Ərdoğanın Davudoğlu-Babacan qorxusu – AKP əriyir – TƏHLİL - FOTO
Keçən il ayrı-ayrı partiyalar quracaqlarını deyərək, iki təsisçisinin partiyanı tərk etməsindən və 840,000 üzvünü itirməsindəndən sonra Prezident Rəcəb Tayyib Ərdoğanın Ədalət və İnkişaf Partiyası ciddi sınaqlarla üzləşir.
Rakus.az xəbər verir ki, Müasir Türkiyənin ən uzun müddətli lideri olan Ərdoğanın builki iqtisadiyyatdakı tənəzzülü Ədalət və İnkiuşaf Partiyasının (AKP) nüfuzdan düşməsinə səbəb oldu ki, bu da Ankara və İstanbuldakı bələdiyyə seçkilərində müxalifətin qələbə çalması ilə özünü göstərdi.
Əhməd Davutoğlu və Əli Babacanın yarada biləcəkləri yeni partiyalar AKP-nin parlamentdə yerlərini və bununla da hakim mövqeyini itirməsinə bais ola bilər.
İstanbulda iyun ayındakı məğlubiyyət keçmiş iqtisadiyyat naziri Əli Babacanın partiyadan istefa verməsi və Türkiyə üçün “yeni gələcəyə” çağırışla müşayiət olundu.
Ərdoğanın ən yaxın müttəfiqi olan keçmiş baş nazir Əhməd Davutoğlu iki həftə əvvəl partiyadan istefa verərək, hökumətin ölkənin problemlərini həll etmək qabiliyyətini itirdiyini dedi.
Belə nüfuzlu insanların partiyanı tərk etməsi iqtisadiyyatı $722 milyard dollar təşkil edən və NATO üzvü olan Türkiyədə 16 il hakimiyyətdə olan Ərdoğan üçün ciddi problemlər yaradıb.
Parlamentdə daha çox yer qazanmaq məqsədilə millətçilərlə alyans qurması hazırda AKP-ni həssas vəziyyətə salıb. Belə ki, partiya Babacan yaxud Davutoğlunun quracaqları partiyaya kiçik sayda yerlər uduzsa belə hakim mövqeyini əldən verə bilər.
Reuters xəbər agenliyinə danışan mötəbər sabiq AKP liderləri hakim partiyanın nüfuzunu itirməkdə davam edəcəyini bildirirlər, çünki onların sözlərinə görə partiyanın xalqla təması zəifləyib.