Elm və təhsil 21.12.2019 04:45

“CTF 2019” müsabiqəsinin qalibləri açıqlandı

İnformasiya təhlükəsizliyi sahəsində mütəxəssislər üçün keçirilən “CTF 2019” (“Capture the flag”) müsabiqəsinin qalibləri müəyyən edilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Rakus.az-a bildirilib ki, kibertəhlükəsizlik üzrə “CTF” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Müsabiqə çərçivəsində ölkənin kibertəhlükəsizlik üzrə mütəxəssisləri öz güclərini sınayıblar. “CTF” formatı mütəxəssislərin kompüter sistemlərinə hücum və mühafizəsi üzrə bilik və bacarıqlarını qiymətləndirməyə imkan verir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəhbəri Faiq Fərmanov müsabiqənin informasiya təhlükəsizliyinin inkişafı üçün əhəmiyyətini və bu sahədə mütəxəssislərin sayının artmasının vacib olduğunu bildirib.

Müsabiqənin təşəbbüskarları “Smart IT” və “Solid Lab” şirkətlərinin rəhbərləri iştirakçıların həm kəmiyyət, həm də keyfiyyət baxımdan artdığını, yaxşı hazırlıq səviyyələrinin olmasını bildiriblər.

İştirakçılar üçün informasiya təhlükəsizliyi məsələlərinə həsr edilmiş əhatəli master-klass keçirilib.

Müsabiqənin tərəfdaşı “Gulfstream Distribution” şirkətinin məruzəsində şirkətin məhsul portfeli və xüsusilə də kibertəhlükəsizlik həlləri, həmçinin “Cisco ISE” həllinin xüsusiyyətləri və faydaları barədə məlumat verilib. Kibertəhlükəsizliyin aktual mövzularına dair aktiv müzakirələr, fikir mübadiləsi aparılıb.

Müsabiqədə 60-dan çox komanda iştirak edib. “n0_pwn1c” komandası 1-ci, “SecX” komandası ikinci, “n0b0dy” komandası üçüncü yerə layiq görülüb. Qaliblər diplom və 6000 AZN pul mükafatı ilə mükafatlandırılıblar.

Ardıcıl üçüncü ildir keçirilən tədbir ölkədə ən perspektivli informasiya təhlükəsizliyi mütəxəssislərinin müəyyən edilməsi ilə yanaşı, həm də görüş və fikir mübadiləsi yeri, informasiyanın qorunması istiqamətində bazarın və texnologiyaların inkişafı haqqında daha səhih məlumatın alınma mənbəyinə çevrilib.

Yarışların təşkilatçıları şəbəkə perimetrinin, məlumatların və tətbiqetmələrin müdafiəsinə fokuslanmış, həmçinin kiberinsidentlərin qarşısının alınması üzrə həllər təqdim edən “Smart IT” (www.smartit.az) və tətbiqetmələrin təhlükəsizlik auditi, sızmaların testi və kod auditi üzrə ixtisaslaşan “Solid Lab” (www.solidlab.ru) şirkətləridir.

Müsabiqəyə rəsmi tərəfdaşı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti, gümüş tərəfdaşı “BAKOTECH” (https://bakotech.com), bürünc tərəfdaşı “Gulfstream Distribution” (www.gulfstream.az) şirkətidir.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO