Sosial 13.04.2019 11:29

Amerikalı müğənni əlil istedadlarla görüşdü - FOTO

Sağlamlıq imkanları məhdud tanınmış amerikalı müğənni-bəstəkar Toni Memmel öz qrupu ilə birgə ölkəmizdə səfərdə olub.

 

Rakus.az xəbər verir ki, səfəri çərçivəsində onun sağlamlıq imkanları məhdud  istedadlı uşaq və gənclərlə görüşləri keçirilib.

 

ABŞ-ın Azərbaycandakı səfirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Bakı Amerika Mərkəzinin birgə təşkilatçılığı ilə tanınmış amerikalı müğənni-bəstəkar, motivasiya spikeri Toni Memmel və qrupunun ölkəmizdə sağlamlıq imkanları məhdud yaradıcı və istedadlı azərbaycanlı uşaq və gənclərlə görüşləri keçirilib.

Bakıya səfəri çərşivəsində musiqiçi öz qrupu ilə birlikdə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Bakı Amerika Mərkəzində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində konsert proqramları ilə çıxış edib. Onun həmçinin Xaçmaz şəhər və Salyan şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzlərində də görüşləri olub.

Keçirilən bu tədbirlərin əsas məqsədi sağlamlıq imkanları məhdud yaradıcı və istedadlı uşaq və gənclərin ruhlandırılmasından və yaradıcılıq meyllərinin dəstəklənməsindən ibarətdir.

Konsert proqramları zamanı sağlamlıq imkanları məhdud istedadlı uşaq və gənclər T.Memmellə bərabər ifa edib, müxtəlif musiqi alətlərində çıxış edərək öz bacarıqlarını nümayiş etdiriblər.

T.Memmel Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində yaradılmış şəraitlə tanış olub, ölkəmizdə əlilliyi olan şəxslərin peşə-sosial reabilitasiyası üçün belə bir müasir Mərkəzin yaradılmasının təqdirəlayiq olduğunu qeyd edib. T.Memmelə gənclərin əl işi kimi hazırlanmış skripka, həmçinin ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə mütəxəssisi Fərqani Əliyevə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Azərbaycan və ingilis dillərində nəşr etdirdiyi, əlilliyi olan şəxslərin yaradıcılıq nümunələri barədə foto-məlumatlarla zəngin “Əlillik qüsur deyil” kitab-albomu hədiyyə edilib.

T.Memmelin Azərbaycana ilk səfəri ABŞ Dövlət Departamentinin “İncəsənət Elçisi” Proqramının himayəsi ilə baş tutub.

Anadangəlmə dirsəkdən aşağı qolunun olmamasına baxmayaraq, T.Memmel gitarada ifa etməyinə kömək edə biləcək bir alət düzəldərək gitarada ifa etməyi təkbaşına öyrənib, Bon Iver, Les Pol, Kori Çisel və Bo Dins kimi müğənni-bəstəkarlar sırasına qoşulub, bundan sonra “Assoşieytid Pres” “CNN”, “Boston Qlob”, “Milvauki Cournal Sentinel” və “Çikaqo Tribyun” kimi mətbuat orqanları onun fəaliyyətini işıqlandırmağa başlayıblar.

O, davamlı şəkildə həyata keçirilən geniş qastrollarda iştirakı nəticəsində ABŞ-ın 45 ştatı və 10 xarici ölkəyə səyahət edərək konsertlər verib. T.Memmel bu günə qədər 4 böyük və 2 kiçik həcmli albom ərsəyə gətirib və musiqi yolu ilə mədəni əlaqələr qurmaq üçün məktəb, xəstəxana və uşaq evlərində bir çox konsertlər verib.

 

 

 

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO