COVID-19-a yoluxan oruc tuta bilməz – axund
Məşədi Dadaş məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli deyib ki, koronavirusa yoluxan şəxslər oruc tuta bilməz”.
Rakus.az xəbər verir ki, o, Oxu.Az-a açıqlamasında virusa yoluxmuş şəxslərin müalicə dövrü bitənə qədər oruc tutması mümkün deyil:
“Yalnız koronavirusa yoluxanların deyil, sağlamlığında digər problemlər olan şəxslərin də Ramazan ayında oruc tutması qətiyyən doğru hesab olunmur. Bu barədə “Qurani-Kərim”in müvafiq ayəsində qeyd olunub”.
Onun sözlərinə görə, koronavirusla bağlı xəstəxanalarda müalicə alan şəxslər mütləq həkim təlimatlarına riayət etməlidirlər; “İntensiv müalicə dövrü keçən şəxslərin oruc tutması sağlamlıqlarına ciddi təhlükə yarada bilər. Ona görə də, həmin şəxslərin Ramazan ayı bitdikdən, eləcə də müalicə dövrü yekunlaşdıqdan sonra qəza orucu tutmaları tövsiyə olunur”.