“Liverpul”, “Arsenal” və “Tottenhem” klubları Superliqadan çıxdıqlarını rəsmən elan ediblər.
Rakus.az xəbər verir ki, bu barədə klubların mətbuat xidməti məlumat yayıb.
BBC isə Superliqaya qatılan bütün Premyer Liqa komandalarının turniri tərk edəcəyini bildirib.
Əgər bu baş verərsə, Superliqanın uğursuzluğa düçar olması ehtimalı böyükdür.
01:09
“Mançester Siti” klubunun Avropa Superliqasından çıxmaq istəyi təsdiqlənib.
Klub məsələ ilə bağlı rəsmi açıqlama yayıb.
Bəyanatda “şəhərlilərin” Superliqadan çıxmaq üçün lazımi proseduru başlatdıqları bildirilib.
UEFA prezidenti Aleksanr Çeferin də klub rəhbərliyinin bu qərarını alqışlayıb.
20 aprel, 22:44
Yeni yaradılan Avropa Superliqası iştirakçılarının siyahısı ciddi dəyişikliklərə uğraya bilər.
Belə ki, İspaniyanın “Atletiko” klubu da Superliqanı tərk etmək fikrindədir.
Bu barədə jurnalist Ben Ceykobs məlumat yayıb.
Bir qədər öncə “Çelsi” və “Mançester Siti” komandalarının da analoji qərar qəbul edəcəkləri bildirilib.
22:36
İngiltərənin “Çelsi” klubu Avropa Superliqasından çıxmağa hazırlaşır.
Bu barədə idman jurnalisti Den Roun özünün “Twitter” səhifəsində yazıb.
O bildirib ki, hazırda klub rəsmiləri London təmsilçisinin Superliqadan çıxması üçün lazımi sənədləri hazırlayırlar.
Bir müddət əvvəl klub azarkeşləri “Stemford Bridc” stadionu qarşısında etiraz aksiyası keçiriblər. Onların qarşısına çıxan klubun teniki məsləhətçisi Peter Çex etirazçılardan vaxt istəyib.
“The Telegraph” nəşri “Çelsi”nin ardınca “Mançester Siti”nin də Superliqadan çıxmağa hazırlaşdığını yazıb. Nəşr bildirib ki, əgər bu baş verərsə, Superliqanı iflas gözləyir.