Müsahibə 13.10.2019 12:44

Çox istəyirəm ki, müəllim olum – Tələbə-jurnalist

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi bu il əlli illik yubileyini qeyd edir. Fakültə ötən yarım əsr ərzində peşəkar jurnalistlər yetişdirib və bu gün də öz ənənəsinə sadiqdir. Jurnalistika fakültəsində tələbə vaxtından imzasını tanıdan, öz yaradıcılıq fəaliyyəti ilə seçilən gənclərimiz çoxdur. Onlardan biri də hazırda dördüncü kursda təhsilini davam etdirən Kənan Novruzovdur. Bu günlərdə Kənanla onun jurnalistikaya olan marağı, mediamızın bugünkü durumu ilə bağlı həmsöhbət olduq. Müsahibimiz suallarımızı səmimi cavablandırdı.

–Kənan, jurnalistikaya sevginiz necə yaranıb?
— Özümü dərk edəndən yazı qabiliyyətimə görə həmyaşıdlarımdan fəqlənirəm. Məsələn orta məktəbdə inşalar yazanda adətən seçilirdim. İstedadın nəsildən nəslə keçdiyinə inanan oxucular üçün deyim ki, babalarımdan biri Ramiz Novruzov filoloq, dilçi-alim olub. Uzun illər hazırkı Texniki universitetdə Azərbaycan dili, ədəbiyyat müəllimi işləyib. Digər babam Oqtay Bayramov isə əməkdar jurnalistdir. O isə ömrünün yarım əsrini jurnalistikaya həsr edib. Bu mənada ola bilsin ki, yazı-pozuya həvəs mənə irsən keçib. Artıq abituriyent olanda konkret olaraq müəyyənləşdirdim ki, jurnalist olacağam. Əsas məqsədim həm özümdə kəşf elədiyim qabiliyyətimdən məqsədli şəkildə istifadə etmək, həm də babalarımın yolunu davam etdirmək olub. 10-cu sinifdə oxuyanda Milli Olimpia Komitəsinin rəsmi mətbuat orqanı olan “Olimpiya dünyası” qəzeti ilə əməkdaşlığa başladım, orada təcrübə topladım. Bir müddət sonra təkcə adını çəkdiyim qəzetdə yox, həm də digər mətbuat orqanlarında, o cümlədən “525-ci qəzet”də, “Şərq” qəzetində, “Bütöv Azərbaycan” qəzetində fəal çıxış etməyə başladım. Zaman keçdikcə saytlarla əməkdaşlığa başladım, qələmimi daha da püxtələşdirdim. Hər atdığım addımda , qazandığım nailiyyətimdə başa düşdüm ki, mənim üçün ən ideal peşə jurnalistikadır.

-“Dalğa taleyi” adlı bir yazınız var. Onu nədən ilhamlanıb yazdınız?
–Ümumiyyətlə, bu cür yazılar tez-tez yazıram. Belə yazılar jurnalistikada bədii-publisistik janrlar sisteminə daxil olan esse hesab edilir. Bu tipli yazılarda adətən müxtəlif insanlara xas olan xüsusiyyətləri cansız əşyalara köçürərək bir növ onları canlandırmağa çalışıram. Bildiyimiz kimi, cəmiyyətdə elə insanlar var ki, onlar bir çoxları üçün etalon rolunu oynayırlar. Amma vaxt-vədə yetişir, müəyyən müddətdən sonra həmin insan tutduğu vəzifədən gedəndə yaxud öz statusunu itirəndə və ya başqa səbəbdən ani bir şəkildə insanların gözündən düşür, yəni insanlar ona yuxarıdan aşağı baxırlar. Halbuki bir müddət əvvələ kimi insanlar onu özlərinə nümunə seçirdilər, onu əlçatmaz hesab edirdilər. Qeyd etdiyiniz “Dalğa taleyi” yazısında bu məsələyə toxunmuşam. Dalğa taleyini yaşamaq insana pis təsir edir. Məsələn təsəvvür edin ki, siz böyük bir vəzifə sahibisiniz və hamı qarşınızda baş əyir. Sabah vəzifənizdən gedəndə isə heç kim sizi saymır. Təxminən dalğa taleyinə bənzəyir. Belə ki, uzaqdan hamı dalğadan çəkinir, qorxur. Lakin dalğa o ki, gəlib qayaya çırpıldı, parça-parça oldu onda heç kimin yadına düşmür. Həmin insanların timsalında bu yazını yazmışam. Məni “Dalğa taleyi”ni yazmağa sövq edən bu cür insanların arzuolunmaz taleyi idi.

–Günümüzün aktual məsələrindən biri də mediada etik normaların pozulmasıdır. Sizin fikrincə, bu problemdən necə xilas ola bilərik?
— Əslində, öz sahəsində mütəxəssis olan jurnalistlər, peşəkar alimlər, tədqiqatçılar dura-dura mənim bu suala cavab verməyim xoş olmaz. Amma mən BDU-un juranalistika fakültəsinin 4-cü kurs tələbəsi, eyni zamanda mətbuatda fəal çıxış edən gənc jurnalist kimi öz subyektiv fikrimi deyə bilərəm: Bəli, haqlısınız, mediada etik pozuntulara yol verilir. Bu, müxtəlif formalarda, o cümlədən müəllif hüquqlarının pozulması, şər, böhtan, nalayiq sözlərdən istifadə və digər formalarda özünü göstərir. Bundan başqa, fotolar dərc edilərkən mütləq onların formasına diqqət edilməli, lazımi məqamlarda mozaikadan istifadə olunmalıdır. Bütün bu neqativ hallar, məncə, cəza tədbirlərinin görülməməsi ilə bağlıdır. Müşahidələrimə əsasən, deyə bilərəm ki, bele neqativ hallar daha çox saytlarda olur. Bu isə həmin platformalarda, saytlarda, sosial şəbəkələrdə sərbəstliyin olması ilə əlaqədardır. Çünki qəzetlərə nəzarət edən bir orqan-Mətbuat Şurası var. Lakin sosial şəbəkələrə nəzarət edən qurum yoxdur. Təbii ki, ona görə də hər insan azad formada istədiyini edir, etik pozuntulara yol verir. Gərək onlardan bəziləri haqqında hüquqi müstəvidə ciddi tədbirlər görülsün ki, bu da digərlərinə dərs olsun. Məsələn mağazanı yaran oğru cəza almayanda düşünür ki, bu normal haldır və işinə davam edir. Mətbuatda da müəlliflik hüququnun pozulması, bir yazının başqa bir müxbir tərəfindən öz adına çıxarılması oğurluqdur.

– Artıq BDU-un Jurnalistika fakültəsinin 4-cü kursunda təhsil alırsınız. Bu illər ərzində qazandığınız nailiyyətlərdən ən unudulmaz olanı hansıdır?
– Bəli, qeyd etdiyiniz kimi 4-cü kurs tələbəsiyəm, məzun olmağa hazırlaşıram. Ötən illər çox yadda qalan, xoş xatirələrlə dolu olub. Geriyə baxanda fikirləşirəm ki, dünən bu fakültəyə qəbul olmuşam. Amma buna baxmayaraq, belə bir təzad da var. Bəzən mənə elə gəlir ki, 100 ildir jurnalistika fakültəsinin tələbəsiyəm. Çoxları düşünə bilər ki, mənim fakültədə ən böyük nailiyyətim 2-ci kursda təhsil alanda “İlk addım” adlı kitabımın çap edilməsi olub.
Amma belə deyil. Belə ki, keçən il Jurnalistikanın nəzəriyyəsi və təcrübə kafedrasının müdiri professor Cahangir Məmmədlinin etimad göstərməsi ilə “Qarabağ” qəzetinin iki qoşa səhifəsinin hazırlanması mənə və rəhbəri olduğum komandaya həvalə olundu. Əvvəl tərəddüd etsəm də, şükürlər olsun ki, qəzetin dörd nömrəsinin qoşa səhifəsini çıxara bildik. Ən böyük nailiyyətlərimdən biri də odur. Digər tərəfdən keçən ilin sonlarına doğru fakültəmizin labaratoriya müdiri Afaq Sadıqova “Jurnalistika.info” saytınının idarəsini mənə tapşırdı. Xeyli düşünsəm də, nəhayət, qəbul etdim və bu, uğurlu nəticələndi. Fakültdədəki ən böyük nailiyyətim isə, şübhəsiz ki, müəllimlərimin etimadını doğrultmağımdır.

-Hazırda Azərbaycanda jurnalistləri, fikrinizcə, peşəkarlıq sirlərinə nə dərəcədə yiyələnə biliblər?

– Əslində bu suala da cavab verməyə düşünürəm ki, mənəvi cəhətdən haqqım yoxdur, həm də təcrübəm çatmır. Amma soruşursunuzsa gərək cavab verim. Bu gün Azərbaycanda kifayət qədər təcrübəli, öz işini bilən jurnalistlər var və böyük bir jurnalist nəsli yetişməkdədir. Əlbəttə ki, həm hazırkı jurnalistlərin hazırlanmasında, həm də böyük jurnalist nəslinin yetişməsində BDU-un Jurnalistika fakültəsinin müstəsna rolu və əhəmiyyəti var. Nəinki Azərbaycanda, digər ölkələrdə də həm jurnalistikada, həm də digər sahələrdə qeyri-peşəkar, həvəskar, vəsifəsindən sui-istifadə etməyə çalışanlar da olur. Başqa sahələri deyə bilmərəm, amma jurnalistikada peşəkarlığa gedən yol ideoloji və iqtisadi cəhətdən heç kimdən, heç bir qurumdan asılı olmamaqdır.

– Adını çəkdiyiniz Cahangir müəllim və digərləri həmişə qürurla adınızı çəkirlər. Onların rəğbətini necə qazandınız?
– Həmişə çalışmışam ki, müəllimlərimim etimadını doğruldum. Təkcə Cahangir müəllim yox, dekanımız Vüqar müəllim, bizim qocaman müəllimlərimizdən dosent Mahmud Mahmudov, professor Akif Rüstəmov, dekan müavinimiz Könül Niftəliyeva, Aytəkin Zeynalova və digərləri müxtəlif vaxtlarda mənə etimad göstəriblər, mənə inandıqlarını deyiblər. Sadəcə çalışmışam ki, etimadı doğruldum. Burada qeyri-adi bir şey yoxdur. Hansısa nailiyyətə çatmışamsa mənə olan etimad sayəsindədir. Mənə inanmasaydılar, sınaqlardan keçməsəydim nəticə qazanmaz, seçilməzdim.

– Orta məktəbdə oxuduğunuz zamandan “Olimpiya dünyası” idman qəzetində çalışırdınız…
– Bəli, ilk sualınıza cavab olaraq dedim ki, 10-cu sinifdən, yəni 2014-cü ilin noyabr ayından “Olimpiya dünyası” qəzeti ilə əməkdaşlığa başlamışam. Doğrudur, jurnalistika çətin peşədir. Lakin, sevgi bütün maneləri dəf etməyə qadirdir və ürəkdən istəyəndə heç bir çətinlik gözə dəymir. Xatırlayıram ki, 10-11-ci siniflərdə oxuyanda çox əziyyət çəkirdim. Həm beş fəndən hazırlıqlara gedirdim, həm orta məktəbdə cari dərslərimi öyrənməyə çalışırdım, həm idmanla məşğul olurdum, həm də redaksiyaya gedirdim. Şükürlər olsun ki, tələbə adını qazandım. Yenə də eyni çətinliklərlə üzbəüzəm və artıq bir dəfə həmin mərhələni keçdiyimə görə indi öz gücümə müəyyən qədər əminəm. Bircə onu bilirəm ki, çəkilən əziyyət hədər getmir. Hətta gündə 2 saat yatmağa məcbur olsaydım da yenə jurnslistika ilə məşğul olardım. Çünki öz peşəmə sevgim böyükdür.

– Gələcək planlarınız nələrdən ibarətdir?
– Arzularım, planlarım barədə danışmağı sevmirəm. Hazırda magistratura pilləsinə hazırlaşıram. Əgər qəbul olsam, yəqin ki, həyatımda yeni səhifə açılacaq. Çox istəyərəm ki, müəllim olum. Elə BDU-nun Jurnalistika fakültəsində dərs keçim. Əgər jurnalist kimi Oqtay babamın yolunu davam etdirməyə başlamışamsa, müəllim kimi də Ramiz babamın yolunu davam etdirmək istəyirəm. Həm də indiyə kimi o qədər gözəl müəllimlər tanımışam ki. Hər birinə borcluyam. Onların dərslərində iştirak edəndən sonra başa düşmüşəm ki, şagird, tələbə sevgisi çox böyük qiymətdir.

-Səmimi cavablar üçün sağ olun.
-Sağ olun.

Zərrintac Mayıs qızı,
BDU Jurnalistika fakültəsinin ikinci kurs tələbəsi

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO