Maraqlı 27.11.2019 07:17

Cücərdilmiş buğda suyu için – MƏSLƏHƏT

Yazda evlərin çoxunda buğda cücərdilərək, səməni yetişdirilməyə başlanır.

Rakus.az xəbər verir ki, Novruz bayramından sonra isə solmuş səmənilərin hamısı atılır. Amma çoxları bəlkə də bilmir ki, səməni, yəni cücərdilmiş buğdanın suyu şəfa qaynağı sayılır. Xlorofil, amin turşusu, mineral və vitaminlər baxımından olduqca zəngin olan səməni suyunun faydaları saymaqla bitməz. E-tibb.az həmin faydaları sadalayır.

Xərçəngin qarşısını alır

Səməni suyu bir çox fərqli xərçəng növü ilə mübarizə aparır. Olduqca faydalı olan bu su xəstəliyi həm müalicə etmək, həm də qarşısını almaq üçün istifadə edilə bilər. Cücərdilmiş buğda suyundakı qələvi bədən üçün çox faydalıdır. Digər tərəfdən xlorofil də qandakı toksinləri, kimyəvi və kanserogen maddələri təmizləyir. Səməni suyu qallik turşuya da malikdir. Bu, siçanlarda prostat şişin inkişafının qarşısını alıb. Bu isə o deməkdir ki, xərçəng hüceyrələrinin inkişafını məhdudlaşdırır.

İmmunitet sistemini gücləndirir

Cücərdilmiş buğda suyu amin turşusu ehtiva etdiyi qədər, bədəni zərərli patogen mikrob və kanserogen maddələrdən qoruyan bir çox fermentə malikdir. Eyni zamanda, bu su bədənin hüceyrələrini gücləndirir, qaraciyəri toksinlərdən təmizləyir. Beləliklə də, immuniteti zəiflədən və sizi xəstələndirən səbəblərin qarşısını alır. Digər tərəfdən, bədəndəki qırmızı qan hüceyrələrini artırır, daha güclü bir immunitetə ​​sahib olmağınızı təmin edir. Tərkibindəki A və C vitamini sayəsində soyuqdəymədən qoruyur, ciddi xəstəliklərin qarşısını alır.

Ürəyi qoruyur

Səməni suyu ürəyə olduqca faydalıdır. Tərkibindəki xlorofil sayəsində damar sərtliyi və yüksək təzyiqin müalicəsində də əhəmiyyətli rol oynayır. Qan damarlarının divarlarını təmizləyir.

Qan dövranını nizamlayır

Cücərdilmiş buğda suyu qandakı oksigeni artırmaq qabiliyyətinə malikdir. Bu da qan dövranını tənzimləyir. Dəmirlə zəngin olan bu su daha çox qırmızı qan hüceyrələri istehsal edir. Bu isə daha çox qan hüceyrəsi, daha çox oksigen və qidalandırıcı maddə deməkdir.

Qan şəkərini azaldır

Cücərdilmiş buğda suyu içmək qan şəkəri səviyyəsini tənzimləməyə kömək ola bilər. İnsulin istehsalını artırır. Həmçinin qaraciyər və yoğun bağırsaqdakı toksinləri çıxarır, zərərli toksinləri təmizləyir. Cücərmiş buğda suyu diabet və ya qan şəkəri ilə əlaqədar problemi olanlar üçün bir müalicə vasitəsidir.

Toksinlərdən təmizləyir

Cücərdilmiş buğda suyu qələvi və qidalandırıcı maddələrlə zəngindir. Buna görə detoks pəhrizlərində də məsləhətdir. Toksinlərin xaric edilməsi üçün əhəmiyyətli olan bu su qanı yeniləməyə kömək edir. Eyni zamanda qaraciyəri qoruyur. Qidalandırıcı maddələr və fermentlərlə toksinləri təsirsiz hala gətirib bədənin yaxşı həzmini təmin edir.

Ağız və diş sağlamlığını təmin edir

Dəmir, kalsium, maqnezium, A və E vitaminlərilə zəngin olan səməni suyu sağlam və güclü dişlər üçün əhəmiyyətlidir. Səməni suyu ilə bir az suyu qarışdırın. Ağızda 1 dəqiqə çalxalayıb, sonra tüpürün. Bu, ağız qoxusunun da qarşısını alır. Cücərmiş buğdanı dişlərinizlə də əzə bilərsiniz. O zaman dişləriniz qüvvətlənəcək.

Piylənməni müalicə edir

Piylənmə diabet və ürək kimi bir çox sağlamlıq probleminə səbəb olan ciddi narahatlıqdır. Artıq çəkidən xilas olub, sağlam çəkiyə çatmaq üçün səməni suyu pəhrizi saxlaya bilərsiniz. Tiroid vəzilərin fəaliyyəti sağlamlıq üçün çox əhəmiyyətlidir. Səməni suyunun tərkibində olan selenium tiroid vəzilərini nizama salır və sağlam olmayan tiroidləri təsirsiz hala gətirir. Sağlam olmayan tiroid bədəndəki hormonal tarazlığı poza bilər və piylənməyə gətirib çıxarar.

Cücərdilmiş buğda suyu iştahın qarşısını alır. Kalori yandırmağı təmin edən maddələr mübadiləsini sürətləndirir. Səhərlər ac qarına bu suyu içmək gün ərzində həddindən artıq yeməyə mane ola bilər.

Təbii enerji verir

Səməni suyu təbii enerji istehsal edən sağlam bir şirədir. Tərkibindəki bütün qidalandırıcı maddələrin bədənə işləməsini təmin edir. Eyni zamanda, zülalları əmələ gətirən amin turşuları üçün yaxşı bir qaynaqdır. Yumurta və ət kimi yeməkləri yeyərkən bədən onları zülala çevirməzdən əvvəl amin turşularıyla bölmək üçün enerji xərcləyir. Səməni suyu amin turşusu ilə zəngin olduğundan onu bölməyə ehtiyac olmur, nəticədə enerji də xərclənmir.

2-4 yemək qaşığı cücərdilmiş buğda suyu ilə sevdiyiniz bir meyvə və ya tərəvəz suyunu qarışdırın. Daha enerjili olmaq üçün hər gün içə bilərsiniz. Cücərdilmiş buğdanın suyunu əldə etmək üçün blender və ya şirəçəkəndən istifadə edə bilərsiniz.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO