COVID-19-a yoluxmuş insanında baş verən dəyişikliklər açıqlandı
SARS-CoV-2 virusunun koronavirusa yoluxmuş insanın hüceyrələrini dəyişdirmə, həmçinin müdafiə sistemlərini və protein sintezini söndürmə mexanizmi aşkar edilib. Bu, COVID-19 xəstələrində şiddətli simptomların inkişafına kömək edir.
Rakus.az xəbər verir ki, bu barədə “Pasadena” Kaliforniya Texnologiya İnstitutunun (ABŞ) alimləri “Cell” jurnalında məqalə dərc ediblər.
Tədqiqatçılar koronavirus genomunun yaratdığı zülalların hər birinin insan bədəninin hüceyrələrindəki molekulyar komponentlərlə necə qarşılıqlı əlaqədə olduğunu araşdırıblar. Məlum olub ki, SARS-CoV-2 orqanizmdə zülalların sintezini pozaraq üç vacib hüceyrə prosesinə hücum edir.
Birincisi, virus, genetik məlumatları hüceyrə nüvəsindən zülalların sintez olunduğu ribosomlara ötürən molekul mRNT-nin (məlumat RNT-si) yetişməsinin disfunksiyasına səbəb olur.
İkincisi, ribosomların özlərini bloklayır.
Üçüncüsü, zülalların hüceyrə xaricinə daşınması sistemini pozur.
Bütün bunlar birlikdə hüceyrənin müdafiə sistemlərinin normal fəaliyyətinə mane olur. Bu vəziyyətdə hüceyrə ölmür və virus onu, həmçinin onun resurslarını özünün çoxalması üçün istifadə edə bilir.