Siyasi 16.09.2020 22:07

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yaydı

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yayıb.

Rakus.az xəbər verir ki, bəyanatda deyilir: “Ermənistan həm özü, həm də Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı qondarma qurumun dili ilə ölkəmizə qarşı təxribatçı bəyanatlar verməkdə davam edir. Qondarma rejimin “başçısı” münaqişənin tənzimlənməsi üçün 7 “prinsip” irəli sürdüklərini bildirib.

Bir müddət öncə Ermənistanın baş naziri Nikol Paşinyan da əsassız və təxribatçı 7 prinsip ilə çıxış etmişdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vurğulamışdı ki, biz yalnız bir şərt irəli sürürük: Ermənistan öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır.

İcma olaraq bildiririk ki, Ermənistan heç bir vəchlə dünya ictimaiyyətini aldada bilməz. Həqiqət ondan ibarətdir ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 1/5-ni işğal edib, etnik təmizləmə törədib, 1 milyona qədər azərbaycanlını öz doğma yurd-yuvalarından didərgin salıb və həyata keçirdiyi təcavüzü gizlətmək üçün işğal olunmuş torpaqlarımızda cinayətkar rejim yaradıb.

Cəzasızlıqdan və həyasızlıqdan qaynaqlanan bu “prinsiplər” tamamilə qəbuledilməzdir. Münaqişənin tərəfi Ermənistan və Azərbaycan, maraqlı tərəfləri isə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarıdır. Danışıqların formatı dəyişə bilməz.

Ermənistan Dağlıq Qarabağın erməni icması ilə dialoq təklifimizi nəinki rədd edir, hətta bizim mövcudluğumuzu belə inkar edir. Bu isə Ermənistanda dövlət səviyyəsində aparılan Azərbaycanafobiya siyasətinin bariz nümunəsidir.

Azərbaycanın ən böyük güzəşti uzun illərdən bəri sülh danışıqlarında iştirak etməsidir. Münaqişənin həlli yalnız və yalnız Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən tam şəkildə çıxarılması və bütün məcburi köçkünlərin öz yurdlarına geri qayıdışı ilə mümkündür.

Son vaxtlar Ermənistanın təxribatçı bəyanat və əməlləri onu göstərir ki, bu ölkənin hərbi-siyasi rəhbərliyi Azərbaycana qarşı növbəti təcavüz aktı həyata keçirməyə hazırlaşır. Lakin Azərbaycan ordusu 2016-cı ilin aprelində və 2020-ci ilin iyulunda olduğu kimi düşmənə layiqli cavab verəcək.

Doğma Qarabağımız Ermənistan ordusu və onun yaratdığı oyuncaq rejimdən təmizlənəcək. Tarixi torpaqlarımızın işğalı müvəqqətidir və biz mütləq öz torpaqlarımıza geri qayıdacağıq”.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO