninqtonda 80 million funt sterlinqlik villa alması, telekanallar, mediaholdinqlərə malik olması, bahalı hədiyyələrə meylliliyi ilə yadda qalmış Leonid Kuçmadan sonra Ukraynada yeni baxışlı liderin siyasi arenaya gəlməsinə dair ümidlər yarandı.

Tezliklə Ukraynadakı demokratiya eyforiyası baş verən neqativlər fonunda əriməyə başladı. Ukrayna mətbuatında prezidentin oğlu Andreyin 130 min dollarlıq nömrəsiz BMW sürməsi, 4000 dollarlıq mobil telefondan istifadə etməsi, “Mario” kazinosunun daimi oyunçusu olması ilə bağlı yazılar işıq üzü gördü.

2006-cı ilin 19 mayında isə Andrey Yuşşenko Kiyev vilayəti Borispol rayonlararası prokurorluğunun prokuroru Aleksandr Kuzovkinə yumruqla iki zərbə endirir və baldırına tapança ilə atəş açır.

Bir ay sonra, iyunun 28-i isə Andreyin “Arena” kazinosunda 100 min dollar uduzması məlum oldu. 2009-cu il 27 iyunda Andreyin iştirakı ilə daha bir insident baş verdi. Bu dəfə o, dostu Bağırov Vəli ilə “Kazachok” restoranında 50 illik yubileyini qeyd edən eks fövqəladə hallar naziri müavini Kapitulanı rezin güllələrlə atəşə tutur.

Yuşşenkonu konqresdəki çıxışı zamanı ən çox narahat edən jurnalist qətlləri onun özünün prezidentlik dövründə də davam etdi.

2006-cı il mayın 24-də müstəqil jurnalist Vadim Gidyuk Bila Tserkva şəhərinin mərkəz meydanında güllələndi.

Həmin ili “Ortodoks Baxışı” qəzetinin baş redaktoru Kirilo Berejniy, Krım-tatar gənclərinin mətbu orqanı “Gənclərin səsi” qəzetinin təsisatçısı Norik Şirin də öldürüldülər.

2008-ci ilin 23 sentyabrında Noviy Sanjarı rayon qəzetinin fotojurnalisti Viktor Valyayev xanımı ilə birgə öz evində bir dəstə cinayətkar tərəfindən döyülərək qətlə yetirildi.

Məhz idarəçilikdəki boşluqlara görə ukraynalılar 2010-cu ildə əvvəlki seçkilərdə inkar etdikləri Yanukoviçi yenidən prezident görmək istədilər. Əslində bu xalqın Yanukoviçə səs verməsi yox, daha çox Yuşşenkoya səs verməməsinin təzahürü idi. Yanukoviçin prezidentliyinin elə ilk ayında 11 mart 2010-cu ildə Xarkovda nəşr olunan “Yeni Stil” qəzetinin redaktoru Vasil Klementyev itkin düşdü və daha sonra tapılmayaraq vəfat etmiş elan olundu.

Yanukoviçin idarəçilik dövrü Dmitriy Firtaşın həbsi, Pinçuk-Kolomiyskiy məhkəməsi, Boyko buruqları (250 milyonluq qazma qurğularının 400 milyona alınması və 150 milyonluq qazanc əldə edilməsi) kimi skandallarla yadda qaldı.

Korrupsiya, əhalinin təbəqələşməsi və sosial ədalətsizlik əvvəl “maydan”, daha sonra isə “yevromaydan” adlanan qanlı 2013 noyabr-2014-21 fevral hərəkatına gətirdi. Bu Avrointeqrasiya lehinə və Viktor Yanukoviç əleyhinə hərəkat idi.

Bu dəfə ukraynalılar ümidlərini şokolad maqnatı Poroşenko ilə bağladılar. Ukraynalılar sadəlövhcəsinə düşünürdülər ki, biznes rəqabəti şəraitində qazanc əldə etməyə alışmış Petro Poroşenko qeyri-qanuni yollarla çirkli pulların yuyulmasına yol verməyəcək. Lakin yenə də jurnalist ölümləri: 15 mart 2015-ci ildə Xmelnitsk vilayətinin  “Netijinski Herald” qəzetinin baş redaktoru Olga Moroz evində qətlə yetirilir, 20 iyul 2016-cı il Pavel Şeremetin maşını Kiyevdə partladılır. Və yenə idarəçilikdəki boşluqlar, əhalinin həyat səviyyəsinin daha da pisləşməsi…

Amma ən böyük siyasi skandal 2019-cu il fevralın sonunda baş verdi. Petro Poroşenkonun biznes partnyoru, Ukrayna Təhlükəsizlik və Müdafiə Şurası rəhbərinin müavini Oleq Hladkovskinin oğlunun şişirdilmiş qiymətlərlə Rusiyadan silah-sursat alması ictimaiyyətə bəlli oldu.

Nəticədə Poroşenkonun parlamentdəki tərəfdarları Mustafa Nayem, Sergey Leşçenko və Svitlana Zalişçuk prezidentin partiyasından istefa verdilər. Aydın oldu ki, Poroşenko ikinci müddətə prezident seçilməyəcək.

Ukraynalılar bu dəfə ümidlərini Volodimir Zelenski ilə bağladılar. Özəl sektor nümayəndələri, iri yerli müəssisələrin rəhbərləri, bank sektorunun təmsilçiləri, Avropa Birliyi və USAİD-nin ümumiləşdirilmiş fikrincə Zelenski hakimiyyəti Ukrayna tarixində ən şəffaf və dialoqa hazır hakimiyyətdir.

Lakin, Ukraynada bir sıra məsələlərin həlli itkilərsiz başa gəlməyəcək. Ölkə 2029-cu ilədək kömür enerjisini yüngül karbon enerjisi ilə əvəzləməyi və Avropa enerji-nəqliyyat sisteminə inteqrasiyanı qarşıya məqsəd qoyub.

Kömür sənayesində çalışan insanları işlə təmin etmək, kompensasiyaları razılaşdırmaq kimi çətin danışıqlar hələ irəlidədir. Vaxtilə ucuz qiymətə alınan istehsal lisenziyaları istifadəsiz qaldığından iri oliqarxlardan alınıb yenidən satişa çıxarılacaq. Hakimiyyət oliqarxların ciddi müqaviməti ilə üzləşəcək. Elektrik enerjisi üzrə kommunal xərclər Avropada ən aşağı həddə olsa da(1 kilovata 24 sent), Ukrayna əhalisinin üçdə ikisi kommunal xərcləri ödəmək gücündə deyil. Avropa bankları isə Ukrayna hökumətindən kommunal xərclərə deyil, yaşıl enerjiyə subsidiya ayırmağı tələb edir. Əhalinin az təminatlı hissəsi daimi barıt çəlləyi təsiri bağışlayır.

İndiki Ukrayna hakimiyyətində enerji sektorunda təmsil olunan rəhbərlik əsasən gənc, təcrübəsiz kadrlardan ibarətdir. Ukrayna radasında enerji komitəsinin sədri Andriy Gerus (37 yaşlı), Ukrayna Qaz İstehsalçıları Assosiasiyasının icraçı direktoru Artyom Petrenko (30-dan aşağı), baş nazirin müşaviri Natalya Boyko(30 yaş), enerji və ətraf mühitin qorunması nazirinin müavini Konstantin Çijık(28 yaş), Ukrenerqo rəhbərinin birinci müavini Vladimir Kudritskiy(33 yaş). Onların şəxsi işlərində göstərilən ümumi məqamlar da çox bənzərdir: doğum evi, körpələr evi, uşaq bağçası, orta məktəb, universitet, özəl şirkətdə və ya ictimai təşkilatda qısamüddətli zaman kəsiyi və növbəti etap…..yüksək, məsul vəzifə.

Hamısının şəxsi işində konkret işin adı çəkilməsə də haqlarında “bir sıra təşəbbüslərin müəllifi…..effektli layihələrin icraçısı, mühüm əhəmiyyət kəsb edən proqramların həyata keçməsində yaxından iştirak edən, ingilis dilini bilən“ olduqları deyilir.

Zelenskinin prezidentliyinin bir ili tamam olmayıb. Ukraynalılar isə prezidentin komandasından yaxşılığa doğru dəyişikliklər gözləyirlər. Dəyişikliklər isə hələ ki, yoxdur. Artıq baş nazir Oleksiy Honçaruk vəzifəsindən istefa verdi. Hələ təyinatı zamanı müharibə gedən bir ölkədə dövlət işində cəmi 3 ay işləmiş 35 yaşlı birisinin baş nazir təyin olunması narahatlıq doğururdu.

Daha sonra narahatlığın əbəs olmaması bəlli oldu. Xarici sərmayəçilər baş nazirin səriştəsizliyindən daim şikayət edirdilər. Görünür gənc düşərgədə yarpaq tökümü davam edəcək. (Modrn.az)

Tahir Kərimov,

Diplomat, Harvard Universitetinin məzunu,

Mərhum Prezident Heydər Əliyevin şəxsi tərcüməçisi

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO