COVID-19-a qarşı hansı qan qrupu daha həssasdır?
Rusiyada Dmitri Roqaçov adına Milli Uşaq Hematologiyası, Onkologiya və İmmunologiya Mərkəzinin rəhbəri Aleksandr Rumyantsev ikinci qan qrupuna sahib insanların koronavirusa qarşı həssas olması barədə deyilənləri şərh edib.
Rakus.az xəbər verir ki, rusiyalı həkimin sözlərinə görə, bu, yeni iddia deyil: “Bir çoxları qan qruplarını müəyyən xəstəliklərlə əlaqələndirməyə meyillidir. Bu, qan qruplarının kəşfindən bəri belədir. Həmin mövzuda populyasiya tədqiqatları aparılmayıb. Hər bir insanda xəstəlik fərdi xüsusiyyətlərə bağlıdır”.
Xatırladaq ki, bundan əvvəl Rusiyada Federal Tibbi Bioloji Agentliyin rəhbəri Veronika Skvortsova ikinci qan qrupuna sahib şəxslərin koronavirusa daha həssas olduğunu bildirmişdi.
O, dördüncü qan qrupuna sahib olanların COVID-19-a az yoluxduğunu demişdi.